Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Panteist
Panteizm (pan – bütün, teos – tanrı deməkdir. "Hər şey tanrıdır" mənasında işlənir.) — kainatı bütövlükdə tanrı kimi qəbul edən fəlsəfi düşüncə, lakin bu düşüncə tərzi o qədər geniş yayıldı, özünə xristianlar içərisindən o qədər tərəfdarlar toplaya bildi ki, müstəqil din səviyyəsinə qədər yüksəldi. Proseslər tarixin elə bir dönəmində (e. XVI–XVIII əsrlər) başladı ki, bu dövrdə bütövlükdə xristianlıq dərin böhran keçirir, bütün Avropada kilsə əleyhinə kəskin çıxışlar edilirdi. Panteizmdə hər şeyi tanrının bir hissəsi olaraq qəbul edilir, tanrı hər şeydir və hər şey tanrıdır. Tanrı təbiətdə və ya əksinə təbiət tanrıda birləşir. Panteizmə görə, tanrının kainatdan ayrı və müstəqil bir varlığı yoxdur. Tanrı təbiətdə, həyatda, insan dünyasındadır. Hər şey tanrıdır. İki əsas hissəyə ayrılır: Ateizmə yaxın olan panteizm.
Panteizm

Ateist
Ateizm — fövqəltəbii varlıq və fenomenlərin varlığına dair iddiaların rəddi. Daha az bir konsepsiyada ateizm hər hansı ilahi bir varlıq olduğuna dair inancın rəddidir. Daha da dar bir mənada, ateizm fövqəltəbii yaradıcı fiqurlarının varlığına dair rəddir. Ateizm ən ümumi şəkildə ən azı bir tanrının mövcudluğuna inam olan teizmlə ziddiyyət təşkil edir. Etimoloji kökə əsasən ateizm qədim yunan sözü olub — "ἄθεος" (ateos) mənası "tanrı yoxdur" deməkdir. Qədim dövrdə daha iri cəmiyyət tərəfindən ibadət edilən tanrılara inanmayan və ya onlara ibadət etməktən imtina edənlər üçün alçaldıcı söz kimi istifadə edilirdi. Ateizm termini ortodoks dindarlar tərəfindən dini inanclarını bölüşməyənlərin kateqoriyalaşdırılmasında istifadə edilirdi. Ateizm termini aktual şəkildə 16-cı əsrdə meydana çıxdı. Bununla bərabər, azad düşüncənin yayılması, skeptisist sorğulama və dini tənqidin artması ilə ateizm termininin tətbiq nöqtəsi daralmağa başladı. Ateist terminindən istifadə edərək özlərini təyin edən ilk şəxslər 18-ci əsrdə maarifçilik dövründə yaşayırdılar.