Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Morennıe
Morennıe — Kara dənizinində, Şimal Torpağı arxipelaqının şimalında yerləşən adalar qrupu. İnzibati cəhətdən Krasnoyarsk diyarının Taymır rayonu ərazisinə daxildir. Komsomoles adasından şimalda Labirint körfəzidə yerləşir. Qrupa daxil adaların sayını dəqiq müəyyən etmək çətindir. Bəzilərinin sahəsi olduqca kiçikdir. Ən böyük adanın uzunluğu yarım km-dir. Maksimal hündürlüyü 11 metrdir. Əsasən qumsalıqlarla örtülüdürlər. Adalarda kiçik göllər vardır. Adaların ayrıca adları yoxdur.
Vesennıy adası
Vesennıy adası — Şimal Torpağı arxipelaqına daxil olan ada. İnzibati cəhətdən Krasnoyarsk diyarının Taymır Dolqan-Nenes rayonu ərazisinə daxildir. Starokadomski adasından 1,5 km aralıda yerləşir. Sahillərini Laptevlər dənizinin suları yuyur. Mayski adaları qrupuna daxildir. Uzunsov formaya malik olub uzunluğu 800 metr, eni isə 360 metrdir. Üzəri hamardır. Qərb hissəsi qumla örtülüdür.
Mikania mosenii
Mikania mosenii (lat. Mikania mosenii) — mürəkkəbçiçəklilər fəsiləsinin mikaniya cinsinə aid bitki növü.