Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Rastr təsvir
Rastr təsvir — kompüter monitorunda, kağızda və ya başqa əks etdirmə qurğularda və materiallarda piksellərdən və ya rəngli nöqtələrdən (adətən düzbucaqlı formalı) təşkil olunmuş təsvir. Təsvirin əhəmiyyətli xarakteristikası: piksellərin miqdarı — göstərilə bilər en və hündürlük üzrə piksellərin miqdarı (1024×768, 640×480 və s.) və ya piksellərin ümumi sayı; istifadə edilən rənglərin miqdarı və ya rəngin dərinliyi (bu xarakteristikalar N = 2 k {\displaystyle N=2^{k}} asılığına malikdir, N {\displaystyle N} — rənglərin miqdarı, k {\displaystyle k} — rəngin dərinliyi); rəng sahəsi (rəng modeli) — RGB, CMYK, XYZ, YCbCr və başqaları; displey ölçüsü — təsvirin məsləhət görülən ölçüsü. Rastr təsvirini rastr qrafik redaktorlarının köməyi ilə redaktə etmək olar. Rastr təsviri fotoaparatlarla, skanerlərlə, bilavasitə rastr redaktorları və s. ilə yaratmaq mümkümdür.
Qayıdış – rastr displeyində
Retrace ~ обратный ход ~ geri akma ~ qayıdış – rastr displeyində: elektron şüasının ekranda sağdan sol qırağa, yaxud aşağıdan yuxarı qırağa qayıdarkən getdiyi yol. Qayıdış elektron şüasını eninə daramanın yeni dövrəsi üçün başlanğıca, yaxud ekranın aşağısına yerləşdirir; bu müddətdə şüa ani olaraq sönür ki, onun ekranda izi görünməsin. Qayıdış hər saniyədə dəfələrlə yerinə yetirilir və həm də ciddi sinxronlaşdırılmış siqnallardan istifadə olunur ki, qaydış zamanı elektron şüasının sönməsi təmin edilsin. Bax: HORIZONTAL RETRACE, VERTICAL RETRACE. == Ədəbiyyat == İsmayıl Calallı (Sadıqov), “İnformatika terminlərinin izahlı lüğəti”, 2017, “Bakı” nəşriyyatı, 996 s.