Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Xalimat Bayramukova
Xalimat Bayramukova (15 avqust 1917, Xurzuk, Kuban vilayəti[d] – 8 noyabr 1996, Çerkessk) — Sovet şairi, nasir, dramaturq, 1939-cu ildən Yazıçılar İttifaqının üzvü. == Bioqrafiyası == 1917-ci il avqustun 15-də Qaraçay-Çərkəz Respublikasının qədim Qaraçay Xurzuk kəndində anadan olmuşdur. Pedaqoji İnstitutunda oxuyur, sonra M. Qorki adına Ədəbiyyat İnstitutunu və Moskvada Ali Ədəbiyyat Kurslarını bitirir. Müharibə illərində 2436 saylı evakuasiya xəstəxanasında tibb bacısı, komsomol təşkilatının katibi olur. Rayon qəzetinin məsul katibi, Qaraçay yazıçılar təşkilatının birinci məsləhətçisi, Qaraçay-Çərkəz kitab nəşriyyatının baş redaktoru olur. 10 ildən artıq Qaraçay-Çərkəz yazıçılar təşkilatına rəhbərlik etmişdir. == Yaradıcılığı == 1935-ci ildən, yəni 18 yaşı tamam olandan rayon “Qızıl Qaraçay” qəzetində ədəbi işçi kimi fəaliyyətə başlayır. Bir il sonra bu qəzetin səhifələrində onun “Ölkəmə” adlı ilk şeiri dərc olunur. Xalimat Bayramukova 14 şeir toplusunun, dörd romanın, beş povestin və bir çox hekayənin, dörd qeyri-bədii kitabın, "Sonuncu sürgün" librettosu ilə ilk milli operanın, həmçinin “Ailəsiz gəlin” əsəri ilə ilk qaraçay musiqili komediyasının müəllifidir. Əsərləri dünyanın əlli dilində nəşr olunmuşdur.
Zariyat Surəsi
51-ci surə əz-Zariyat (Sovurub dağıdan küləklər) surəsi (Məkkədə nazil olmuşdur, 60 ayədir). Surə adını ilk ayədə işlənən və sovurub dağıdan küləklər mənasına gələn əz-Zariyat sözündən götürmüşdür.