Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Motivasiya
{{vikiləşdirmək} Motivasiya — özünü və başqalarını özünün şəxsi və ya ictimai məqsədlərə nail olunması üçün fəaliyyətə vadar etmə prosesidir. Bu, insan fəaliyyətinin təşkilidir. Motivasiyadan danışarkən tələbat və ehtiyac və mükafatlandırma anlayışlarından geniş istifadə olunur. Tələbat dedikdə, insanın bütün bu keyfiyyətlərindən asılı olaraq özünəxas formaya düşmüş ehtiyacları nəzərdə tutulur. Ehtiyac — insanın müəyyən bir məqsədə xidmət edəcək nəyinsə çatışmazlığmı hiss etmək qabiliyyətidir. Mükafatlandırnanın iki növü var: daxili və xarici. Daxili mükafatlandırma insanın özünün fəaliyyət prosesində yerinə yetirdiyi işlə əlaqədar olaraq aldığı zövqdür, rahatlıqdır. Xarici mükafatlandırma dedikdə isə insana yerinə yetirdiyi işin keyfiyyət və miqdarından asılı olaraq təşkilat tərəfindən verilən əmək haqqı, əlavə haqqlar, vəzifəcə irəli çəkilmə, kolleltiv tərəfindən alqışlatma və s. nəzərdə tutulur. Motivləşdirmə- anlayışı çox aspektli və çox istiqamətlidir.