Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Kheşanın mühasirəsi
Kheşanın mühasirəsi və ya Kheşan döyüşü (ing. Battle of Khe Sanh) — Vyetnam müharibəsi zamanı Kheşan hərbi bazası uğrunda Vyetnam Xalq Ordusu ilə ABŞ dəniz piyadaları korpusu arasında döyüş. Amerika tarixşünaslığına görə, Kheşanın mühasirəsi müharibədə ABŞ qüvvələrinin iştirak etdiyi ən uzunmüddətli döyüşü olmuşdu və bazanı müdafiə edən dəniz piyadalarının qələbəsi ilə başa çatmışdı. Daha sonra baza tərk edilmiş və bu, Şimali Vyetnam tərəfinə öz qələbəsini təsdiq etməyə imkan yaratmışdı. Kheşanın mühasirəsi Vyetnam müharibəsinin ən məşhur və simvolik döyüşlərindən biridir. == Qeydlər == == İstinadlar == == Əlavə ədəbiyyat == Dövlət sənədləri US Military Assistance Command, Vietnam, Command History 1965, Annex N. Saigon, 1966. US Military Assistance Command, Vietnam, Command History 1966, Annex M. Saigon, 1967. Hinh, Nguyen Duy. Operation Lam Sơn 719. Washington, D.C.: United States Army Center of Military History.
Qruzuqol trestinin binası
Qruzuqol trestinin binası – Tbilisi şəhərində 1953-cü ildə memarlar Konstantin Çxeidze və Mixail Çxikvadzenin layihəsi əsasında inşa edilmiş inzibati binasıdır. Rustaveli prospekti 52 ünvanında yerləşən bina, prospektin ən son ünvanlarından biridir. Hazırda bina Gürcüstan Elmlər Akademiyasına məxsusdur. Həmçinin binada Gürcüstan Kinematoqrafçılar İttifaqının ofisi yerləşir. Binanın Rustaveli prospektinə baxan əsas fasadındakı kollonadanın altında yerli sakinlər hər gün suvenir ticarəti ilə məşğul olurlar. 1955-ci ildə məşhur “Layihələndirmə və inşaatda artıqlıqların aradan qaldırılması haqqında” qaydanın qüvvəyə minməsindən sonra, bina, (Stalin amprinin digər nümunələri kimi) ciddi tənqidlərə məruz qalmışdır: Binanın memarlığı eklektika üslubunda həll edilmişdir. Binanın əsas fasadında yerləşən eyvanların memarlığında mavritan memarlığının təsiri aydın hiss olunur. SSRİ yazıçısı Leonid Volınski “Gecənin içindən” (rus. Сквозь ночь, 1974) adlı kitabında, binanın memarlığının 1923-cü ildə Stokholm ratuşasını inşa etmiş İsveç memarı Raqnar Estberqin işlərindən götürüldüyünü qeyd edir. Stokholm ratuşası və Qruquqol trestinin binası küncdə qüllə ilə birləşdirilən oxşar fasad strukturuna malikdir.
Ağ kətanın sehri... Kamil Nəcəfzadə
Ağ kətanın sehri... Kamil Nəcəfzadə qısametrajlı sənədli televiziya filmi rejissor Elvin Vəlimətov tərəfindən 2014-cü ildə çəkilmişdir. Film Azərbaycan Televiziyasında istehsal edilmişdir. Film kino rəssamı, Azərbaycanın xalq rəssamı, Dövlət Mükafatı laureatı Kamil Nəcəfzadənin 85 illik yubileyinə həsr olunur. == Məzmun == Film kino rəssamı, Azərbaycanın xalq rəssamı, Dövlət Mükafatı laureatı Kamil Nəcəfzadənin 85 illik yubileyinə həsr olunur. Kamil Nəcəfzadə 1948-ci ildə Ə. Əzimzadə adına Rəssamlıq məktəbini bitirdikdən sonra təhsilini Moskvada Ümumittifaq Dövlət Kinematoqrafiya İnstitutunda davam etdirir. 1955-ci ildən təhsilini bitirərək Bakıya qayıdır və "Azərbaycanfilm" kinostudiyasında quruluşçu rəssam kimi fəaliyyətə başlayır. Kamil Nəcəfzadə kinofilmlərə verdiyi tərtibatlarla yanaşı, rəngkarlıq, qrafika və eləcə də teatr sənətində də öz sözünü demişdir.
Ağ kətanın sehri... Kamil Nəcəfzadə (film, 2014)

Ağ kətanın sirri. Kamil Nəcəfzadə (film, 2014)