Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Nyu-Providens
Nyu-Providens (ing. New Providence — Baham adalarında ada. Baham adalarının ən sıx məskunlaşan adasıdır. ABŞ üçün turizm və istirahət mərkəzidir. Baham adalarını ilk ziyarət edən avropalılar 1670-ci ildən sonra Qrand-Törk və İnaquaya ziyarət etsələr də, Elütera adası ilk dəfə daimi olaraq məskunlaşmışdır. Ardınca Nyu-Providens məskunlaşmışdır. Nyu-Providens adası Vest-İndiyada kiçik gəmilər üçün ən qorunan təbii limanlardan biri var idi. Nyu-Providens Baham adalarının 32 rayonundan biridir. Rayonun inzibati mərkəzi Baham adalarının paytaxtı, Nassau şəhəridir. Rayonun sahəsi 207 km2, əhalisi - 248,948 nəfərdir.