Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Foqarti kateteri
Foqarti kateteri (ing. Fogrty-Katheter) Amerika cərrahı Tomas J. Foqartinin adı ilə adlandırılmış, 75 sm uzunluğunda, uc hissəsində daxilinə maye (Heparinli 0,9%-li NaCl məhlulu) yeritmək üçün qovucuq olan, arteriya damarlarından tromb kütləsini xaric etmək üçün tətbiq edilən elastik və plastik boru ya kateterdir. Kateter damar və ürək cərrahiyyəsində, xüsusən də magistral damarların trombozunda geniş tətbiqini tapmışdır. Tromb kütləsi ilə tutulmuş damar proksimal hissədən yarılaraq daxilinə Foqarti kateteri yeridilir. Kateterin ucu tromb kütləsini dələrək distal istiqamətdə yeridildikdən sonra , onun ucundakı qovucuğa müvafiq miqdarda Heparinli 0,9%-li NaCl məhlulu yeridilərək şişirdilir. Bundan sonra kateter geri çəkilərək yarılmış damar mənfəzindən kənar edilir. Nəticədə qovucuq tromb kütləsini önünə alıb kürəyərək damar kəsiyindən xaric etmiş olur. == Həmçinin bax == Kateter Arterial kateter Venadaxili kateter Mərkəzi venoz kateter Svan-Hanz kateteri Sidik kateteri == Mənbələr == Ellis H. The Fogarty catheter. J Perioper Pract. 2006 Jun;16(6):303.
Svan-Hanz kateteri
ing. Swan-Ganz ya ağciyər arteriyası kateteri ya da pulmonal kateter 1970-ci ildə kardioloqlar Uilyam Qans (ing. William Ganz) və Yeremi Suan (ing. Jeremy Swan) tərəfindən əsasən ürək patologiyalarında hemodinamik dəyişiklikləri müayinə etmək və qiymətləndirmək üçün icad edilmişdir. Kateter sonralar icad edənlərin şərəfinə ing. Swan-Ganz adlandırılmağa başlanılmış və bu adla da kardiologiyada öz yerini tutmuşdur. Kateter perkutan (dəridən keçməklə) mərkəzi venalardan birinə yeridilməklə ürəyin sağ qulaqcığına, oradan sağ mədəsiyə daha sonra isə ağciyər kötüyü vasitəsilə ağciyər artriyasına daxil edilir. Kateterin digər ucu isə müayinələri seyr etmək üçün manitorla əlaqələndirilir. Kateter növbə ilə ürəyin sağ şəbələrinə yeridilməklə onların hemodinamik göstəriciləri manitor vasitəsilə müşaidə olunur. Yekun olaraq kateterin ucu ağciyərin xırda arteriyalara qədər ğəlib çatdıqda onun ucundakı qovuq üfürdülərək (adətən maye yeritməklə) arteriyanın mənfəzinin qapanmasına nail olunur.
Swan-Ganz kateteri