Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Kamennıe adaları
Kamennıe adaları — Kara dənizində yerləşən və 4 adanı özündə birləşdirən arxipelaq. Adalar Pyasin körfəzində, Sibir sahillərindən şimalda yerləşir. İnzibati cəhətdən Krasnoyarsk diyarı ərazisində yerləşir. Arxipelaqın tərkibinə daxil olan adalar. Qərbi Kamennıe adası, dairəvi formalıdır, diametri 8,5 km-dir, ən hündür nöqtəsi — 159 m. Şərqi Kamennıe adası, ən iri adasıdır, 17 km uzunluğa və 9 km enə malikdir, ən hündür nöqtəsi — 46 m. Rastorquev adası, uzunsov formaya malik olan ada, ən hündür nöqtəsi — 132 m. Morjov adası, arxipelaqın ən kiçik adasıdır, diametri 4 km-dir, ən hündür nöqtəsi −80 m. Adalar materikdən Kuroçkin boğazı ilə ayrılır. Materikə ən yaxın ada Morjov adasıdır.