Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Porko Rosso
«Porko Rosso» (it. Porco Rosso — «qırmızı donuz») — 1992-ci ilin anime-filmi. Yapon dilində adı — «Kurenay no Buta» (紅の豚, «al donuz»). Rejissor — Hayao Miyazaki. == Məzmun == Məzmun Birinci və İkinci dünya müharibələrinin arasında Adriatikada baş tutur. Baş pilot Marko Paqqot — Birinci dünya müharibəsinin iştirakçısıdır. Müharibə bitdikdən sonra Marko insanlarla o dərəcədə məyus oldu ki, özünə cadu cəlb etdi və qismən donuza döndü. İtaliyada faşistlər yaranandan sonra o, özünü Porko Rosso ( it. Porco Rosso — «Al donuz») adlandırır və hökumətə hava piratlarını yaxalamaqla kömək etməyə başlayır. == Mükafatlar == 1993-cü ildə film iki «Mayniçi» mükafatını alır — ən yaxşı animasiya filminə görə (Hayao Miyazaki) və ən yaxşı musiqiyə görə (Co Hisayşi).
Bordo
Bordo - Fransanın cənub-şərqində, Akvitaniyada şəhər, Jironda departamentinin inzibati mərkəzi. Əhalisi 250,8 min (2008). Biskay körfəzindən 97 km aralıdır. Haronna çayı mənsəbində mühüm dəniz portu. İri nəqliyyat qovşağı. Beynəlxalq aeroport. Parislə dəmiryol əlaqəsi var. Dünyanın şərabçılıq paytaxtlarından biri hesab olunur. == Tarixi == E.ə. III əsrdən Burdiqala adı ilə kelt tayfalarından biri olan bituriqlərin əsas şəhəri kimi məlumdur.
Forki
Forki, Forkis, Fork (q.yun. Φόρκυς q.yun. Φόρκυς Φόρκυς) — qədim yunan mifologiyasında dəniz xthonik tanrısı, fırtınalı dəniz tanrısı, möcüzələr tanrısı. Pontla və Geyanın oğlu və ya Uran və Geyanın oğlu və ya Pontla Tefidanın oğlu . Dəniz tanrısının qardaşı və əri, uçurumun qəddar tanrısı Keto . Birlikdə bütün dəniz fırtınalarına əmr verir, dəniz bədheybətləri ilə dənizçilərdə qorxu yaradırdılar. əmr verdilər, dəniz canavarlarını meydana gətirdilər. Qorgon və Qrayalar ; Hesperidlər (versiyaya görə); hesperidlərin qızıl alma qəyyumu yüz başlı əjdaha Ladon, ; sirenalar (versiyaya görə) və Yexidna onların övladlarıdır. (versiyaya görə). Həm də Forki həm də şəhərin sərhədlərini qoruyan tanrıya Troya çarının minnətdarlıq etmədiyinə görə Poseydonun sakinlər üzərində nəzarət üçün qoyduğu Troya dəniz əjdahasının atası olmuşdur.
Koryö
Koryo (kor.- 고려) — X əsrdə Taebonq dövlətinin 4 general tərəfindən devrilməsindən sonra yaradılmış dövlətdir.918-ci ildə yaradılmış bir Koreya krallığı olub, 1392-ci ilə qədər hökm sürmüşdür.Goryeo Koreya tarixçiləri tərəfindən "əsl milli birləşmə" adlandırılmışdır. Koreya sözü Koryö-dən yaranmışdır. Koryo, ilk dəfə 5-ci əsrin əvvəllərində Goguryeo tərəfindən istifadə edilmişdir. İlk kralının adı Sejo adı ilə tanınan Wang Ryung olmuşdur. VII əsrin sonlarından etibarən Koreya yarımadasının çox hissəsini idarə edən Şila krallığı bir müddətdən sonra siyasət hadisələrin baş verməsi səbəbindən, IX əsrin sonlarında dağılmağa başlamış və asiya tarixdə tanınan Baekje və Koquryeo kimi qədim dövlətlərin dirçəlməsinə gətirib çıxarmışdır. Daha sonra Koquryeonun (həm də Taebong kimi tanınırdı), yerində Goryeonu quran Goguryeo nəslinin görkəmli generalı Wang Geon tərəfindən 918-ci ildə devrildi. 935-ci ildə Goryeo sülh yolu ilə Silla'ya qoşuldu və Koreya yarımadasını uğurla birləşdirərək, 936-cı ildə Baekje'ni fəth etdi. 993-cü ildən başlayaraq Goryeo , şimalda güclü köçəri imperiya olan Xitan Liao sülaləsi tərəfindən çox sayda işğallara məruz qalıb, 1019-cu ildə həlledici müharibədə Goryeo qələbə çalaraq qızıl dövrünə daxil olmuş, bu da bir əsrlik sülh və firavanlıq gətirmişdir.Bu dövrdə Koryo,Şərqi Asiyada Liao və Song arasındakı balansı qorumağı bacramışdır. == İqtisadiyyat == === Ticarət === Goryeo sülaləsi dövründə ticarət sürətli idi. Xanədanlığın əsas limanı Byeokrando idi.
Lorio
Viko fon Bülov ya Lorio, əsil adı: Bernqard Viktor Kristif-Karl fon Bülov, (fr. Bernhard Victor Christoph-Carl von Bülow; Vicco von Bülow; 12 noyabr 1923[…] – 22 avqust 2011[…]) — alman komik aktyoru, eynizamanda rejisor, yazıçı və rəssamı. Fransız dilindən götürülmüş “Lorio” ləqəbinin mənası “sarıköynək” deməkdir. Belə ki, sarıköynək Fon Bülovlar ailəsinin gerbində əks olunmuşdur. == Bioqrafiyası == Viko fon Bülov Prusiyada kübar bir ailədə dünyaya gəlmişdir. Onun atası Yohan-Albrext Vilhelm fon Bülov (1899–1972) zabiti olmuşdur. Yohan-Albrext Vilhelm fon Bülov 1927 ci ildə həyat yoldaşı Şarlotte Matilda Luis ilə boşandıqdan sonra Bülov özündən bir yaş kiçik qardaşı ilə Berlində nənə və ulunənəsinin yanında böyümüşdür. 1934 —1938 ci illərdə Şadov gimnaziyasında oxuyur, sonra isə Ştutqarta köçdüklərinə görə 1941 ci ildə Berhard Lüdviq gimnaziyasını bitirdikdən sonra, on yeddi yaşında ikən orduya çağrılır. III Tank diviziyası tərkibində şərg cəbhəsinə düşən Bülov ober-leytenent rütbəsi alaraq, 1943 cü ildə I və II dərəcəli Dəmir xaç ordeninə layiq görülür. Viko fon Bülovun NSAFPnın üzvü olması haqqında heç bir sübut tapılmamışdır.
Marko
Marko — ad. Marko Delvekkio — İtaliya futbolçusu. Marko Di Matteo — CAR-lı oxatan. Marko Messias — Portuqaliyalı ağır atlet. Marko Yuliano — İtaliya futbolçusu. Marko di Vayo — İtaliya futbolusu.
Morso
Morso — Laqunanın yerli adı olub Xəzər dənizinin Lənkəran ovalığı sahilboyunda qum tirələri ilə dənizdən ayrılmış qapalı dayaz su sahəsinə deyilir. Adətən Morsoya çay töküldüyündən suyu çox da şor olmur. Məsələn, Lənkəran şəhərindən şimalda yerləşən Gamışovan gölü Morsodur.
Noriko
Noriko — ad. Noriko Baba — keçmiş Yaponiya qadın futbolçusu. Noriko İşibaşi — keçmiş Yaponiya qadın futbolçusu.
Porto
Portu (port. Porto) — Lissabondan sonra Portuqaliyanın ikinci böyük şəhəridir. Şəhər Atlantik okeanı sahilində yerləşmişdir. Ayrıca şəhərin ortasından Douro çayı keçməkdədir. == Görməli yerlər == Burada qədimi qaladan yenidən tikilmiş Kafedra qurultayı, Kleriqoş mərmər qülləsi, fransiskant kilsəsi San-Fransişku, Maşadu-de-Kaştru Yepiskop sarayını gəzmək maraqlı olardı. Portudan şimalda məşhur Braqa şəhəri yerləşir. Braqadan 55 km.-də Portuqaliyanın ziyarətgahı olan Bon-Jezuş-du-Monte yerləşir. Klisənin yanında balaca sovmələrlə (kiçik kilsələr) gözəl park, fəvvarələr və süni göllər yaradılıb. Şəhər özünün arxitektur abidələri – kilsələri, sarayları, balaca şəhərcikləri və fəvvarəli meydanları ilə fəxr edə bilər. Portu şəhəri həm də şərablarıyla məşhurdur.
Qorki
Qorki — Rusiyada şəhər. Qorki (Belarus) — Belarusda şəhər. Qorki Avtomobil Zavodu — Avtomobil Zavodu.
Qoryo
Koryo (kor.- 고려) — X əsrdə Taebonq dövlətinin 4 general tərəfindən devrilməsindən sonra yaradılmış dövlətdir.918-ci ildə yaradılmış bir Koreya krallığı olub, 1392-ci ilə qədər hökm sürmüşdür.Goryeo Koreya tarixçiləri tərəfindən "əsl milli birləşmə" adlandırılmışdır. Koreya sözü Koryö-dən yaranmışdır. Koryo, ilk dəfə 5-ci əsrin əvvəllərində Goguryeo tərəfindən istifadə edilmişdir. İlk kralının adı Sejo adı ilə tanınan Wang Ryung olmuşdur. VII əsrin sonlarından etibarən Koreya yarımadasının çox hissəsini idarə edən Şila krallığı bir müddətdən sonra siyasət hadisələrin baş verməsi səbəbindən, IX əsrin sonlarında dağılmağa başlamış və asiya tarixdə tanınan Baekje və Koquryeo kimi qədim dövlətlərin dirçəlməsinə gətirib çıxarmışdır. Daha sonra Koquryeonun (həm də Taebong kimi tanınırdı), yerində Goryeonu quran Goguryeo nəslinin görkəmli generalı Wang Geon tərəfindən 918-ci ildə devrildi. 935-ci ildə Goryeo sülh yolu ilə Silla'ya qoşuldu və Koreya yarımadasını uğurla birləşdirərək, 936-cı ildə Baekje'ni fəth etdi. 993-cü ildən başlayaraq Goryeo , şimalda güclü köçəri imperiya olan Xitan Liao sülaləsi tərəfindən çox sayda işğallara məruz qalıb, 1019-cu ildə həlledici müharibədə Goryeo qələbə çalaraq qızıl dövrünə daxil olmuş, bu da bir əsrlik sülh və firavanlıq gətirmişdir.Bu dövrdə Koryo,Şərqi Asiyada Liao və Song arasındakı balansı qorumağı bacramışdır. == İqtisadiyyat == === Ticarət === Goryeo sülaləsi dövründə ticarət sürətli idi. Xanədanlığın əsas limanı Byeokrando idi.
Qoyko
Qoyko — ad. Qoyko Arneri — Yuqoslaviyalı üzgüçü. Qoyko Doqo — Serbiyalı şair. Qoyko İvkoviç — Serbiya futbolçusu. Qoyko Kaçar — Serbiya futbolçusu. Qoyko Mitiç — Yuqoslaviyalı kinoaktyor. Qoyko Piyetloviç — Serbiyalı su polosu qapıçısı. Qoyko Vuçiniç — Serbiyalı həndbolçu. Qoyko Zek — Serbiya futbolçusu.
Sorqo
Sorqo (lat. Sorghum) — qırtıckimilər ailəsindən olan birillik və çoxillik cinsləri olan ot bitkisi. Asiya, Afrika, Cənubi və Şimali Amerika, Avropa və Avstraliyada yayılmışdır. Sorqo şoranlığa, quraqlığa qarşı davamlı olmaqla pöhrə vermək qabiliyyətinə məxsusdur. Bu üstün cəhətlər onu dağ və aran rayonlarında yetişdirib yaşıl və qaba yem kimi istifadə olunmasına imkan verir. Sorqo qağıdalı, buğda, arpa, vələmir və s. bitkilərə nisbətən 2–3 dəfə az su tələb edir. O, çox qidalı bitkidir, tərkibində 70% nişasta, 12% zülal, 3,5% yağ vardır. Sorqo bitkisindən 800–900 sen yaşıl kütlə, 30–35 sen dən məhsulu almaq mümkündür. Qarışıq əkində məhsuldarlıq 20%-dan artıq olur.
Torki
Torki (ing. Torquay — Böyük Britaniyada, İngiltərədə (İngiltərə Boyük Britaniya dövlətinin vilayətidir) vilayətində şəhər.
Mormo
Mormo (lat. Mormo) — heyvanlar aləminin buğumayaqlılar tipinin həşəratlar sinfinin pulcuqluqanadlılar dəstəsinin sovkalar fəsiləsinə aid heyvan cinsi.
Anacamptis morio
Anacamptis morio (lat. Anacamptis morio) — bitkilər aləminin qulançarçiçəklilər dəstəsinin səhləbkimilər fəsiləsinin bağ səhləbi cinsinə aid bitki növü.
Arşil Qorki
Arşil Qorki (ing. Arshile Gorky, erm. Արշիլ Գորկի; 15 aprel 1904[…] – 21 iyul 1948[…]) və ya Vostanik Manuk Adoyan (erm. Ոստանիկ Մանուկ Ատոյան ) - erməni əsilli amerikalı rəssam.
Bordo (dəqiqləşdirmə)
Bordo
Bordo (rayon)
Bordo (fr. Bordeaux) — Fransanın Akvitaniya regionun rayonlarından (fr. Arrondissement) biri . Departamenti — Jironda. Suprefektura — Bordo. Rayonun əhalisi 2006-cı ildə 933 025 nəfər təşkil edirdi. Əhalinin sıxlığı — 212 nəf / km² . Rayon ərazisi — 4397 km².
Bordo FK
FC Girondins de Bordeaux — Fransız futbol klubu. Oyunlarını Bordodakı 35.200 nəfərlik Stade Chaban Delmas oynayan klub, 6 dəfə Liqa 1 çempionluğu qazanma müvəffəqiyyəti göstərmişdir. 1995-96 mövsümündə UEFA Intertoto Kubokunu qazanıb UEFA Kubokunda seçmələrə qalmış və daha sonra final oynamış ancaq Bayern Münhenə 2-0 və 3-1 məğlub edərək çempion olmağı bacarmışdır.
Borno ştatı
Borno ştatı (ing. Borno State) — Nigeriyanın Şimal-şərq geosiyasi zonasında ştat. == Adı == Ştatın adı Berberlərin evi mənasını daşıyır. Keçmişdə o Bornu adını daşıyırdı. Bu ad Bornu İmperiyasından qalıb.
Boyko Borisov
Boyko Borisov (13 iyun 1959[…]) — Bolqarıstanın baş naziri. == Futbolçu karyerası == Bolqarıstanın futbol üzrə III divizionunda çıxış edən "Tayqers" klubunda oynayır.
Boşko Raduloviç
Boşko Raduloviç (6 oktyabr 1996) — Monteneqrolu üzgüçü. Boşko Raduloviç Monteneqronu 2017-ci ildə XXXVII Su idman növləri üzrə Dünya Çempionatında təmsil etdi. == Karyerası == Boşko Raduloviç birinci dəfə Dünya Çempionatına 2017-ci ildə qatıldı. O, Budapeştdə baş tutan XXXVII Su idman növləri üzrə Dünya Çempionatında kişilər 50 m kəpənək stildə, təsnifat mərhələsində iştirak etdi. 25.24 saniyəlik nəticəsi ilə 89 üzgüçü arasında 53-cü oldu və yarımfinala vəsiqə qazana bilmədi.
Corco Armani
Corco Armani (it. Giorgio Armani; d.11 iyul 1934, İtaliya, Pyaçentsa) — İtaliyalı geyim dizayneri. == Məlumat == Corco Armani Pyaçentsa universitetində tibb üzrə təhsil almış, lakin dizayn işlərinə aludə olduğundan təhsilini başa vurmamışdır. 1964-cü ildə N.Çerrutinin firmasında, 1970-ci ildən isə hazır geyim firmalarında müstəqil işləməyə başlamışdır. 1974-cü ildən öz markası ilə kişi və qadın geyimləri kolleksiyalarını hazırlamışdır. Armani ciddi, qüsursuz klassik üsluba sərbəst görünüş verə bilmişdir. Qadın qarderobuna yumşaq yun parçadan kişi stilində tikilmiş şalvarlı kostyumlar əlavə etmişdir. Armani kolleksiyalarına gənclər üçün cins parçadan geyimlər daxil edən (1981-ci ildən) ilk dizayner olmuşdur. Armaninin estetik prinsipi "nəzərə çarpmayan moda"dır və buna görə də onun modellərində gözəl, dəbdəbəli parçalar və zərif, nəfis aksessuarlar sadə, aydın formalar əsasında birləşmişdir. == Sport == "Olimpia Milano" basketbol yığımın prezidentidir.
Corco Vazari
Corco Vazari (it. Giorgio Vasari; 30 iyul 1511[…], Arezzo, Florensiya Respublikası – 27 iyun 1574[…], Florensiya, Böyük Toskana hersoqluğu) —İtaliya rəssamı, Renessans mədəniyyətinin görkəmli nümayəndələrindən biri. == Həyatı == Mazaççonun bioqrafi (katibi), renessans dövrünün rəssamı Corco Vazari (1511–1574) yazırdı ki, Mazaçço ("Yöndəmsiz") ləqəbi ona ətraf həyata diqqətsiz olduğu üçün verilmişdi. Müəllimləri olmasalar da, Brunelleski və Donatello ilə təmasda olması Mazaçço üçün əsl məktəb olub.