Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Annalena Berbok
Annalena Berbok və ya Baerbok (alm. Annalena Charlotte Alma Baerbock‎; 15 dekabr 1980[…], Hannover) — Almaniya siyasətçisi. O, 2018-ci ildən Robert Habek ilə birlikdə Alyans 90/Yaşıllar partiyasının həmsədridir. Baerbok partiyanın 2021-ci il federal seçkilərində kansler namizədidir. O, Yaşılların ilk qadın namizədi və Angela Merkeldən sonra Almaniyanın böyük bir siyasi partiyası tərəfindən kansler namizədi olan ikinci qadın olmuşdur. Baerbok ilk dəfə 2013-cü ildə Bundestaqa seçilmişdir. O, 2012-ci ildən 2015-ci ilə qədər Alyans 90/Yaşıllar partiya məclisinin üzvü və 2009–2013-cü illərdə partiyasının Brandenburqdakı dövlət qrupunun lideri idi. == Siyasi mövqeyi == Almaniya ilə Rusiya arasındakı ikitərəfli münasibətlərin bir istiqaməti olan "Şimal axını 2" qaz boru kəməri layihəsi Baerbok tərəfindən açıq şəkildə müzakirə edilir. O həmçinin, Çini Sincan, Tibet və getdikcə daha çox Honq Konqda zorakılıq törətməkdə və sistmatik şəkildə insan haqlarını pozmaqda günahlandırmışdır. Bundan əlavə, Baerbok məcburi əmək mallarının axınının Avropa təchizat zənciri qanunu ilə tənzimlənə biləcəyini irəli sürmüşdür.
Orxan Ərəbov
Aşıq Ədhəm Ərəbov
Aşıq Ədhəm Ərəbov (tam adı: Ədhəm Aslan oğlu Ərəbov) — Azərbaycan aşığı. Aşıqların III Qurultayının iştirakçısı == Həyatı == Əlhəm Ərəbov 1912-cü ildə Ağstafa rayonunun Dağ Kəsəmən kəndində anadan olmuşdur.