Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Zariyat Surəsi
51-ci surə əz-Zariyat (Sovurub dağıdan küləklər) surəsi (Məkkədə nazil olmuşdur, 60 ayədir). Surə adını ilk ayədə işlənən və sovurub dağıdan küləklər mənasına gələn əz-Zariyat sözündən götürmüşdür.
İctimai varidat
İctimai varidat və ya İctimai mülkiyyət ― əsərə aid müəlliflik hüququnun qanunla təsbit olunmuş müəyyən bir müddətdən sonra qüvvədən düşərək ictimai varidata keçməsi halı. Azərbaycan Respublikasının ərazisində heç vaxt qorunmamış əsər də ictimai varidata keçmiş sayılır.
Darıdağ
Darıdağ (içki) — Darıdağ (bulaq) — Darıdağ silsiləsi — Darıdağ — Culfa rayonu ərazisində dağ. Darıdağ — Cəbrayıl rayonunun cənub-qərb hissəsində dağ. Darıdağ — Gədəbəy rayonu ərazisində dağ.
Laridae
Qağayılar (lat. Laridae) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin çovdarçıkimilər dəstəsinə aid heyvan fəsiləsi.
Paridae
Arıquşları (lat. Paridae) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin sərçəkimilər dəstəsinə aid heyvan fəsiləsi.
Sarıdağ
Sarıdağ (zirvə)
Sarıdaş
Sarıdaş — Azərbaycan Respublikasının Kəlbəcər rayonunun inzibati Sarıdaş kənd inzibati ərazi dairəsində kənd. Azərbaycan Respublikası Ali Sovetinin 25 may 1991-ci il tarixli, 123-XII saylı Qərarı ilə Kəlbəcər rayonunun Sarıdaş kəndi Nadirxanlı kənd Sovetindən ayrılaraq, bu kənd mərkəz olmaqla Sarıdaş kənd Soveti yaradılmışdır. 1993-cü ildə Ermənistan Respublikası Silahlı Qüvvələri tərəfindən işğal edilib. 25 noyabr 2020-ci ildə Azərbaycan Silahlı Qüvvələrinin nəzarətindədir. == Toponimikası == XIX əsrdə Qılıçlı kəndindən ayrılmiş ailələr tərəfindən Sarıdaş dağının yaxınlığında salındığına görə belə adlandırılmışdır. Oronim isə "sarı rəngdə olan qaya" mənasındadır.Kənd Sarıyal dağının ətəyində yerləşir. Sarıyal dağının ətəyində və kəndin yerləşdiyi ərazidə olan daşları sarı rəngdədir. Elə buradan da Sarıyal və Sarıdaş sözləri yaranmışdır. == Coğrafiyası və iqlimi == Kənd Lev çayı ilə Tərtərçayın arasında, dağətəyi ərazidə yerləşir. === Yaylaqları === Söyüdlü yaylağı, Qonur yurd, Sarıbulaq yurdu, Çırçır yurd, Ələmağacı yurdu, Cajıxlı yurd, Sarıyal yurdu.
Yarıdağ
Yarıdağ — Azərbaycanın Quba rayonu ərazisində yerləşən dağ. Baş Qafqaz silsiləsində yerləşir Hündürlüyü 4116 metrə bərabərdi. Azərbayacanın ən hündür beşincı zirvəsidi.
Zahidan
Zahedan — İranın Sistan və Bəlucistan ostanının mərkəzi. Pakistanla sərhəddə yerləşir.
Arida
Arida (lat. Arida) — bitkilər aləminin astraçiçəklilər dəstəsinin mürəkkəbçiçəklilər fəsiləsinə aid bitki cinsi. == Növləri == Arida arizonica (R.C.Jacks. & R.R.Johnson) D.R.Morgan & R.L.Hartm. Arida blepharophylla (A.Gray) D. R. Morgan & R. L. Hartm. Arida carnosa (A. Gray) D. R. Morgan & R. L. Hartm. Arida coulteri (A. Gray) D. R. Morgan & R. L. Hartm. Arida crispa (Brandegee) D. R. Morgan & R. L. Hartm. Arida mattturneri B.L.Turner & G.L.Nesom Arida parviflora (A. Gray) D. R. Morgan & R. L. Hartm. Arida riparia (Kunth) D. R. Morgan & R. L. Hartm.
Zarat
Zarat (İsmayıllı) — Azərbaycanın İsmayıllı rayonunda kənd. Zarat (Siyəzən) — Azərbaycanın Siyəzən rayonunda kənd. Zarat (Dəvəçi) — Azərbaycanın Dəvəçi rayonunda kənd. 30 dekabr 1997-ci ildə ləğv olunub. Dərə Zarat — Azərbaycanın Siyəzən rayonunda kənd. Zaratxeybəri — Azərbaycanın Şamaxı rayonunda kənd. Zarat — Dəvəçi rayonu ərazisində çay.
Boyanata-Sarıdaş
Boyanata-Sarıdaş Azərbaycan Respublikasında Abşeron rayonu ərazisində fəaliyyətdə olan palçıq vulkanı. Boyanata dağından 4 km. cənub-şərqdə, düzənlikdədir. İki məntəqədə qruplaşmışdır. Sopka, qrifon və neft çıxışlarının yayılması Maykop və Diatome dəstələri və Pont çöküntüləri zolağına uyğun gəlir. Sopkalar gil və qumdaşı brekçiyalarından ibarətdir, nündürlükləri 1-2 metrədəkdir. Sopka və qrifonlardan qaz, su, palçıq və qatı neft ayrılır. Tektonik cəhətdən vulkan Boyanata-Sarıdaş antiklinalının cənub-qərb qanadında yerləşir. == Mənbə == Azərbaycan Milli Ensiklopediyası. IV cild, Bakı,2013.
Darıdağ (bulaq)
Darıdağ – Azərbaycan Respublikasının Culfa rayonunun Culfa şəhərindən şimal-şərqdə, Şorlu çay dərəsində mineral bulaq. == Ümumi məlumat == Dəniz səviyyəsindən 800–900 metr hündürrlükdə, Darıdağ mərgümüş yatağı yaxınlığındadır. Yüksək minerallaşmış, karbon qazlı suyunda mərgümüş vardır. Əsəb, dəri və digər xəstəliklərin müalicəsində istifadə edilir. Hidronim ərazidə yerləşən eyniadlı dağın adından almışdır. Güman edilir ki, toponimiyada Darı qobusu (İmişli), Darı dərəsi (Füzuli), Darı düzü (Oğuz), Darı yeri (Bərdə, İmişli, Laçın, Yevlax, Göyçay, Şəki) və digər mikrotoponimlər də daxil olmaqla darı komponentli toponimlər dənli bitki adı ilə ələqədardır, lakin dilimizdə "qumdaşı" , "suayrıcı, su bölünən yer" mənasında da darı sözü işlənir ki, bu da xüsusilə oronimlərə xas xüsusiyyətlərdir == Həmçinin bax == Darıdağ (içki) == Mənbə == Azərbaycan toponimlərinin ensklopedik lüğəti, II cilddə. Bakı-2007. I cild, səh.150.
Darıdağ (içki)
Darıdağ - Azərbaycanda qida qəbulundan (əsasən nahar və şam yeməyindən) sonra, eləcə də müxtəlif xəstəliklərin müalicəsi zamanı qəbul edilən təbii, müalicəvi mineral süfrə suyu. Bu suyun mənbəyi Naxçıvan Muxtar Respublikası Culfa şəhərindən 8,5 km şimalda, minerallaşmaya malik karbon qazlı, xlorlu-hidrokarbonatlı-natriumlu-mərgümüşlü sudur. Tərkibində bor, yod,brom, stronsium, litium vardır. Darıdağ suyu mədə-bağırsaq xəstəlikləri, ginekoloji xəstəliklər zamanı içilir. Periferik sinir sistemi xəstəlikləri zamanı vanna qəbul etmək üçün əvəzedilməz əhəmiyyətə malikdir.
Darıdağ silsiləsi
Darıdağ silsiləsi – Culfa rayonu ərazisində alçaqdağlıq silsilə. Zəngəzur silsiləsindən cənub-qərbə ayrılan Dəmirlidağ-Göydağ qolunun uzaq cənub-qərb qurtaracağında yerləşir və yer səthində onun təbii davamı kimi çıxış edən müstəqil morfostruktur qalxıma cavab verir. Cənub-şərqdə Yaycı düzündən başlayaraq şimal-şimal-qərbə doğru Əlincəçayın sol sahilinədək 16 km məsafədə uzanır. Ən hündür zirvəsi Darıdağdır (1927,4 m). Silsilənin digər zirvələri Pilələr (1562,6 m), Şahqaraş (1430,6 m), Dikdaş (1411,0 m) və Kəsəndağdır (1102,1 m). Yamacları kəskin parçalanmış və sıldırımlıdır. Darıdağ mineral sular yatağı silsilənin cənub-şərqindədir. Tektonik cəhətdən Ordubad qarılma zonasının Paradaş seqmentinin cənub-qərb cinahında yerləşən və Üst Eosen, Oliqosen və Alt Miosen yaşlı çökmə və vulkanogen-çökmə süxurlardan təşkil olunmuş Darıdağ-Aza qalxımının mərkəzi hissəsinə uyğun gəlir və morfostruktur baxımdan suayırıcısı şimal-qərbə uzanan qırılma ilə pozulmuş antiklinal silsilə kimi səciyyələndirilir. DAĞÜSTÜ SİLSİLƏSİ – Culfa rayonu ərazisində Darıdağ silsiləsinin yerli əhali arasında işlədilən başqa adı.
I Tiridat
I Trdat və ya I Tiridat (erm. Տրդատ Ա, lat. Tiridatus) — 53–72-ci illər arasında fasilələrlə hakimiyyətdə olmuş Ermənistan çarı. Parfiya çarı II Vononun oğlu olan Trdat Arşakuni sülaləsindən olan ilk Ermənistan çarı idi. Onun hakimiyyəti ilk dəfə 54-cü ildə başlamış, lakin 58-ci ildə taxtından enmişdir və bu vəziyyət 63-cü ilə qədər davam etmişdir. Demək olar ki, yalnız Roma müəlliflərinin qələmə aldığı mənbələrin azlığı onun hakimiyyətinin bir çox aspektlərinin naməlum olduğunu göstərir. 66-cı ildə Roma ilə Parfiya arasında Ermənistan haqqında bağlanmış müqaviləyə əsasən, Parfiya hakimi I Vologezin qardaşı Trdat Ermənistanın çarı olmuş, Romada imperator Neron tərəfindən taclandırılmışdır. Razılaşmanın şərtlərinə görə, onun varisləri Parfiya şahzadələri olacaqdı, lakin onların Ermənistan taxtına çıxması üçün Romanın razılığı alınmalı idi. Beləliklə, Ermənistan həm Romanın, həm də Parfiyanın vassalına çevrilmişdi. Dövrün bir sıra Roma müəllifləri Neronun Ermənistanı de-fakto olaraq Parfiyaya verdiyini düşünürdü.Trdat həm də zərdüşti kahini idi, 66-cı ildə Romada olarkən o, digər zərdüşti maqlar ilə birlikdə qalır.
Sarıdağ (zirvə)
Sarıdağ — Baş Qafqaz silsiləsinin şərqində yerləşən və hündürlüyü 3360 metr olan zirvə. Dağ Azərbaycan ilə Rusiya (Dağıstan) arasında sərhəddə yerləşir. Mühüm hidrocoğrafi mövqeyə sahibdir. Dağ Samur çayı, Qazıqumux Göysu çayı və Avar Göysu çayını ayıtır. Onun ərazisindən başlayan qollar Samur və Avar Göysu çaylarına tökülür. Dağdan başlayan bəzi çay qolları isə Qanıxçaya tökülür.
Tolqa Sarıdaş
Tolqa Sarıdaş (30 may 1991, İstanbul) — Türkiyə aktyoru. == Həyatı == Əslən Sivaslıdır. İstanbulda doğulub, böyümüşdür. Xəlil Aqqənd litseyindən məzun olub. Litseydəki təhsili bitdikdən sonra aktyorluğa maraq göstərib. Əsənyurd bələdiyyə teatrı və Zeytun budağı teatrlarında aktyorluq edib. Bir neçə film və teleserialdan sonra Möhtəşəm yüz il adlı teleserialda canlandırdığı Şahzadə Cahangir roluyla Türkiyədə məşhurlaşmağa başlayıb. Günəşin qızları adlı teleserialda Ali Mərdoğlu rolunu canlandırmışdır. 20 yanvar, 2017-ci ildə yayımlanan Pis uşaq filmində Meriç Tuna rolunda olmuşdur. Hal-hazırda Söz adlı teleserialda Yavuz Qarasu rolunu canlandırır.
Zahidan şəhristanı
Zahedan şəhristanı— İranın Sistan və Bəlucistan ostanının şəhristanlarından biridir. Şəhristanın inzibati mərkəzi Zahedan şəhəridir. 2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhristanın əhalisi 663,822 nəfər və 130,763 ailədən ibarət idi.
Zariyan (Xoy)
Zariyan (fars. زارعان‎‎‎) - İranın Qərbi Azərbaycan ostanının Xoy şəhristanı ərazisinə daxil olan kənd.
Zarina Nizomiddinova
Zarina Nizomiddinova (özb. Zarina Nizomiddinova Shahboz qizi) — Özbəkistanda məşhur aktrisalardan biri və müğənni. 29 mart 1989–cu ildə Özbəkistan–in paytaxtı Daşkənd şəhərində anadan olub. 2010–cu ildə özbək dilində çəkilmiş "Qaragöz" filmində rol almasıyla kino karyerası başlamış, 2005–2016–cü illər arasında Özbəkistan istehsalı olan 34 filmdə çəkilmişdir. == Filmoqrafiyası == == Reklam filmləri == == Rol aldığı musiqi klipləri == == Filmləri == "Yurak yig'lar // Юрак йиглар (2015)" — YouTube "Xiyonat girdobi // Хиёнат гирдоби (2015)" — YouTube "Aql va yurak // Акл ва юрак (2013)" — YouTube "Qudamni ko'rmadingizmi // Кудамни курмадингизми (2013)" — YouTube "O Maryam, Maryam // О Марьям, Марьям (2012)" — YouTube "Men yulduzman // Мен юлдузман (2012)" — YouTube "Qorako'z // Коракуз (2010)" — YouTube == Video kliplər == == Klipləri == "Meni kechir // Мени кечир" — YouTube "Afsonaviy // Афсонавий" — YouTube == Maraqlı faktlar == Mohinur Nizomiddinova Shahbozovna. Shohruh Nizomiddinov Shahbozovich. Temurxon Sodiqov Toʻlqinovich. Toʻlqin Sodiqov.
Zarina Qurbanova
Zarina Qurbanova (gimnast) — Özbəkistanı təmsil edən bədii gimnast. Zarina Qurbanova (aktrisa) — Azərbaycanlı aktrisa.
Zarina İvanovna
Yekaterina İvanovna Zarina (Novikova, 1 oktyabr 1837 – 25 yanvar 1940) rus yazıçısı və memuarçısı idi. == Haqqında == Yekaterina İvanovna Zarina 1837-ci il oktyabrın 1-də (bəzi mənbələrə görə 1835-ci ildə) Anapa şəhərində anadan olub. Uzun müddət Serdobskda və Penza vilayətinin Serdobski rayonunun Pyaşa kəndində yaşayıb. Penzada zadəgan internat məktəbini bitirib. 1859-cu ildə Sankt-Peterburqa köçdü. "Sovremennik" jurnalı, "Rus" qəzeti, "Rusiyanın Pilgrim" jurnalı ilə əməkdaşlıq edib.Yekaterina İvanovna bir çox hekayə, roman və pyeslərin müəllifidir. Onun ən mühüm əsəri "Nikolay Bronski" romanıdır. Onun xatirələrində Penzaya həsr olunmuş səhifələr var. Yekaterina İvanovna Zarina ədəbiyyatşünas, şair, tərcüməçi Efim Fedoroviç Zarin ilə evli idi. Yazıçı və ədəbiyyatşunas olan Andrey (1862–1929) və Fyodr Efimoviç (1870–1941), Zarinin və memar olan Sergey Zarinin anasıdır..
Darıdağ daş karxanası
Darıdağ daş karxanası —Aparılan araşdırmalar göstərir ki, Culfa rayonunun şimal-şərqində Darıdağ mineral su mənbəyinin yaxınlığında, təqribən 2 km aralıda, yolun sağ tərəfində daş-yonma mərkəzi fəaliyyət göstərmişdir. Ərazidə olan böyük daş ehtiyatları burada qədim zamanlardan daş-yonma sənətinin inkişafı üçün zəmin yaratmışdır. Təbii ki, bu daşlar dağın üstündə kəsilmiş və yonulub hamarlanaraq müxtəlif ölçüyə və formaya salınmışdır. Burada əsasən, sarımtıl və qırmızımtıl rəngli daş növündən istifadə edilmişdir. Mərkəz hazırda fəaliyyət göstərməsə də, orada indi də iş prosesində sıradan çıxmış və yaxud da keyfiyyəti ustanı təmin etmədiyindən işi yarımçıq qalmış çoxlu dəyirman daşları, sənduqə tipli qəbirüstü xatirə abidələri qalmışdır. Ərazidə dəyirman daşlarının və sənduqələr üçün materialın kəsilib çıxarıldığı yer aydın görünür. Burada olan daşlardan qoç abidələrinin düzəldilməsi üçün də istifadə edilmisdir. Qeyd etdiyimiz daş karxanasında sənduqə və qoç heykəli məzar daşları formaşında kəsilmiş, lakin tam yonulub düzədilməmiş, üzərində iş yarımçıq qalmış daşlar vardır. Darıdağ daş üzərində işləmə mərkəzinin geniş fəaliyyətindən və satış bazarının əhatəsindən bəhs edən AMEA-nın müxbir üzvü H.Səfərli yazır ki, burada nəinki Culfa ərazisindəki yaşayış məskənləri üçün abidələr hazırlanmış, həmçinin ətraf kəndlərdən də sifarişlər qəbul edilmiş və hazır material müxtəlif yerlərə aparılmışdır. Müəllif topladığı çöl materiallarına əsasən fikrinə davam edərək, daş karxanasının fəaliyyətinin XX yüzilliyin 60-cı illərinə qədər davam etdiyini göstərmişdir Darıdağ daş üzərində işləmə mərkəzi iki böyük hissəyə ayrılır.
Darıdağ mineral bulağı
Culfa rayonu ərazisində Culfa şəhərindən 8 km. şimal-şərqdə Darıdağın ətəyində, okean səviyyəsindən 900 m. yüksəklikdə 5 bulaqla 32 sayda mexaniki quyular vardır. Yer altından təzyiqlə çıxan mineral tərkibli termal (isti) sular karbonqazlı, mərgümüşlü (radiaktiv zəhərli maddədir), yüksək minerallaşmış xlorlu-hidrokarbonatlı-natriumludur. Yer altından təzyiqlə çıxan mineral tərkibli termal (isti) sular karbonqazlı, mərgümüşlü (radiaktiv zəhərli maddədir), yüksək minerallaşmış xlorlu-hidrokarbonatlı-natriumludur. Polşada “Kudova”, Fransada “Lua-Bulbul”, Almaniyada “Dürkgeym”, Rusiyada “Sineqorsk” (Saxalin) adları ilə tanınan mineral bulaqlar da bu su ilə oxşarlıq təşkil edir. Darıdağ mineral suyu tərkibindəki duzların çox olmasına görə yuxarıda adları çəkilən termal bulaqlardan fərqlidir. Bu mineral sudan istər soyuq istərsə də isti içmək zərərlidir. 1991-ci ildən ərazidə pullu xidmətli Darıdağ Balneoloji Müalicəxanası fəaliyyət göstərir. Müalicəxana 1978-ci ildən yaradılaraq orada ürək-damar xəstəlikləri, dayaq-hərəkət orqanları, periferik əsəb sistemi, dəri, kinekoloji və.s xəstələr vanna qəbul etməklə müalicə olunurlar.