Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Portu
Portu (port. Porto) — Lissabondan sonra Portuqaliyanın ikinci böyük şəhəridir. Şəhər Atlantik okeanı sahilində yerləşmişdir. Ayrıca şəhərin ortasından Douro çayı keçməkdədir. == Görməli yerlər == Burada qədimi qaladan yenidən tikilmiş Kafedra qurultayı, Kleriqoş mərmər qülləsi, fransiskant kilsəsi San-Fransişku, Maşadu-de-Kaştru Yepiskop sarayını gəzmək maraqlı olardı. Portudan şimalda məşhur Braqa şəhəri yerləşir. Braqadan 55 km.-də Portuqaliyanın ziyarətgahı olan Bon-Jezuş-du-Monte yerləşir. Klisənin yanında balaca sovmələrlə (kiçik kilsələr) gözəl park, fəvvarələr və süni göllər yaradılıb. Şəhər özünün arxitektur abidələri – kilsələri, sarayları, balaca şəhərcikləri və fəvvarəli meydanları ilə fəxr edə bilər. Portu şəhəri həm də şərablarıyla məşhurdur.
Pontlu Kleopatra
Pontlu Kleopatra (e. ə. II əsr – e. ə. I əsr) — Pont şahzadəsi və Ermənistan kraliçası. Pont kralı VI Mitridat və kraliça Laodikanın qızlarından biri idi. Kleopatra bəzən onu eyniadlı bacısından fərqləndirmək üçün Böyük Kleopatra kimi çağırılır və Pont Krallığında anadan olub və böyüyüb. O, erməni kralı Böyük Tiqranın arvadı idi. Eramızdan əvvəl 94-cü ildə Tiqranla evlənərək Pont və Ermənistan arasında ittifaqı möhkəmləndirdi. Tiqranın və bütün Ermənistanın həyatında həlledici rol oynadı.
Poru
Poru (lat. Ballerus sapa) çəkilər fəsiləsinin çapaqlar cinsinə aid növdür. == Yayılması == Xəzər hövzəsində bir növü və bir yarım növü mövcuddur. Tipik növ Şimali Xəzərdə, Volqa, Ural, Səfidruddan Terekin mənbəyinə qədər yaşayır. Cənubi-Xəzər porusu isə Xəzərin cənub hissəsində yaşayır. == Morfoloji əlamətləri == Anal üzgəcində 32–42, bel üzgəcində 7–8 şüa, yan xətt orqanında 42–55 pulcuq var. Gümüşü rəngə çalan iri gözləri vardır. Bədəni hündür, yanlardan basıqdır. Anal üzgəci uzundur. Ağzı yarımalt, burnu qalındır.
Potu
Potu — Azərbaycan Respublikasının Göyçay rayonunun inzibati ərazi vahidində kənd. == Tarixi == == Toponimikası == Potu Göyçay rayonunun eyniadlı inzibati ərazi vahidində kənd. Şirvan düzündədir. Keçmiş adı Potubazar olmuşdur. Tədqiqatçılarıın ehtimalıa görə, kəndin adı türk dillərindəki pot (bara, kəçid) və İran dillərində 11 (su) komponəntlərindon düzəlib, "su üstündə keçid və ya bərə" mənasındadır. Yaşayış məntəqəsi Arvan çayının sahilində, bara yaxınlığında yerləşdiyinə görə belə adlandırılmışdır. Azərbaycan dilinin dialektlərində "cavan camış" potu, türk dillərində İsə "dəvə balası" potuk adlanır. Kəndin keçmiş adının Potubazar olması da keçmişdə burada mal bazarı olduğunu göstərir Yaşayış məntəqəsi həmin bazarın ərazisində salındığından bela adlandırılmışdır. == Əhalisi == 2009-cu ilin siyahıyaalınmasına əsasən kənddə 2254 nəfər əhali yaşayır. == Din == Kənddə Potu kənd məscidi dini icması fəaliyyət göstərir.
Azərbaycan poçtu
"Azərpoçt" MMC — Azərbaycan Milli poçt şəbəkəsinin operatoru, 1993-cü ildən Ümumdünya Poçt İttifaqının üzvü. == Tarixi == Azərbaycanda müasir formada poçtun yaranması XIX əsrin 1-ci yarısına təsadüf edir. 1818-ci ildə Gəncə şəhərində ilk poçt kontoru açılıb. Azərbaycanda poçtun dəmiryol nəqliyyatı ilə daşınması isə 9 may 1883-cü ildə Bakı-Tiflis, 1900-cü ildə isə Bakı-Dərbənd arasında başlanıb. 28 may 1918-ci ildə Azərbaycan Demokratik Respublikası öz müstəqilliyini elan edərkən 6 oktyabr 1918-ci ildə hökumətin tərkibində Poçt və Teleqraf Nazirliyi yaradılıb. === Poçt rabitəsinin inkişaf mərhələsi === 1991-ci ildə Sovet İmperiyasının dağılması ilə əlaqədar yeni yaranmış bütün müstəqil dövlətlərdə olduğu kimi Azərbaycanda da Poçt rabitəsinin inkişafı demək olar ki, tam dayandı və tənəzzül dövrü yaşanmağa başladı. Bununla yanaşı 1993-cü il 1 aprel tarixində Azərbaycan Poçt Müdiriyyəti Ümumdünya Poçt İttifaqının (ÜPİ) üzvlülüyünə qəbul edildi. Poçt rabitəsinin inkişaf mərhələsinin ən çətin dövrü hesab edilən bu dövr, 1997-ci il 1 yanvardan etibarən poçt rabitəsinin elektrik rabitəsindən ayrılaraq müstəqil bir qurum kimi fəaliyyətə başlaması ilə başa çatdı. Elə bu ildən başlayaraq poçt rabitəsi özünün yeni inkişaf mərhələsinə qədəm qoydu. 1997-ci ilin mart ayında poçt rabitəsinin qısa müddətli "Dirçəliş və inkişaf proqramı" qəbul olundu, dekabr ayında isə "1998–2003-cü illər üçün poçt rabitəsinin inkişaf konsepsiyası" təsdiq edildi.
Emil Butru
Emil Butru (28. 7. 1845, Paris yaxınlığında Monruj – 22. 11. 1921, Paris) — fransız filosofu. == Həyatı == Ali Normal Məktəbdə təhsil almışdır. 1888-ci ildən Paris Universitetinin professoru, 1912-ci ildən Fransa Akademiyasının üzvü idi. == Fəaliyyəti == Butru həyat, psixika və təfəkkür təzahürlərinin şərhində mexanistik determinizmə qarşı çıxaraq, varlığın maddi, instinktiv və şüurlu səviyyələri arasında radikal uçurum olduğunu iddia etmiş və vurğulamışdır ki, ali səviyyələr aşağı səviyyələrə müncər edilmir və onlardan asılı deyildir, onlara nəzərən “təsadüfidir”. Canlının keyfiyyət özü nəməxsusluğunu Butru iyerarxiya nizamına və fərdiləşməyə canatmada görürdü: “Həyat bu mənada əsl yaradıcılıqdır”.Butru ruhun ilkinliyini təsdiqləyərək hesab edirdi ki, varlığın səviyyələr iyerarxiyası azad ilahi yaradıcılıq aktının nəticəsidir. Bu iyerarxiya hər bir səviyyədə artan azadlığın inkişafının vasitəsi və şərti kimi çıxış edir.
Oyun portu
Oyun portu - (ing.game port, ru.игровой порт) - IBM PC-uyumlu kompüterlərdə coystikləri və ya oyun pultlarını qoşmaq üçün oyuq. İlk modellərdə adapterin hamısı oyun portu üçün ayrılırdı; hazırda belə kartlarda (xüsusən IBM şirkətinin istehsalı olmayan) oyun portları ilə yanaşı digər portlar da (məsələn, əlavə ardıcıl və ya parallel port) olur. Oyun adapteri - IBM PC-uyumlu kompüterlərdə coystik və ya oyun pultlarını qoşmaq üçün giriş-çıxış portu. Belə adapterin nüvəsi analoq-rəqəm dönüşdürücüsüdür (ADC). Coystik və ya idarəetmə pultu ilə manipulyasiya etdikdə bir və ya iki potensiometrin mövqeyi dəyişilir ki, nəticədə gərginliyin səviyyəsinin şəkli dəyişilir; sonra ADC bu gərginlikləri coystikin və ya pultun mövqeyini müəyyənləşdirən ədədi qiymətlərə çevirir. == Şəkillər == == Ədəbiyyat == İsmayıl Calallı (Sadıqov), “İnformatika terminlərinin izahlı lüğəti”, 2017, “Bakı” nəşriyyatı, 996 s.
Petru Luçinski
Luçinski Petru (d. 1940) — Moldovanın siyasi və dövlət xadimi. 1971-ci ildən 1989-cu ilə qədər dövlət və partiya işlərində müxtəlif vəzifələrdə çalışmışdır. 1997–2002-ci illərdə Moldova Respublikasının 2-ci Prezidenti olmuşdur.
Petru Luçinşi
Luçinski Petru (d. 1940) — Moldovanın siyasi və dövlət xadimi. 1971-ci ildən 1989-cu ilə qədər dövlət və partiya işlərində müxtəlif vəzifələrdə çalışmışdır. 1997–2002-ci illərdə Moldova Respublikasının 2-ci Prezidenti olmuşdur.
Portu-Aleqri
Portu-Aleqri — Braziliyada yerləşən şəhər. Riu-Qrandi-du-Sul ştatına daxildir.
Portu FK
Portu FK — Portuqaliyada futbol klubu. 1893-cü ildə yaranmışdır.
Portu muzeyi
Portu FK muzeyi, sponsorluq səbəblərindən rəsmi olaraq BMG tərəfindən Portu Muzeyi (port. Museu do Futebol Clube do Porto by BMG) — Portu şəhərində yerləşir və Portuqaliya liqasında çıxış edən "Portu"nun tarixini özündə əks etdirir. Muzeyin girişində nəhəng mavi ulduz yerləşir. Muzeyin rəsmi açılışı klubun 120 illik tarixi ilə əlaqədar 2013-cü ilin 28 sentyabr tarixində baş tutmuş və 26 oktyabr tarixində isə muzeyin qapıları ictimaiyyətin üzünə açılmışdır.Muzeyin yaradılması və tikintisi Sibina Partners (Barselona) və MUSE (London) şirkətləri tərəfindən həyata keçirilmişdir. Muzey Draqao stadionunun şərq hissəsində yerləşən sektorun altında yerləşir. Burada 27 müxtəlif mövzunu əhatə edən; klubun tarixi tədbirlərini, oyunlarını, uğurlarını, məşqçi və oyunçularını xatırladan görüntülü elektron məlumatlar göstərilməkdədir. Bundan başqa "Portu" klubunun yalnız futbol sahəsində deyil həmçinin həndbol, basketbol və digər idman növlərində qazandığı uğurlar nəticəsində əldə etdiyi mükafatlar ziyarətçilərə nümayiş etdirilir. Muzeyin mərkəzi bölməsində klubun daxili çempionatda qazandığı kuboklar və Avropa miqyaslı turnirlərdə əldə etdiyi mükafatlar sərgilənir. Bundan başqa burada keçmiş zamanlarda futbolçuların geyindiyi orjinal formalar, foto şəkillər, sənədlər və medallar nümayiş olunur.Muzeydə həmçinin auditoriya, klubun mağazası, kofe bölməsi və müvəqqəti sərgilər üçün ayrılmış məkan fəaliyyət göstərir.
Putra məscidi
Putra məscidi (malay Masjid Putra) — Malayziyanın yeni inzibati mərkəzi olan Putracayada yerləşən əsas məscid. Məscidin tikintisinə 1997-ci ildə başlanıldı və tamamlama işləri iki ildən sonra başa çatdı. Məscid Malayziyanın Baş Nazirinin iqamətgahı olan Perdana Putra və süni yarasdılmış Putracaya gölünün yaxınlığında yerləşir. Məscidin qarşısında Malayziya ştatlarının bayraqlarının dalğalandığı böyük meydan yerləşir. == Memarlığı == Məscidin xarici görünüşünün dizaynına Şeyx Ömər məscidi (Bağdad) və İkinci Həsən məscidinin (Kasablanka) dizaynı güclü təsir göstərib. Məscidin bünövrəsini təşkil edən divarlar İkinci Həsən məscidinin divarlarını xatırladır. Məscidin minarəsinin dizaynına isə Bağdadda yerləşən Şeyx Ömər məscidinin minarəsinin dizaynı təsir göstərib. Məscidin əsas materialı kimi çəhrayı qranitdən istifadə olunub. Məscid üç əsas funksional ərazidən ibarətdir: ibadət zalı, həyət və müxtəlif öyrənmə zalları və otaqlar. İbadət zalı və baş günbəz 12 sütunun köməyi ilə saxlanır.
Bakı Ticarət Portu
Bakı Beynəlxalq Dəniz Ticarət Limanı' (abr. BDTL) — 1902-ci ildə təsis edilmiş və o vaxtdan Xəzər dənizi limanlarının ən böyüyü və ən əhəmiyyətlisi hesab olunur. 2015-ci il 18 mart tarixində Bakı Limanı yenidən qurulmuş və Qapalı Səhmdar Cəmiyyəti (QSC) yaradılmışdır. == Tarixi == Bakı limanı Xəzər dənizinin ən qədim limanıdır və Azərbaycanın dövlət quruculuğu tarixinin bir çox mərhələsində mövcud olmuşdur. Əsrlər boyu Bakı Limanı qədim İpək Yolu, eləcə də, Şimali Avropa və Rusiyanı Orta Şərq və Cənubi Asiya ilə birləşdirən Şimal-Cənub nəqliyyat dəhlizi üzərində yerləşərək Şərq və Qərb arasında körpü rolunda çıxış etmişdir. Daha sonra bu marşrut Rusiya, Avropa, Hindistan və digər ölkələrdən olan xarici tacirlər tərəfindən istifadə edilib. On beşinci əsrin ortalarında Volqa-Don və Xəzər dənizi ticarət marşrutu üzrə Şərqi Avropanı Hindistan ilə birləşdirən yeni ticarət marşrutu kəşf edildi. Bu kəşf bugünkü Bakı Limanının Xəzər dənizi ticarətində, eləcə də, beynəlxalq dəniz ticarətində əsas mərkəz kimi əhəmiyyətini artırmışdır. Əvvəlki əsrlərdə dəniz ticarəti Bakı şəhərinin ən əsas fəaliyyəti olmasına baxmayaraq, Bakı Limanına edilən rəsmi tarixi istinadlara 1564-cü ildən rast gəlinir. 1564-cü ildə Səfəvi hökmdarı I Şah Təhmasibin əmri ilə Şeyx Zahid Bakı Limanının "birinci naziri" təyin edildi.
Giriş/çıxış portu
Giriş/çıxış portu (en. input/output port ~ ru. порт ввода-вывода ~ tr. giriş/çıkış portu) – giriş və ya çıxış qurğuları ilə mikroposessor arasında verilənlərin ötürülməsi kanalı. Praktiki olaraq, mərkəzi prosessor üçün port, onun verilənlərin qəbulu və verilişi üçün istifadə etdiyi bir və ya daha artıq yaddaş ünvanıdır. Bu ünvanlara xüsusi aparat vasitələri, məsələn, genişləndirmə lövhələri xidmət göstərir: onlar qurğudan gələn verilənləri yaddaş ünvanlarında yerləşdirir və verilənləri yaddaş ünvanlarından qurğuya göndərir. Giriş/çıxış portu kompüterdə proqram təminatı və qurğular arasında əlaqə qurmağa imkan verir. Hər hansı məlumatı ardıcıl portla göndərmək üçün onun hansı giriş/çıxış portu kimi ünvanı bilinməlidir. Analoji olaraq, ardıcıl portdan məlumat almaq üçün onun hansı ünvandan göndərilməsini bilmək lazımdır. Yaddaşa birbaşa daxil olan kanalların və IRQ-nin kəsilməsindən fərqli olaraq, fərdi kompüterlərdə xeyli çox giriş/çıxış portları mövcuddur.
Portu FK muzeyi
Portu FK muzeyi, sponsorluq səbəblərindən rəsmi olaraq BMG tərəfindən Portu Muzeyi (port. Museu do Futebol Clube do Porto by BMG) — Portu şəhərində yerləşir və Portuqaliya liqasında çıxış edən "Portu"nun tarixini özündə əks etdirir. Muzeyin girişində nəhəng mavi ulduz yerləşir. Muzeyin rəsmi açılışı klubun 120 illik tarixi ilə əlaqədar 2013-cü ilin 28 sentyabr tarixində baş tutmuş və 26 oktyabr tarixində isə muzeyin qapıları ictimaiyyətin üzünə açılmışdır.Muzeyin yaradılması və tikintisi Sibina Partners (Barselona) və MUSE (London) şirkətləri tərəfindən həyata keçirilmişdir. Muzey Draqao stadionunun şərq hissəsində yerləşən sektorun altında yerləşir. Burada 27 müxtəlif mövzunu əhatə edən; klubun tarixi tədbirlərini, oyunlarını, uğurlarını, məşqçi və oyunçularını xatırladan görüntülü elektron məlumatlar göstərilməkdədir. Bundan başqa "Portu" klubunun yalnız futbol sahəsində deyil həmçinin həndbol, basketbol və digər idman növlərində qazandığı uğurlar nəticəsində əldə etdiyi mükafatlar ziyarətçilərə nümayiş etdirilir. Muzeyin mərkəzi bölməsində klubun daxili çempionatda qazandığı kuboklar və Avropa miqyaslı turnirlərdə əldə etdiyi mükafatlar sərgilənir. Bundan başqa burada keçmiş zamanlarda futbolçuların geyindiyi orjinal formalar, foto şəkillər, sənədlər və medallar nümayiş olunur.Muzeydə həmçinin auditoriya, klubun mağazası, kofe bölməsi və müvəqqəti sərgilər üçün ayrılmış məkan fəaliyyət göstərir.
RS-485 portu
RS-485 — ilk dəfə Elektron Sənaye Assosiasiyası tərəfindən qəbul edilmiş standart nömrəsidir. İndi bu standarta TİA/EIA 485 də deyilir. RS-485 - sənaye Avtomatik idarəetmə sistemlərində kontrolyor və digər avadanlığı birləşdirmək üçün istifadə edilən məşhur interfeysin adıdır. RS-485-in onun kimi geniş yayılmış RS-232-dən əsas fərqi bir neçə qurğunu birləşdirmək imkanıdır. RS-485 standartında 1200 metrə qədər kabellər dəstəklənir. RS-232 standartında yalnız 5 metrə qədər uzunluğu olan kabellər dəstəklənirdi. RS-485-də isə bu göründüyü kimi daha çoxdur. Ötürülmə sürəti istifadə ediləcək kabelin uzunluğu və növündən asılı olaraq dəyişə bilər. Əlaqəqələrdə müxtəlif çeşidlli kabellərdən istifadə edilə bilər. RS-485 10 Mbit / s-ə qədər ötürülmə sürətinə malikdir.
Potu bələdiyyəsi
Göyçay bələdiyyələri — Göyçay rayonu ərazisində fəaliyyət göstərən bələdiyyələr. == Tarixi == Azərbaycanda bələdiyyə sistemi 1999-cu ildə təsis olunub. == Siyahı == == Mənbə == "Bələdiyyələrin statistik ərazi təsnifatı" (PDF). stat.gov.az. 2021-08-21 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2020-05-03.
Nojan-le-Rotru (rayon)
Nojan-le-Rotru (fr. Nogent-le-Rotrou) — Fransanın Mərkəz - Luara vadisi regionun rayonlarından (fr. Arrondissement) biri. Departamenti — Er və Luar. Suprefektura — Nojan-le-Rotru. Rayon əhalisi 2006-cı ildə 37 323 nəfər təşkil edirdi. Əhalinin sıxlığı — 46 nəf / km². Rayon ərazisi — 811 km².
USB 2.0 portu
USB 2.0 nədir Yüksək sürətdə məlumat axtarmağa icazə verən texnologiyalardan biri də USB 2.0 inkişaf etdirilərək müsbətləri və mənfiləriylə həyatımıza daxil olub. USB (Universal Serial Bus — Universal Seri veriyolu) həyatımıza böyük yeniliklər gətirən bir ötürülmə interfeysi olaraq ilk dəfə 90-cı illərin son rübündə ortaya çıxdı. Böyük, iynəli və klipsle girişlere; kiçik bir jak və yuva ilə baş tutan USB, böyük imkana imza atacağam siqnallarını daha ilk fikirdə vermişdi. "Dərhal tax və naviqasiya" lüksünün ilk dəfə istifadəçiyə yaşadan interfeys, saniyədə 1,5 megabayta qədər (12 Mbit/s) data axtarmağa icazə verən bir bant genişliyinə sahib idi. Ancaq bu nisbət, USBin printer, skaner kimi "yüngül" ətraf vahidləri xaricində sabit disk, CD yazıçı kimi yüksək məlumat transfer sürəti istəyən "ağır" modulların da istifadəsini tələb etməyə başladı. Firewire'ın plankanı 400 Mbit/s çıxarması USBin başmağını bu mənada yaxşıdan yaxşıya dama atırdı ki yenilənmiş Hi-Speed USB (USB 2.0) qarşımıza çıxdı. Bu yüksək sürətli versiyası, anında USB 2.0 uyğun cihazları da özü ilə gətirdi. Biz də USB 2.0'ın ən çox maraq edilən yanlarını sizlər üçün araşdırdıq. USB 2.0 Nədir? Şəxsi kompüterlər üçün ətraf vahidi əlaqə interfeysi olan USB 1.1'in ikinci versiyası olan USB 2.0, multimedia və saxlama cihazlarına istiqamətli geniş bir bant genişliyinə sahibdir.
Musique pour Supermarché
Musique pour Supermarché(azərb. Supermarketlər üçün musiqi‎)(ing. Music for Supermarkets) elektron musiqiçi və bəstəkar Jan Mişel Jarrın altıncı studiya albomudur .Albom yalnız bir nüsxə basılaraq yayıldı və onun əsas lövhələri şəxsən Jarr tərəfindən qəsdən məhv edildi.
Pour le Mérite
Pour le Mérite (azərb. "Xidmətinə görə"‎) — Prussiyada 1740-cı ildə təsis olunmuş Birinci Dünya Müharibəsinə qədər ali orden.
Kopa de l'Outre-Mer