Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Polsat Sport News
«Polsat Sport News» — «Cyfrowy Polsat» şirkətinin sahibləndiyi Polşa idman telekanalı. Telekanal Polşada yayımlanan ilk idman kanalıdır. Telekanal 30 may 2011-ci ildə saat 07:00-da yayıma başlamışdır. == Tarixi == 25 oktyabr 2010-cu ildə 146-cı Cyfrowy Polsat kanalında telekanalın test yayımı baş tutmuşdur. 25 may 2011-ci ildə stansiya ikinci multipleksdə yerli rəqəmsal televiziya üçün test yayıma başlamışdır. 30 may 2011-ci ildə müntəzəm yayım saatı olan 07:00-da telekanal əsas yayıma başladı. Lakin rəqəmsal peyk platforması istifadəçiləri telekanalı izləyə bilmirdi. 11 avqust 2011-ci ildə telekanal Cyfrowy Polsat istifadəçilərinə təqdim edilmişdir. 4 noyabr 2011-ci ildə telekanal rəsmi olaraq, Telewizji na Kartę və n platformasına əlavə edilmişdir. 1 noyabr 2012-ci ildə «Polsat Sport News» ilk reklamını yayımlamışdır.