Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Bulbophyllum levanae
Bulbophyllum levanae (lat. Bulbophyllum levanae) — səhləbkimilər fəsiləsinin bulbofillium cinsinə aid bitki növü.
Lejandr çoxhədliləri
Riyaziyyatda, Lejandr funksiyaları aşağıdakı Lejandr differensial tənliyinin dəqiq həlli şəklində meydana çıxır: d d x [ ( 1 − x 2 ) d d x P n ( x ) ] + n ( n + 1 ) P n ( x ) = 0. {\displaystyle {d \over dx}\left[(1-x^{2}){d \over dx}P_{n}(x)\right]+n(n+1)P_{n}(x)=0.} Bu funksiyalara məşhur fransiz riyaziyyatçısı Adrien Mari Lejandrın şərəfinə Lejandr funksiyaları adı verilmişdir. Yuxarıda göstərilən adi diferensial tənlik fizika və bir çox digər təbiət və texniki elm sahələrinin müxtəlif məsələlərinin izah edilməsi zamanı meydana çıxır və uğurla tətbiq edilir. Məsələn, Laplas tənliyinin (və uyğun xüsusi törəməli differensial tənliklərin) sferik koordinatlarda dəqiq həlli məhz bu funksiyalara gətirib çıxarır. Lejandr diferensial tənliyi adi qüvvət sıraları üsulundan istifadə etməklə dəqiq həll edilə bilər. Bu tənlik x = ±1 qiymətlərində requlyar sinqulyar nöqtələrə malikdir. Bu səbəbdən də, ümumilkdə, qüvvət sıraları üsulu ilə tapilan həll əslində yalnız |x| < 1 şərti çərçivəsində doğrudur. n tam ədəd olduğu zaman isə, x = 1 qiymətində requlyar olan Pn(x) həlli, eyni zamanda, x = −1 qiymətində də requlyar olacaq ki, bu səbəbdən də bu həllin sonsuz sıra şəkli kəsilərək sonlu cəm şəklinə düşəcək (bağqa sözlə, çoxhədliyə çevriləcək).
Paraamblyseius lecanis
Amblyseius lemani
Amblyseius lemani (lat. Amblyseius lemani) — phytoseiidae fəsiləsinin amblyseius cinsinə aid heyvan növü. == İstinadlar == Amblyseius lemani Catalogue of Life saytında Mites GSDs: PhytoseiidBase.
Proprioseiopsis levani
Proprioseiopsis levani (lat. Proprioseiopsis levani) — phytoseiidae fəsiləsinin proprioseiopsis cinsinə aid heyvan növü. == İstinadlar == Proprioseiopsis levani Catalogue of Life saytında Mites GSDs: PhytoseiidBase.
Adrien Mari Lejandr
Adrien Mari Lejandr (18 sentyabr 1752[…], Paris – 9 yanvar 1833, Paris) — Fransız riyaziyyatçısı; ədədlər nəzəriyyəsi, elliptik inteqrallar və s. üzrə əsərlərin müəllifi.
Cormack-Lehane təsnifat sistemi
Kormak-Leheyn təsnifat sistemi birbaşa larinqoskopiya zamanı görünən strukturlar əsasında, endotraxeal intubasiyanın icrasının mümkünlük dərəcəsini müəyyən etmək üçün tərtib edilmiş təsnifatdır. Təsnifat 1984 cü ildə R.S. Kormak və C. Leheyn tərəfindən tərtib edilmişdir. Gənc həkim anesteziyoloqların ixtisas hazırlıqlarında, çətin intubasiyaların icra vərdiş və texnikalarına yiyələnmələri üçün müxtəlif mümkün senarili modul vasitəsi kimi tətbiq edilməkdədir.
Lesani Hərbi Texnika Muzeyi
Lesani Hərbi Texnika Muzeyi - Çex Respublikasının Mərkəzi Bohemiya regionundakı Lesani şəhərində yerləşən hərbi texnika muzeyidir. Onun ekspozisiyasında 1890-cı ildən indiyədək istehsal olunmuş 700-dən çox tarixi tank, artilleriya, motosiklet, zirehli texnika, yük maşınları, hərbi sərnişin avtomobilləri, raket sistemləri və digər hərbi texnikalar nümayiş etdirilir. == Tarixi və təqdimatlar == Muzey 1996-cı ildə Týnec nad Sâzavou yaxınlığındakı Lešany bələdiyyəsində keçmiş artilleriya kazarmasında yaradılmışdır. Kolleksiyalar on zalda, altı örtülü sahədə və həmçinin açıq havada təqdim olunur. 2003-cü ildən başlayaraq hər il mövsümün sonunda (adətən avqustun sonu/sentyabrın əvvəli) muzeyin ərazisində muzeydəki bir çox tank və digər hərbi maşınların nümayiş olunduğu “Tank Günü” keçirilir. Kolleksiyalar dinamik displeylərdə təqdim olunur. Çexiya ordusu bu tədbirlərdə iştirak edir, buna görə də Çexiya ordusunun mövcud hərbi texnikası da bu tədbirdə nümayiş etdirilir. Həmçinin hər mövsümün əvvəlində (may ayında) adətən digər quru qoşunları növlərinin texnikalarına həsr olunmuş tədbirlər də təşkil olunur. “Artilleriya günü”, “AAA günü”, “Tatra günü” və s. günlər belə tədbirlərin həyata keçirilmiş olduğu günlərdəndir.