Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Sinişa Mixayloviç
Sinişa Mixayloviç (20 fevral 1969, Vуkоvаr – 16 dekabr 2022, Roma) — Yarımmüdafiəçi və müdafiəçi kimi çıxış etmiş Serbiyalı futbolçu. Futbolçu karyerasını başa vurduqdan sonra məşqçi olub. Cərimə zərbələri ustası kimi tanınır. Mixayloviç cərimə zərbəsindən vurduğu 28 qolla cərimə zərbələrindən vurulan qollara görə A Seriyasında rekord sahibidir. == Karyerası == Futbolçu karyerası ərzində müdafiəçi və ya yarımmüdafiəçi kimi çıxış edib. O, 1991 -ci ildə "Srvena Zvezdanın heyətində Avropa Çempionlar Kubokunu qazanıb və karyerasının böyük hissəsini İtaliya A Seriyasında oynayıb, "Roma", "Sampdoriya", "Latsio" və "İnter" klublarında toplam 353 oyun keçirib və sonuncu iki klubla liqa çempionu olub. Bir çoxları tərəfindən bütün zamanların ən yaxşı cərimə zərbəsi vuran oyunçuları arasında hesab edilən o, 28 qolla cərimə zərbələrindən İtaliya A Seriyasında ən çox qol vuran futbolçudur. O , 1991-ci ildən 2003-cü ilə qədər Yuqoslaviya yığmasında 63 oyun keçirib və 10 qol vurub, bunlardan 1991-ci ildə ilk dörd oyunu SFR Yuqoslaviyanı təmsil edib və 1998 FIFA Dünya Kuboku və UEFA Avro 2000 turnirlərində oynayıb. Mixayloviç 2006-cı ildə karyerasını bitirərək "İnter"də baş məşqçinin köməkçisi olub. O, 2008-ci ildən 2022-ci ilə qədər "Bolonya" ilə başlayan və bitirən, həmçinin "Fiorentina", "Torino" və "Milan" klublarıda daxil olmaqla altı A Seriyası klubunu idarə edib.
Sosiska
Sosis (fr. Saucisse) — tərkibində ət və müxtəlif ədviyyatların olduğu, bəzən çiy, bəzən də bişirilərək yeyilən məmulat. Tərkibində ədviyyat olduğu üçün ilk olaraq Orta Şərq və Çində hazırlandığı düşünülür. Ət mədəniyyəti yayılan hər bölgədə buna bənzər yeməklər görmək mümkündür. e.ə 500-cü illərin Çin və Yunan mənbələrində sosiska haqqında qeydlər mövcuddur. == Tarixi == İlk sosisi 13 noyabr 1805-ci ildə Frankfurtdan Vyanaya köçmüş alman qəssab İohan Laner kəşf etmişdir. Sosisi kimlərin ixtira etdiyi barədə Frankfurt və Vyana şəhərləri arasında mübahisə olmuşdur. Frankfurtda sosis orta əsrlərdən hazırlanırdı. Vyana sosislərində çağdaş resept olan mal əti və donuz ətinin qarışığı işlənir. Sosis Alman mətbəxinin əsas tərkib hissələrindəndir.
Hana Poniska
Hana Poniska (slovak. Hana Ponická; 15 iyul 1922 – 21 avqust 2007, Banska Bistritsa) – Slovak yazıçı, publisist, tərcüməçi, ictimai xadim, dissident. == Bioqrafiyası == Hana Poniska 1922-ci ildə anadan olub. 1944 Slovakiya milli qiyamında iştirak edir. 1948-1950-ci illərdə əri, şair Stefan Jari ilə birlikdə Romada yaşayır. Vətənə qayıtdıqdan sonra "Smena na nedeľu" jurnalının ədəbi redaktoru vəzifəsində çalışır. 1956-1977-ci illərdə Yazıçılar Birliyinin üzvü olur. 1968-ci ildə Varşava Paktı birliklərinin Çexoslovakiyaya hücumuna etiraz etdiyi üçün işindən qovulur. Daha sonra 1972-ci ildə Smena qəzetinin redaksiyasından çıxarılır. 1977-ci ildə Hana Poniska Çexoslovakiya Yazıçılar Birliyinin qurultayında müasir mədəniyyət siyasətini tənqid edəcək çıxına icazə verilimir, ancaq məruzəsi protokola daxil edilir.
I Kanişka
I Kanişka — 78-144-ci illərdə Kuşan imperiyasının xaqanı. == Həyatı == Kuşan dövləti, ən parlaq zamanını Kanişka dönəmində (78-144) yaşadı. Pişəvər şəhərinin səs-sorağı hər yana yayıldı. == I Kanişka və Hindistan mədəniyyəti == Maurilərin ardınca Kuşanlar sülaləsi (b.e-nın I-III əsrləri) qədim Hindistanın tərəqqisini yüksəklərə qaldırdı. Xüsusilə, Kanişkinin hakimiyyəti dövrü (b.e. 78-144) buraya aid edilir. B.e-nın I-III əsrlərində handhar incəsənət məktəbi mühüm yer tutdu. Bu məktəbdə Şimali Hindistan, Orta Asiya, Yunan-Roma məktəbinin ənənələri üstünlük təşkil edirdi. Bu məktəbin özüməxsusluğu Buddanın ideallaşdırılmış gözəl insan obrazında antropomorf təsvirdə verilməsi ilə izah edilir.
Mimosa sirissa
Albizia lebbeck (lat. Albizia lebbeck) — bitkilər aləminin paxlaçiçəklilər dəstəsinin paxlakimilər fəsiləsinin güləbrişin cinsinə aid bitki növü. == Sinonimləri == Acacia lebbeck (L.) Willd. Acacia macrophylla Bunge Acacia speciosa (Jacq.) Willd. Albizia latifolia B. Boivin Feuilleea lebbeck (L.) Kuntze Inga borbonica Hassk. Inga leucoxylon Hassk. Mimosa lebbeck L. Mimosa lebbek L. (orth.var.) Mimosa sirissa Roxb. Mimosa speciosa Jacq. Pithecellobium splitgerberianum Miq.
Nataliya Sinişin
Nataliya İqorevna Sinişina (3 iyul 1985, Sosnovka[d], Lvov vilayəti) — 2005–2014-cü illərdə Ukraynanı, 2014–2017-ci illərdə isə Azərbaycanı təmsil edən qadın güləşçi. Nataliya Sinişin 2016-cı ildə Braziliyanın Rio-de-Janeyro şəhərinin ev sahibliyində baş tutan XXXI Yay Olimpiya Oyunlarında bürünc medal medala sahib olub. Nataliya Sinişin həmçinin 2006-cı ildə Çində, 2007-ci ildə isə Azərbaycanda baş tutan Dünya Çempionatlarının bürünc medallarına sahib olub. Nataliya Sinişin həmçinin üç dəfə — 2009, 2012 və 2016-cı illərdə Avropa Çempionatlarının qalibi olub. 2015-ci ildə Azərbaycanda I Avropa Oyunlarının bürünc medalına sahib olan Natali Sinişin həm də 2017-ci ildə İslam Həmrəyliyi Oyunlarının da gümüş medalına sahib olub. Nataliya Sinişib Azərbaycan idmanında xidmətlərinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 29 iyun 2015-ci il tarixli Sərəncamına əsasən "Tərəqqi" medalı ilə, 22 avqust 2016-cı il tarixli Sərəncamına əsasən isə Azərbaycan Prezidentinin fəxri diplomu ilə təltif edilib. == Həyatı == Nataliya Sinişin 1985-ci il iyulun 3-də Lvov şəhərində anadan olub. 1998-ci ildən güləşlə məşğul olur. Ali təhsilini Odessa şəhərində Milli Pedaqoji Univeirsitetdə alıb. Nataliya Sinişin 2013-cü ildə Gürcüstan güləşçisi Malxaz Kurdiani ilə evləndi.
Amelanchier sinica
Amelanchier sinica (lat. Amelanchier sinica) — bitkilər aləminin gülçiçəklilər dəstəsinin gülçiçəyikimilər fəsiləsinin i̇rqa cinsinə aid bitki növü.
Caragana sinica
Caragana sinica (lat. Caragana sinica) — paxlakimilər fəsiləsinin xostək cinsinə aid bitki növü.
Emilia sinica
Emilia sonchifolia (lat. Emilia sonchifolia) — mürəkkəbçiçəklilər fəsiləsinin emilia cinsinə aid biki növü. == Sinonim == Cacalia sonchifolia Hort ex L. Crassocephalum sonchifolium (L.) Less. Emilia javanica (Burm.f.) C.B.Rob. Emilia marivelensis Elmer Emilia purpurea Cass. Emilia rigidula DC. Emilia sinica Miq. Emilia sonchifolia var. sonchifolia Gynura ecalyculata DC. Senecio sonchifolius (L.) Moench Senecio sonchifolius var. bogorensis Hochr. Senecio sonchifolius var.
Minika GO
Minika GO - 20 yanvar 2012-ci il tarixində Turkuvaz Medya Grubunun nəzdində yaradılmış bir uşaq kanalıdır. Qardaş kanalı Minika Çocukdur. Köhnə adı Minika. Kanalın yaş həddi 7-14 yaş arasındadır. Kanal loqosunu 1 fevral 2020-ci ildə dəyişdirdi.
Salvia sinica
Salvia sinica (lat. Salvia sinica) — dalamazkimilər fəsiləsinin adaçayı cinsinə aid bitki növü.
Stephania sinica
Çin stefaniyası (lat. Stephania sinica) — bitkilər aləminin qaymaqçiçəklilər dəstəsinin menispermaceae fəsiləsinin stefaniya cinsinə aid bitki növü.
Kruqlaya Şişka
Kruqlaya Şişka — İrəvan quberniyasının Aleksandropol qəzasında, indi Kalinino rayonunda kənd.
Nişka-Banya
Nişka-Banya (serb. Ни́шка Ба́ња/Niška Banja) — Serbiyada, Niş şəhəri yaxınlığında yerləşən şəhər, kurort. Eyni adlı Nişka-Banya icmasının mərkəzi. 2011-ci ilin siyahıya alınmasına görə şəhərin əhalisi 4180 nəfərdir. == Ümumi məlumat == Nişka-Banya şəhəri Niş şəhərindən, Niş-Sofiya avtomaqistraldan 9 km cənubda yerləşir. Şəhər Suva Planina dağlarının ətəyindədir. Şəhərə ən yaxın hava limanı — Niş Hava Limanıdır. Ölkə paytaxtı Belqraddan şəhəri 250 km-lik məsafə ayırır. Şəhərin dəniz səviyəsindən orta hündürlüyü 248 metrdir. İlk dəfə şəhər haqqında 448-ci ildə məlumat verilmiş.