Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Lisini
Flavi Qaleri Valeri Lisinian Lisini (lat. Flavius Galerius Valerius Licinianus Licinius), Roma tarixşünaslığında daha çox Lisini kimi tanınır (təq. 263, Moziya – 325, Saloniki) — 308–324-cü illərdə hakimiyyətdə olmuş Roma imperatoru. == Həyatı == Lisini illiriyalı kəndli ailəsində anadan olmuşdur. O, 307-ci ildə imperator olan dostu Qaleri tərəfindən avqust elan edilmişdir. Qaleri onun qərb torpaqlarını idarə edəcəyinə ümid edirdi, lakin İtaliya, Afrika və İspaniyanı qəsbkar Maksensi, Konstantin isə Qalliya və Britaniyanı idarə etdiyi üçün Lisini Pannoniya hakimi kimi kifayətlənməli olmuşdu. 311-ci ildə Qaleri vəfat edəndə Lisinin onun Avropadakı mülklərini ələ keçirmişdir. O, bacısı Konstansa ilə evlənərək Maksimin Dazaya qarşı Konstantinlə ittifaq qurmuşdur. Bu birliyin nəticəsi 313-cü ildə imzalanmış, xristianlara qarşı tolerantlıq haqqında Milan fərmanı olmuşdur. Adrianopol yaxınlıqlarında Maksimini məğlub edən Lisini bütün şərqin başçısı olmuşdur.
Losino-Petrovskiy
Losino-Petrovskiy — Rusiya Federasiyasında yerləşən şəhər Moskva vilayətinə daxildir.
Lusi Lisini Lukull
Lusi Lisini Lukull (e.ə. təqr. 117-təqr. 56) Qədim Roma sərkərdəsi və siyasi xadimi. Edil (e.ə. 79), pretor (e.ə. 77), konsul (e.ə. 74) seçilmişdi. Mitridat VI Yevpatora qarşı 3-cü müharibədə (e.ə. 74-66) Roma qoşunlarına komandanlıq etmişdi.
Mark Lisini Krass
Mark Lisini Krass (e.ə. 115, Qədim Roma – 8 iyun e.ə. 53 və ya 9 iyun e.ə. 53, Harran[d], Parfiya) — Roma siyasi və hərbi xadimi. Xəsisliyi və dövlət vəsaitini dağıtması Krass haqqında bədnam təsəvvür yaratmışdı. E.ə. 71 ildə Spartak üsyanının yatırılmasına rəhbərlik etmişdi. E.ə 60 cı ilin sonunda Sezar, Pompey və Krass triumvinat düzəltmişlər.E.ə. 70 və 55 illərdə Pompeylə birgə konsul, e.ə. 65 ildə senzor seçilmişdi.
Publi Avreli Lisini Valeri Valerian
Publi Avreli Lisini Valeri Valerian (lat. Publius Aurelius Licinius Valerius Valerianus), Roma tarixşünaslığında daha çox Valerian kimi tanınır (200 – 260-cı illər, Bişapur[d], Fars ostanı) — 22 oktyabr 253-cü ildən 260-cı ilin yazına qədər hakimiyyətdə olmuş Roma imperatoru. O, Edessa döyüşü zamanı Sasani şahı I Şapur tərəfindən əsir götürülmüş, əsirlikdə ölmüş yeganə Roma imperatoru olmuşdur. == İstinadlar == == Əlavə ədəbiyyat == == Xarici keçidlər == "Valerian and Gallienus", at De Imperatoribus Romanis.
Orsini
Orsini — Orta əsrlər, İntibah dövründə Roma, İtaliya və Avropada ən nüfuzlu italyan feodal, zadəgan ailələrindən biri. Orsinilər ailəsinə üç Roma Papası — III Selestino (Celestino) (1191 – 1198), III Nikkolo (Nokolas) (1277 – 1280), XIII Benedikt (Benedetto) (1724 – 1730) daxil olub. Bundan əlavə, ailədə 34 kardinal, çoxlu sayda kondotyer və başqa nüfuzlu, məsul siyasi və dini xadimlər daxil olub == Mənşəyi == == Orsini ailəsinin nümayəndələri == === Roma Papaları === III Selestina (Caçinto Bobone Orsini), (1191 – 1198); III Nikolas (Covanni Qaetano Orsini, 1244-dən kardinal), (1277 – 1280); XIII Benedikt (Pyetro Françesko Orsini de Qravina), (1724 – 1730). === Kardinallar === Pietro Orsini (1181); Matteo Rubeo Orsini (1262); == Orsinilər ədəbiyyatda == Orsini ailəsi haqda Covanni Bokkaççonun "Dekameron" (5-ci gün, 3-cü novella) əsərində qısa məlumat verilmişdir. Bundan əlavə, mətndə orta əsrlərdə Orsini ailəsinin sahib olduğu Kampo dei Fyori (Campo de' Fiori) qəsri də xatırlanır. == Məşhur binalar, saraylar, qəsrlər == Castello Orsini-Colonna di Avezzano; Castello Orsini-Odescalchi di Bracciano; Castello ducale Orsini di Fiano Romano; Castello degli Orsini di Morlupo; Castello Orsini di Nerola; Castello Orsini-Cesi-Borghese di San Polo dei Cavalieri; Castello Orsini di Soriano nel Cimino; Palazzo Ducale di Tagliacozzo; Palazzo Orsini di Bomarzo; Palazzo Orsini di Ghedi; Palazzo Orsini di Gravina; Palazzo Orsini di Licenza; Palazzo Orsini di Milano; Palazzo Orsini di Monterotondo; Palazzo Orsini di Mugnano in Teverina; Palazzo Orsini di Napoli; Palazzo Orsini di Pitigliano; Palazzo Orsini di Sorano.
Login
Login — kompüter sistemi istifadəçisinin qeydiyyat adı. Login — kompüter sistemi istifadəçisinin qeydiyyat adı və şəxsi parolunu göstərməklə idenfikasiyası və sistemə daxil olma imkanı.
Lomin
Lomin — Azərbaycan Respublikasının Astara rayonunun inzibati ərazi vahidində kənd.
Lorin
Lorin Zeynəb Nora Təlhavi (İsveçcə: Lorine Zineb Nora Talhaoui; 16 oktyabr 1983, Danderyud[d], İsveç) — Mərakeş əsilli İsveç müğənnisi. 2 dəfə Avroviziya Mahnı Müsabiqəsi qalibidir. Bakıda keçirilən 2012 Avroviziya Mahnı Müsabiqəsində iştirak edən musiqiçi "Euphoria" adlı mahnı ilə ölkəsini təmsil etmiş və 372 balla müsabiqənin qalibi olmuşdur. Musiqi ilə yanaşı müğənni eyni zamanda İnsan hüquqlarının qorunması üçün siyasi fəaliyyət göstərir. Səyahət etdiyi müxtəlif ölkələrdə Lorin ölkənin siyasi məhbusları, insan haqqları fəalları ilə görüşlər keçirmişdir. O, 2023-cü ildə "Tattoo" mahnısı ilə İsveçi ikinci dəfə 2023 Avroviziya Mahnı Müsabiqəsində təmsil edərək 583 balla yenə birinciliyi əldə edib. == Həyatı == Lorin Zeynəb Nora Təlhavi 16 oktyabr 1983-cü ildə İsveçin paytaxtı Stokholm şəhərində doğulub. Lorinin valideynləri Mərakeş immiqrantlarıdır. Uşaq vaxtı Lorin valideynləri ilə Vesterosa köçdü. O, yeniyetməlik illərinin çoxunu şəhərin Qrıta yaşayış massivində keçirib.
Loşan
Lövşan — İranın Gilan ostanında yerləşən şəhər. Lövşan əhalisinin əksəriyyətini lurlar, azərbaycanlılar və ləklər təşkil edir.
Abbas Lisani
Abbas Lisani (az.-əbcəd عباس لسانی‎; 18 fevral 1967, Ərdəbil ostanı) — azərbaycanlı milli mədəni fəal, vicdan məhbusu, şair, yazıçı. Göstərdiyi milli mədəni fəaliyyətə görə 1997-ci ildən etibarən dəfələrlə həbs olunub. Təkcə 2006-cı ildə 6 ay ərzində 4 dəfə mühakimə edilib, 30 ay həbs, 50 zərbə şallaq və 3 il sürgünə məhkum olunub. Buna səbəb 2005-ci ildə Babək Qalası Qurultayında, Məşrutə inqilabının ildönümündə, Təbrizdə Bağır Xanın məzarı üstündə keçirilən mərasimlərdə və 2006-cı ilin may ayında Milli Qiyam Günündə iştirak etməsi olub. Sonrakı illərdə də dəfələrlə həbs olunub, təzyiqlərə məruz qalıb və sürgün edilib. Həbsinə qarşı müxtəlif beynəlxalq təşkilatlar, partiyalar və fəallar bəyanatlar veriblər. 2007-ci ildən etibarən Beynəlxalq Amnistiya Təşkilatı tərəfindən vicdan məhbusu elan edilib. Həbsdən azad olunması üçün bir sıra təşkilatlar və fəallar onlarla imzatoplama və etiraz aksiyaları keçiriblər. Öz haqlarını o cümlədən də digər məhbusların haqlarını qorumaq üçün dəfələrlə aclıq aksiyaları edib. 2023-cü il fevral ayında Ərdəbil həbsxanasından azad edilərək Yəzd şəhərinə sürgün edilib.
Anno Domini
Miladi tarix (lat. Anno Domini) — İsa Məsihin doğumunun yeni eranın başlanğıcı kimi qəbul edilməsi və həmin tarixin il hesablanması üçün başlanğıc nöqtəsi götürülməsinə əsaslanan anlayış. Qriqorian təqvimi (Ay təqvimi)nə əsasən bəşəriyyət tarixi eramızdan əvvələ və bizim eraya bölünür. Bu hesablamada sıfırıncı il yoxdur. Belə ki, eramızdan əvvəl 1-ci ildən sonra eramızın 1-ci ili gəlir. Bu il hesablama sistemi eramızın VI əsrində kilsə xadimi İqumen Kiçik Dionisi tərəfindən müəyyənləşdirilmiş İsa Məsihin doğum tarixinə əsaslanır. Lakin hazırda onun hesablamalarının səhv olduğu güman edilir. Belə ki, İsanın eramızdan əvvəl 4-cü ildən (Böyük İrodun vəfat ili) sonra doğulmuş olması mümkün sayılmır. İsa peyğəmbərin doğulması ilə milad təqvimi başlayır.
Aruba florini
Aruba florini (Niderlandca: Arubaanse florijn; ISO 4217 : AWG) - 1986-cı ildən bəri Arubada istifadə edilən rəsmi pul vahididir. 1 Aruba florini təqribən 100 sentə bərabərdir. Aruba florini Aruba Mərkəzi Bankı tərəfindən dövriyyəyə buraxılır.4 sentyabr 2016 tarixinə aid məzənnəyə görə, 1 Aruba florini = 0.558659 ABŞ dolları.
Botulizm toksini
Botulizm toksini — hazırda məlum olan bütün zəhərlərdən ən güclüsüdür. Onu çoxlu miqdarda həm maye, həm də quru halında istehsal etmək mümkündür. Botulizm toksini istiyə davamlıdır. Quru halda özünün zəhərliliyini uzun müddət saxlaya bilir ki, buda toksin ehtiyatı yaratmağa imkan verir. Toksinin dadı və iyi olmadığı üçün onu hiss etmək çətindir. Botulizm toksini çox güclü zəhərləmə xüsusiyyətinə malikdir. İnsanların və heyvanların zəhərlənməsi əksər hallarda (90-100%) ölümlə nəticələnir. Ona görə də botulizm toksini düşmənin tətbiq edəcəyi bakterioloji silahın ən çox ehtimal edilən növlərindən biri hesab edilir.
Buxar maşını
Buxar maşını — istilik maşını olub, istilik enerjisini qismən mexaniki enerjiyə çevirir. Tarixdə ilk buxar maşının ixtirası I əsrdə yaşamış, antik dövr mühəndisi İsgəndəriyyəli Herona məxsusudur. Onun düzəltdiyi Aeolipile adlı qurğu oyuncaq kimi tətbiq olunmuşdur. Ondan sonra Denis Papin və Tomas Savery XVII əsrin sonunda bir sıra sınaqlar aparmışlar. == Tarixi == Ancaq ilk dəfə praktikada tətbiq oluna biləsək buxar maşını XVIII əsrin əvvəlində ingilis mühəndisi Tomas Nyukomen (ingl. Thomas Newcomen) tərəfindən hazırlanmışdır. Nyukomenin buxar maşınının işləmə prinsipi istilik enerjisinin mexaniki enerjiyə çevrilməsinə əsaslanır. Maşının işçi kamerası içərisində kolba yerləşdirilmiş silindrdən ibarətdir (şəkil 1). Silindrin alt tərəfində, içərisində su qaynayan çən yerləşdirilir. Çənlə silindr ventil vasitəsilə əlaqələndirilir.
Coakkino Rossini
Coakkino Rossini (it. Gioachino Antonio Rossini 29 fevral 1792[…], Pezaro – 13 noyabr 1868[…], Pasi[d]) — İtaliya bəstəkarı. == Həyatı == Coakkino Rossini (Gioachino Rossini) 1792-ci ildə İtaliyanın şərq sahilində Pesaro adlı kiçik bir qəsəbədə anadan olub. Anası opera müğənnisi, atası isə korno ifaçısı idi. Uşaqkən mahnı oxumağa, violonçel və korno çalmağa başladı. 15 yaşına çatanda bir musiqi məktəbinə yazıldı və bəstəkarlığı öyrəndi. Coakkino Rossini uğuru komik operalarıyla qazanmışdı. Ən əhəmiyyətli əsərləri olaraq Guillaume Tell, Tancredi, və Semiramide qəbul edilir. "Otello" C. Verdinin əsas əsəri olmasına rəğmən, Rossinnin "Otello"su da dinləməyə dəyərdir. Gəncliyində bəstələdiyi simli alətlər sonatları onun Haydn və Mosart kimi klassik dövr bəstəkarlarının əsərlərini dərindən araşdırdığını göstərir.
Dipsacus orsini
Karxana fırçaotu (lat. Dipsacus fullonum) — bitkilər aləminin fırçaotuçiçəklilər dəstəsinin doqquzdonkimilər fəsiləsinin fırçaotu cinsinə aid bitki növü. == Sinonimləri == Dipsacus arcimusci Lojac. Dipsacus botterii Maly ex Nyman Dipsacus carminatorius Salisb. Dipsacus connatofolius Gilib. [Invalid] Dipsacus divaricatus C.Presl Dipsacus fullonum var. sylvestris (Huds.) Huds. Dipsacus fullonum f. ternatus Farw. Dipsacus horridus Opiz Dipsacus meyeri Chabert Dipsacus mirabilis Gand.
Eharius kostini
Eharius kostini (lat. Eharius kostini) — heyvanlar aləminin buğumayaqlılar tipinin hörümçəkkimilər sinfinin mesostigmata dəstəsinin phytoseiidae fəsiləsinin eharius cinsinə aid heyvan növü.
Eniqma maşını
Eniqma maşınları — kommersiya, diplomatik və hərbi rabitəni qorumaq üçün XX əsrin əvvəllərindən ortalarına qədər istifadə olunmuş və inkişaf etdirilmiş elektromexaniki rotor şifrələyici maşınlar seriyası. Eniqma birinci dünya müharibəsinin sonunda Alman mühəndisi Artur Şerbius tərəfindən kəşf edilib. İlk yaradılmış modellər 1920-ci illərin əvvəllərindən kommersiya baxımından istifadə olunurdu. Bu maşın ikinci dünya müharibəsindən əvvəl və müharibə zamanı bir çox ölkələrin xüsusilə də Faşist Almaniyasının hərbi və dövlət xidmətləri tərəfindən istifadə olunmağa başlayıb. Bir neçə müxtəlif Eniqma modelləri istehsal olunub, ancaq Alman hərbi modelləri daha çox tanınırdı. Lakin, Yaponiya və İtaliya modelləri də istifadə olunmuşdur. Eniqma maşınında şifrələnmiş Alman hərbisinin məlumatları ilk dəfə 1932-ci ilin dekabrında Polşa Şifrə Bürosu tərəfindən sındırılıb. Bu Polşa hərbi kəşfiyyatı üçün çalışan Marian Reevskiy, Eji Rojiskiy və Henrix Zıqalskiy adlı üç Polşalı kriptoqrafın işlərinin nəticəsi idi. Reevskiy Fransız hərbi kəşfiyyatının maddi təchizatı və nəzəri riyaziyyatdan istifadə edərək, qurğu üzrə əks mühəndis (en:Reverse engineering) idi. Sonralar bu üç riyaziyyatçı Eniqma şifrələrinin, o cümlədən kriplocik bombanın sındırılması üçün mexaniki qurğular işləyib hazırladı.
Hesab maşını
Hesab maşını (ing. accounting machine) verilənləri avtomatik emal edən ilk maşınlardan biri; XX əsrin 40-50’ci illərində IBM, Burroughs və NCR kimi şirkətlər tərəfindən kommersiya hesablaşmaları aparmaq üçün yaradılıb. İlk hesab maşınları elektron maşınlar deyildi və perfokartlarla işləyirdi; daha sonrakı modellərdə perfokartlar yoxa çıxdı və elektronika tətbiq edilməyə başladı. İndi hesab maşını dedikdə, adətən, hər dəfə işə salınarkən uçot proqramının avtomatik başladıldığı kompüter nəzərdə tutulur; bu halda kompüter, yeganə vəzifəsi uçotun aparılması olan ayrıca maşına çevrilir. Qeyd etmək maraqlı olardı ki, ilk displeylərdə videogörüntünün eninin 80 sütun olmasının səbəbi hesab maşınlarında istifadə olunan perfokartların 80-sütunlu olması ilə bağlıdır. == Ədəbiyyat == İsmayıl Calallı (Sadıqov), “İnformatika terminlərinin izahlı lüğəti”, 2017, “Bakı” nəşriyyatı, 996 s. == Xarici keçidlər == Знакомьтесь: компьютер = Understanding computers : Computer basics : Input/Output / Пер. с англ. К. Г. Батаева; Под ред. и с пред.
Hesablama maşını
Mexaniki kalkulyator və ya hesablama maşını, hesabın elementar avtomatik əməliyyatlarını yerinə yetirmək üçün istifadə edilən mexaniki qurğudur. Əksər mexaniki kalkulyatorlar kiçik stolüstü kompüterlərə ölçüdə oxşar idi və elektron kalkulyatorun gəlməsi ilə öz yerini onlara vermişdir. Blez Paskal 1642-ci ildə mexaniki kalkulyatoru icad etdi.Bu Paskal Kalkulyatoru və ya Pascaline adlandırıldı və 17-ci əsrdə yeganə mexaniki kalkulyator idi . Yüz il sonra 1851-ci ildə istehsal etdilən Thomas hesablayıcısı yeni hesablama qurğusu oldu.Bu ofis mühitində hər gün istifadə edilən kifayət qədər güclü və kifayət qədər etibarlı birinci mexaniki kalkulyator idi. 1887-ci ildə təqdim edilən hesablayıcı maşın hər rəqəm üçün doqquz açarın (1-dən 9-a) birliyindən ibarət olmuş klaviaturadan istifadə edən birinci maşın idi. 1902-dən istehsal edilən Dalton hesablayıcı maşını 10 aparıcı klaviaturaya malik idi.1901-ci ildən mexaniki kalkulyatorlarda elektrik mühərrikindən istifadə olundu. Mexaniki kalkulyatorların 120 il ərzində davam etmiş istehsalatı 1970-ci illərin ortalarında dayandırıldı. Çarlz Babbage mexaniki kalkulyatorları həddindən artıq dəyişdirərək iki yeni növünü layihələşdirdi . Birincisi avtomatik mexaniki kalkulyator idi, onun fərq mühərriki avtomatik hesablaya və riyazi cədvəlləri çap edə bilirdi. İkinci daha sadə modeli proqramlaşdırıla bilən mexaniki kalkulyator idi.
Jakkard maşını
Jakkard maşını toxuma dəzgahında parçaların iri naxışlarla emalı üçün əlavə tərtibatdır. Qurğu fransız ixtiraçısı Yozef-Marie Jakkardın adı ilə bağlıdır. Bu maşın toxuma dəzgahında ilmənin yaradılması zamanı hər bir sapın və saplar qrupunun hərəkətini idarə etməyə və bununla naxış elementini vurmağa imkan verir. Jakkard maşının köməyi ilə naxışlı parçaların, xalçaların, süfrələrin və s. hazırlanması mümkündür. Jakkard maşını bıçaq, qarmaq, iynə, çərçivə lövhəsi, çərçivə ipləri və naxışa uyğun perfo prizmadan ibarətdir. Əsas saplar, dəzgahın eni böyunca bərabər paylanması üçün aşağı hissəsədə yerləşmiş bölgü lövhəsinin deşiklərindən keçərək maşınla arkad ipləri ilə birləşdirilir. Bıçaq çərçivəsində bərkidilmiş bıçaqlar irəli-geri hərəkəti icra edirlər. Bıçaqların iş sahəsində yerləşən qarmaqlar bıçaqlar tərəfindən tutularaq yuxarı qaldırılır. Bu zaman çərçivə və arkad ipləri boyunca əsas sap yuxarıya qalxır və ilməyin yuxarı hissəsini əmələ gətirir.
Litsini-Seksti
Litsini-Seksti qanunu- Qədim Romada plebsin patrisiatla mübarizəsi əsnasında qəbul olunan qanun. E.ə 444-cü ildə Qədim Romada konsulların əvəzinə konsul səlahiyətli tribun adlandırılan, sayları 3-dən 8-ə qədər olanların seçilməsi praktikası tətbiq olunmağa başladı. Bu maqistratura plebeylərə əlçatan idi. Cari ildə kimin, konsulların yoxsa tribunların seçilməsi məsələsini senat həll edirdi. Buna cavab olaraq e.ə 443-cü ildə konsulun səlahiyətində senz yaratmaq və icmanın tərkibinə nəzarət etmək səlahiyəti alındı və ancaq patrisilərdən seçilən yeni maqistratlara-senzorlara verildi. E.ə V əsrin ikinci yarısında zümrələrin mübarizəsi bir az səngiyir. Əsas səbəb qonşulara qarşı uğurlu hucumlar və bir sıra yeni koloniyanın çıxarılması idi ki, bu aqrar məsələni qismən həll etmək imkanı verdi. E.ə 406-cı ildə Veyyi şəhərinin böyük ərazisi işğal edildi, lakin 390-cı ildə Roma qalların hucumuna məruz qaldı. Qalların hucumu yeni böhran yaratdı, hansı ki, öz apoqeyinə e.ə 376-cı ildə çatanda, xalq tribunları Litsini və Seksti üç qanun layihəsi irəli sürdü: birincisi, bir əldə 500 yuqerdən (125 hektar) artıq torpaq saxlamaq qadağan edildi, bu içtimai torpağın daha çox balanslaşdırılmış paylanmasını təmin etməli idi; ikincisi, konsulyar hakimiyətli tribun təsisatı ləğv edilirdi, bunun əvəzində həmişə, biri plebey olmaqla, konsullar seçilməli idi. Bu qanunla patrisial-plebey aristokratiyası (nobilitet) əsaslı surətdə öz mövqelərini möhkəmləndirdi.Patrisilər şiddətli müqavimət göstərdilər, qanun ancaq e.ə 367-ci ildə qəbul edildi.
Lorzini (Urmiya)
Lorzini (fars. لورزيني‎) — İranın Qərbi Azərbaycan ostanının Urmiya şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 851 nəfər yaşayır (125 ailə).
Lörink Mesaroş
Lörink Mesaroş (mac. Lőrinc Mészáros; 24 fevral 1966, Sekeşfexervar) ― Macarıstan siyasətçi, iş adamı. 2011-ci ildən 2018-ci ilə qədər Felcut adlı kəndin başçısı olmuşdur. İxtisasca qaz çilingəri olan Mesaroşun 2019-cu ilə olan sərvəti 407,7 milyard forint (1,3 milyard dollar) təxmin edilir və "Forbes"a görə Macarıstanın ən zəngin adamıdır. Bir çox media orqanı onu "oliqarx" kimi qələmə verir.Onun qaz çilingərindən müflisliyə qədər dəyişən şəxsiyyəti müntəzəm olaraq sosial diskurslara səbəb olur, Mesaroş bir neçə ilə Macarıstanın ən varlı adamı oldu, bəzi analitiklər bunu Fides partiyasının yüksək vəzifəli üzvləri ilə sıx münasibətləri ilə əlaqələndirirlər. 2010-cu il hökumət dəyişikliyindən sonra sərvəti hər il iki qat artmağa başladı və onun 2010-cu ildən bir neçə seçkidə qalib gələn və hazırda baş nazir olan uşaqlıq dostu Viktor Orbanın böyüdüyü kəndin başçısı oldu. Buna görə də bir neçə media orqanı onu daim Viktor Orbanın şəxsi heyət üzvü adlandırır. Bu əlaqənin əhəmiyyəti 2017-ci ildə Mesaroş tərəfindən belə təsvir olunmuşdur: "Mənim var-dövlətim üç amilə əsaslanır: Tanrı, bəxt və Viktor Orban". == Erkən biznesi == Mesaroş karyerasına doxsanıncı illərin əvvəllərində qaz çilingəri kimi başlamışdır. Şirkət böyüməyə başladı və yaşayış parklarında və böyük binalarda yaşayan icmalarda getdikcə daha önəmli işləri götürməyə başladı.
Manuela Boçini
Manuela Boçini (26 iyul 1980) — İtaliyanı təmsil edən bədii gimnast. == Karyerası == Manuela Boçini İtaliyanı 1996-cı ildə Atlanta şəhərində baş tutan XXVI Yay Olimpiya Oyunlarında təmsil edib və qrup turnirində 7-ci pillənin sahibi olub.