Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Polyaroqrafiya
Polyaroqrafiya – kimyəvi proseslərin kinetikasının tədqiqi, maddələrin elektrokimyəvi analizinin əsas üsullarından biridir. == Üsulun yaranması == Su məhluluna batırılmış civə damcısına yüklənmiş gərginliyin səthi dartılmanın miqdarına olan təsirini öyrənərkən 1922-ci ildə Y. Qeyrovski tərəfindən təklif edilib. O, diqqət yetirib ki, civədən keçən cərəyan məhlulun tərkibindən asılıdır. Bu ideyanı təkmilləşdirib o, cərəyanın civə-damcı elektrodunda olan gərginlikdən asılılığın dəyişməsinə əsaslanan üsul yaradır. Alınan asılılıqlar, başqa adla voltamper əyriləri və ya voltamperoqrammlar məhlulun tərkibindən asılıdır və məhlulda olan mikroqarışıqların eyni anda keyfiyyət və kəmiyyət analizinin aparılmasına imkan verir. 1959-cu ildə bu üsula gorə Qeyrovski Nobel mükafatına layiq görülür. == Üsulun prinsipi == Elektrik cərəyanının su məhlulundan keçməsi, elektrolitik dissosasiya nəticəsində yaranmış ionların hərəkəti ilə əlaqəlidir. Cərəyanın civədən, başqa metall və karbon materiallardan keçməsi isə - elektronların hərəkəti ilə. Buna görə də, elektrod/məhlul sərhədində nə isə baş verməlidir ki, ion axını elektron axınına keçsin, yoxsa cərəyan olmayacaq. Bu prosess elektrokimyəvi reaksiya kimi təsəvvür olunur.