Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Uusimaa
Uusimaa (fin Uusimaa; isv. Nyland) — Finlandiya vilayəti. Bu vilayət Cənub-qərbi Finlandiya, Kanta-Hyame, Pyayat-Hyame və Kyumenlaakso vilayətləri ilə sərhəddir. Mərkəzi Helsinki şəhəridir. Uusimaa əhali sayına görə (1,638,469 nəfər) digər vilayətlər arasında birinci yeri tutur. Uusimaa adının etimologiyasının saam dilindəki qu quşu mənasını verən njukča sözü ilə əlaqəli olduğu düşünür. Tarixən bu ərazidə finlər və tavastiyanlar məskunlaşmışdılar. Bəzi yer adlarında tavastiyan kənd adlarının izlərini görmək mümkündür: Konalanın qədim tavastiyan kəndi olan Konhoaladan törəməsi kimi. Estonlar əraziyə daha kiçik qruplar halında, əsasən, balıqçılıqla məşğul olmaq üçün köçmüşdülər. Uusimaanın İsveç tərəfindən müstəmləkəyə çevrilməsi 13-cü əsrdə Finlandiyaya ikinci səlib yürüyüşünün edilməsindən sonra başlamışdır.