Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Dolerit
Dolerit və ya diabaz — dolerit və ya ofit quruluşlu, iri və orta dənəli aydın kristallik bazalt == Haqqında == Massiv teksturlu; nadir hallarda badamdaşlıdır. Əsasən plagioklaz (labrodor, labrodor-bitovnit) və piroksendən (avgit, pijonit, pijonit-avgit) ibarətdir. Onlar müvafiq olaraq 2:1 nisbətindədir. Olivinli növündə olivinin miqdarı 10% (bəzən bir qədər də çox) olur. Az miqdarda titan-maqnetit, bəzən ilmenit, xallkopirit, pirit olur; aksessorlardan — apatit, sirkon, qranat, rutil, sfen iştirak edir. Sill, dayka və ştoklar əmələ gətirir. Yer qabığının stabil zonaları üçün səciyyəvidir (əsasən qədim platformalar — Sibir, Afrika, Hind, Şərqi Avropa); okean hövzələrində, demək olar ki, rast gəlmir. Növləri tərkibinə, quruluş və teksturasına, törəmə dəyişilmələrinə, indeksinə və yatım şəraitinə görə ayrılır. == İstinadlar == == Mənbə == Geologiya terminlərinin izahlı lüğəti. Bakı: Nafta-Press, 2006.
Kolzat burnu
Kolzat burnu — Qrehem-Bell adasının ucqar şərq nöqtəsidir. Burun Frans-İosif Torpağı arxipelaqının şərqində yerləşir. Burunda quş koloniyasına rast gəlmək mümkündür. Burunun ən hündür nöqtəsi 108 metrdir. 1965-ci il məlumarına görə burada mayak vardır. burada həmdə rəsədxana vardır. Burunun yerləşdiyi ərazinin sahil hissəsi il boyu buzla örtülü olur. == Mənbə == Zubov, N.N. (July 1933). The Circumnavigation of Franz Josef Land. Geographical Review.