Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Acanthobdella peledina
Acanthobdella peledina (lat. Acanthobdella peledina) — acanthobdella cinsinə aid heyvan növü.
Palestina Prima
Palestina Prima (lat. Palaestina Prima, yun. Πρώτη Παλαιστίνης; mənası – Birinci Fələstin) — Bizans imperiyasında vilayət. 390-cu ildə qurulmuş vilayət 614-cü ildə Sasanilər tərəfindən ələ keçirilmiş, daha sonra 628-ci ildə geri alınmışdır, ancaq 638-ci ildə müsəlmanları tərəfindən birdəfəlik fəth edilmişdir. == Tarixi == Ərazi İsavra, Kilikiya, Kipr, Yevfratisiya, Mesopotamiya, Osroena, Finikiya və Araviya Petreya ilə birlikdə Roma imperiyasına aid Şərq diosezinin bir parçası olmuşdur. Bizans imperiyası dövründə inzibati bölgülərə yeni dəyişikliklər edilmişdir. Kilikiya vilayəti Kilikiya Prima və Kilikiya Sekundaya bölünmüşdür. VI əsrdə Siriya Palestina vilayəti Siriya Prima, Siriya Salyutaris, Finikya Lebanensis, Palestina Prima, Palestina Sekunda və Palestina Salyutarisə bölünmüşdür. Samaritlər xristian dominantlığına rəğmən IV–V əsrlərdə Samariya ölkəsində öz muxtariyyətlərini qoruya bilmişdir. Bu muxtariyyət tədricən genişləmiş və üsyanlara səbəb olmuşdur.
Belşina FK
"Belşina" (belar. «Белшына») — Bobruysk şəhərini təmsil edən Belarus futbol klubu. Klub 1976-cı ildə yaradılıb, 1995-ci ilə qədər "Şinnik" adı ilə çıxış edib. == Tarixi == Klub "Şinnik" adı altında 1976-cı ildə yaradılmışdır. Komandaya yarandığı gündən yerli şinləri istehsal edən Belşina şirkəti sponsorluq edir. Klub daha çox Sovet dövründə BSSR Liqasında (Mogilyov vilayəti Liqasında mübarizə aparıb) çıxış etmişdir. Şinnik liqada iki dəfə çempion olmuş (1978 və 1987) və bir dəfə 1979-cu ildə Belarus SSR Kubokunun sahibi olmuşdur.Şinnik 1992-ci ildə Belarus Birinci Diviziyasında mübarizə aparmış və 1994-cü ildə Premyer Liqasına vəsiqə qazanmışdır. 1996-cı ildə adı "Belşina" olaraq dəyişdirilmişdir. Klub ən yaxşı mövsümlərini 90-cı illərdə və 2000-ci illərin əvvəlində keçirmişdir. Belşina 2001-ci ildə liqanın çempionu olmuş, 1997-ci ildə isə mövsümü ikinci kimi başa vurmuşdur.
Gələşin (Salmas)
Gələşin (fars. گله شين‎) - İranın Qərbi Azərbaycan ostanının Salmas şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə‎ yaşayış yoxdur.
Matteo Pessina
Matteo Pessina (21 aprel 1997, Montsa, İtaliya) — İtaliya A Seriyası təmsilçilərindən olan "Atalanta" klubunda və İtaliya milli futbol komandasında yarımmüdafiəçi kimi çıxış edən peşəkar İtaliya futbolçusu. == Klub karyerası == Akademiya səviyyəsində bir neçə il oynadıqdan sonra Pessina 2014-cü ildə Monza klubunda peşəkar karyerasına başlamışdır. 2015-ci ildə "Milan" klubuna transfer olur və ardıcıl olaraq Leççe, Kataniya və Komo klublarına icarəyə göndərilir.7 iyul 2017-ci ildə Pessina "Atalanta" klubu ilə müqavilə imzalamışdır. 25 avqustda o, Speziya klubuna icarəyə verilmişdir. 26 avqust 2019-cu ildə Pessina satın alma bəndi ilə "Hellas Verona" klubuna icarəyə göndərilir. 10 fevral 2021-ci ildə İtaliya Kubokunun yarımfinal mərhələsinin cavab qarşılaşmasında "Napoli" klubu ilə oyunda iki qolla yadda qalmışdır. Komanda rəqibinə 3-1 hesabı ilə qalib gəlmişdir. Beləliklə "Atalanta" klubu finala vəsiqə əldə etmişdir. == Milli karyerası == Pessina İtaliya U-20 millisi ilə 2017 FİFA U-20 Dünya Çempionatında üçüncü yerə sahib çıxmışdır.Pessina İtaliya U-21 millisi ilə debütünü 5 oktyabr 2017-ci ildə Budapeştdə Macarıstan millisinə qarşı oyunda etmiş və milli rəqibinə 6-2 hesabı ilə qalib gəlmişdir.Pessina 2020-ci ilin noyabrında baş məşqçi Roberto Mançininin rəhbərliyi altında İtaliya millisinə dəvət almışdır. O, millidə debütünü 11 noyabrda Florensiyada Estoniya millisinə qarşı oyunda etmişdir.
Viktor Pelevin
Viktor Oleqoviç Pelevin (rus. Ви́ктор Оле́гович Пеле́вин, 22 noyabr 1962) — Rusiya yazıçısı. == Həyatı == Viktor Oleqoviç Pelevin 1962-ci il, 22 noyabrda Moskvada anadan olub. 31 nömrəli xüsusi ingilis məktəbini bitirmiş, 1985-ci ildə Moskva Energetika Universitetini bitirmişdir. İxtisasca mühəndis-elektromexanikdir. Br neçə il “Elm və Din” jurnalının əməkdaşı olan yazıçı şərq mistikası ilə əlaqədar müxtəlif məqalələr yazmışdır. Bir çox pyesləri Moskva teatrlarında uğurla səhnələşdirilmişdir. İlk yaradıcıllıq məhsulu “Cadugər İqnat və insanlar” olmuşdur (Колдун Игнат и люди). OpenSpace.ru saytının 2009-cu ildə apardığı sorğuda, Viktor Pelevin Rusiyanın görkəmli intelektuallarından seçilmişdir.
Bobriusk Belşina FK
"Belşina" (belar. «Белшына») — Bobruysk şəhərini təmsil edən Belarus futbol klubu. Klub 1976-cı ildə yaradılıb, 1995-ci ilə qədər "Şinnik" adı ilə çıxış edib. == Tarixi == Klub "Şinnik" adı altında 1976-cı ildə yaradılmışdır. Komandaya yarandığı gündən yerli şinləri istehsal edən Belşina şirkəti sponsorluq edir. Klub daha çox Sovet dövründə BSSR Liqasında (Mogilyov vilayəti Liqasında mübarizə aparıb) çıxış etmişdir. Şinnik liqada iki dəfə çempion olmuş (1978 və 1987) və bir dəfə 1979-cu ildə Belarus SSR Kubokunun sahibi olmuşdur.Şinnik 1992-ci ildə Belarus Birinci Diviziyasında mübarizə aparmış və 1994-cü ildə Premyer Liqasına vəsiqə qazanmışdır. 1996-cı ildə adı "Belşina" olaraq dəyişdirilmişdir. Klub ən yaxşı mövsümlərini 90-cı illərdə və 2000-ci illərin əvvəlində keçirmişdir. Belşina 2001-ci ildə liqanın çempionu olmuş, 1997-ci ildə isə mövsümü ikinci kimi başa vurmuşdur.
İvan Vasilyeviç peşəsini dəyişir (film, 1973)
"İvan Vasilyeviç peşəsini dəyişir" (rus. Иван Васильевич меняет профессию) — rejissor Leonid Qaydayın filmi. == Məzmun == İxtiraçı Aleksandr Sergeyeviç Timofeyev (Şurik) zaman maşını icad edir. Onun saysız eksperimentləri nəticəsində bir gün maşın tüstüləyir və partlayış baş verir. Şurik özündən gedir. Şurikin arvadı olan kinoaktrisa Zina ondan ayrılacağını deyir. O, yeni sevgilisi – kinorejissor Yakinlə birgə səyahətə gedirlər. Bu zaman oğru-residivist Corc Miloslavski Şurikin qonşusu diş həkimi Anton Şpakın mənzilinə soxularaq onu qarət edir. Onun təcrübələrindən təngə gəlmiş ev müdiri İvan Vasilyeviç Şurikə yenidən sakinlərin şikayətini çatdırır. Şurik İvan Vasilyeviçin iştirakı ilə öz zaman maşınını işə salır və bu zaman Şurikin və Şpakın mənzilləri arasında olan divar yoxa çıxır.
Pelenin milli komandada vurduğu qolların siyahısı
Pele bütün zamanların qəbul edilən ən yaxşı oyunçularından biridir. O, 114 matçda Braziliya milli futbol komandasının şərəfini qorumuşdur ki, bunlardan 92 görüş tam bir beynəlxalq matçı idi və millinin tərkibində 95 qola imza atmışdır. O, həmçinin Braziliya milli komandasının bombardiridir. == Tam beynəlxalq matçlarda vurulan qollar == === Bütün beynəlxalq matçlar === Hesablar və nəticələr ilk olaraq Braziliya olaraq göstərilib.
Allah canınızı sağ eləsin, Cənab Rozuoter
Allah canınızı sağ eləsin, Cənab Rozuoter (ing. God Bless You, Mr. Rosewater) — Kurt Vonnequtun 1965-ci ildə nəşr olunmuş romanı. == Məzmun == Eliot Rozouter, könüllü yanğın söndürən, alkoqol aludəçisi və sanballı Rozouter fondunun prezidentidir. O, insan təbiəti ilə əlaqədar maraqlı təcrübəni həyata keçirmək qərarını verir. Bu yolda ona yazıçı Kilqor Traut kömək edir. Allah canınızı sağ eləsin, Cənab Rozuoter Kurt Vonnequtunun insan təbiətinin xəsislik, ikiüzlülük və saxtakarlıq kimi xüsusiyyətlərini və bu xüsusiyyətlərin qurub-quraşdırdığı mürəkkəb mexanizmlərdən ibarət sosial sistemləri hədəf almış satirik romanlarından birisidir. Birinci dəfə 1964-cü ildə nəşr olunan əsər, Eliot adlı obrazın xeyriyyəçi faəliyyətləri və könüllü yanğın söndürən kimi çalışması vasitəsi ilə öz mənəvi axtarışlarını özündə ehtiva edən əsərdir. Əsər Amerika cəmiyyətinin dini, siyasi, sosial və ən əsası iqtisadi - kapitalistik müstəvidə olan tənqidi və satirasıdır.