Fransisko Ernandes de Kordova (Nikaraquanın qurucusu)
Fransisko Ernandes de Kordova (isp. Francisco Hernández de Córdoba; 1475, Kordova, Əndəlüs – 1526) — İspaniya konkistadoru.
== Həyatı ==
Fransisko Kordova 1475-ci ildə Kastiliya və Leon krallığının Kordova şəhərində anadan olmuşdur. 1523-cü ildə Panama qubernatorunun icazəsi ilə indiki Kosta-Rikadan indiki Nikaraqua ərazisinə daxil olan bir ekspedisiyaya rəhbərlik etmişdir. Regionu müstəmləkə etmək niyyətində olan Kordova 1524-cü ildə orada daimi yaşayış məntəqələri qurmuş, onlardan ikisi sonradan Nikaraquanın əsas şəhərləri oldu: Qranada və Leon.
Bu vaxt Kortes tərəfindən Hondurası fəth etmək üçün göndərilən Kristobal de Olid üsyan qaldırmış və müstəqil hökmdar olmağa qərar vermişdir. Olidlə döyüşmək üçün Kortes Kordovadan kömək istəmişdir. müraciət etdi. Pedro de Avila Kordovanın ona xəyanət etdiyinə qərar vermiş, onu öldürmək üçün adamlar göndərmişdir. Onlar Kordovanı ələ keçirmiş və başını kəsmişdir.