Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Oplenats
Oplenatsdakı Müqəddəs Georgi kilsəsi (serb-kiril Црква Светог Ђорђа на Опленцу) və ya sadəcə Oplenats (serb-kiril Опленац) ― Serbiyanın Topola qəsəbəsindəki Oplenats təpəsi üzərində yerləşən Serbiya və Yuqoslaviyada hakimiyyətdə olmuş Karaqeorqiyeviç sülaləsinə aid mavzoley. Oplenac kilsəsi Yuqoslaviya Kralı I Pyotr tərəfindən qurulmuşdur. Kral sülaləsinin bir çox üzvü kilsədə, kilsənin altındakı məzarlıqda və ya kilsə həyətində basdırılmışdır. == Mavzoley == Karaqeorqiyeviç sülaləsinə aid 28 məqabərədən altısı hökmdarlara aiddir. Bu tikililər Serbiya tarixinin vacib məkanlarından biridir. 6 oktyabr 2012-ci ildə Şahzadə Paul, həyat yoldaşı Olqa və oğlu Nikolanın qalıqları Lozannadakı qəbiristanlıqdan çıxarıldıqdan sonra Serbiyaya gətirilərək burada dəfn edilmişdir. == Tarix == 19-cu əsrdə bu ərazi meşə ilə örtülmüşdü. Opelants termini böyük ehtimalla öküz maşınlarındakı taxta hissələr mənasını verən "oplen" dən qaynaqlanır. Sülalənin banisi Karaqeorqinin burada məskunlaşaraq ərazidə üzüm və meyvə bağları saldı və yaxınlıqdakı Topolanın müdafiəsini qurdu. Oğlu İskəndər də burada yeni tikililər tikdi və atasının üzüm və meyvə bağlarını təzələdi.