Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Obliqato
Obliqato (latın: obligatus – vacib, mütləq) — orkestrdə və ya ansamblda vacib, dəyişməz, əvəzolunmaz alət. Xalq çalğı alətləri ansamblında və orkestrində tar, kamança bu qəbildəndir.
Luçian Blaqa
Luçian Blaqa (9.5.1895, Transilvaniya, Lankrem – 6. 5.1961, Kluj) — rumın filosofu, şair, tərcüməçi. == Fəaliyyəti == 1914–17-ci illərdə Sibiu şəhərində İlahiyyat İnstitutunda təhsil almışdır. 1926–39-cu illərdə diplomatik xidmətdə çalışmış, 1939–48-ci illərdə Kluj Universitetinin professoru olmuşdur. Fəlsəfi əsərlərin [“Mədəniyyət trilogiyası” (“Trilogia culturii”, 1936–37) və s.] və poetik topluların [“İşıq poemaları” (Poemele luminii”, 1919), “Peyğəmbərin addımları” (“Paşii profetului”, 1921), “Böyük keçid” (“İn marea trecere, 1924) və s.] müəllifidir. Qnoseoloji problematika ilə zəngin Blaqa lirikasının mərkəzi mövzularından biri sivilizasiya ilə təbiət arasındakı uçurumdur. Blaqanın milli mifoloji motivlərə əsaslanan dramaturgiyasında alman ekspressionizminin təsiri duyulur.