Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Starıy Krım
Starıy Krım' — Keçmiş zamanlarda qədim Kafa şəhərinə yaxın Çürük Su çayı üstündə məşhur moğal-türk şəhəri Kırım Kirman (yəni Kırım qalası) yerləşirdi. Indiki Kırım ölkəsinin adının da vaxtilə bu məntəqənin adından yarandığı söylənilir. Övliya Çələbi də "eski taxt mərkəzi" Əski Kırım şəhərinin lap əvvəlki adının Kırım Kirman olduğunu yazır. Kırımın tam istilasından sonra 1784-cü ildə Əski Kırım şəhərinin də adı rus dilinə tərcümə olunaraq Starıy Kırım adlanmışdır.1. Şəhərin mərkəzində mərmərdən məscdi və digər ictimai binalar, xüsusən məktəb səyyahların heyrətinə səbəb olurdu. Övliya Çələbi də həmin heyrətlə bu şəhərə sığışan, lakin hər hansı bir vilayətə, ölkəyə süs verə biləcək zəngin imarətləri — əsərləri, abidələri sadaladıqca insan bunların indi xarabalıqlar yox, mədəni və ehtişamlı şəhərlər olduğunu güman edir. Odur ki, səyyah dərhal təəssüratlarını təbiilik, həqiqilik qiyafəsinə salaraq yazır: əgər məndən yazdığım bu qədər əsər və binaları bəs nerədən bulub yaza bildin?-deyə sorsalar, "hələ də burada yüz minlərlə əsər – bina, qübbələr durmaqdadır. Kırım şəhərinin qapısının iç üzündə Mengli Gəray xan camisinin yanında bulunan yüksək mərmər sütun üzərində Kırımın bütün imarətləri, vəqf edilmiş əsərlərin və sahiblərinin isimlərini də yazmışlar,-deyərək cavab verərəm.2."Vaxtilə Əski Kırımda möhtəşəm Özbək xan məscidi (XIV), Baybars məscidi (XIII), Ətirli məscid (XIV), Kurşun caminin bu gün xarabalıqları belə insanı heyrətə salmaqdadır. İstilalar nəticəsində dağıdılmış şəhərin fəlakətini böyük rus tarixçisi Karamzin "allahın bəlasına tuş oldu,"-deyə xəbər verir. Böyük tarixçi hər halda xalq rəvayətlərindən bolluca bəhrələnərək: Kırım əhalisi həm varlı, həm də xəsis idilər; kasıba əl tutmazdılar.
Starıy Oskol
Starı Oskol — Rusiya Federasiyasında yerləşən şəhər Belqorod vilayətinə daxildir