Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Dibiont
Dibiont — iki mühitə məxsus orqanizm (məsələn, qurbağa). == Ədəbiyyat == R.Ə.Əliyeva, Q.T.Mustafayev, S.R.Hacıyeva. “Ekologiyanın əsasları” (Ali məktəblər üçün dərslik). Bakı, “Bakı Universiteti” nəşriyyatı, 2006, s. 478 – 528.
Simbioz
Simbioz (yun. syn – müştərək həyat) – iki növdən olan fərdlərin birgə yaşamasının elə bir formasıdır ki, bu zaman hər iki fərd xarici mühitlə bilavasitə qarşılıqlı təsirdə olur; xarici mühitlə münasibətlərin tənzimi hər iki orqanizmin fəaliyyəti ilə uyğunlaşır. Geniş mənada Simbioz parazitizm də (bu halda antoqonist Simbioz adlanır) daxil olmaqla müxtəlif növlərdən olan orqanizmlərin sıx birgə yaşamasının bütün formalarını əhatə edir. Bitki bitki ilə, bitki heyvanla, heyvan heyvanla, bitki və heyvan mikroorqanizmlərlə simbiotik münasibətdə olurlar. Simbioz terminini ilk dəfə alman botaniki A. de Bari (1979) təklif etmişdir. Bitkilər arasındakı Simbioza ən yaxşı misal mikorizadır. Simbioz yolu ilə çoxhüceyrəli orqanizmlərin mənşəyi haqqında hipotez. A.R.Faminski tərəfindən (19-cu əsrin 60-cı illərində) irəli sürülmüşdür. Simbiogenez problemi hələlik mübahisəli olaraq qalır.
Simbioz hadisəsi