Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Gümüşan
Gümüşan (türkm. Kümüş depe) — İranın Gülüstan ostanının şəhərlərindəndir. Həm də Gümüşan şəhristanının mərkəzidir. 2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhərin əhalisi 15,639 nəfər və 3,236 ailədən ibarət idi.Əhalisinin əksəriyyəti türkmənlərdən ibarətdir və türkmən dilində danışırlar.
Türban
Çalma və ya türban – Şimali Afrika, Ərəbistan yarımadası, Hindistan və Asiyanın bəzi digər bölgələrində geniş yayılmış kişi baş örtüyü. Onun hazırlanması üçün 6-8 metr parça lazımdır. Bəzi növlərinin hazırlanması üçün 20 metrədək parçadan istifadə edilir. Adətən, fəs, yaxud araqçının üstündən dolayırdılar. Tipik İran geyimi olan türban hələ e.ə. 6—5 əsrlərdə Midiyada geniş yayılmışdı. Çalmanı başa bağlanmış yaylıq, fəs və ya araxçına sarıyırlar. Bəzi regionlarda çalma başda xüsusi sancaqlarla bərkidilir.
Tuman
Tuman — alt geyimi. Həmçinin bu mənalara gələ bilər: Tuman (Özbəkistan) — Özbəkistanda inzibati ərazi vahidi.
Gümüşan şəhristanı
Gümüşan şəhristanı (fars. شهرستان گمیشان‎) — İranın Gülüstan ostanınında yerləşən şəhristan. Şəhristanın inzibati mərkəzi Gümüşan şəhəridir. 2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhristanın əhalisi 61,982 nəfərdən ibarət idi.
Liu Tucuan
Liu Tucuan (bilinmir – 385) — Tiefu konfederasiyasının şərqdəki V başçısı. Atası Liu Luqu idi. 384-cü ildə qardaşının varisi olaraq hakimiyyətə gəlmişdi. Lakin qardaşı oğlu Liu Hsianın üsyanı ilə qarşılaşdı və sonrakı il öldürüldü. == Ailəsi == Liu Luqunun kiçik oğlu idi. Qızı Hsüanmu (ö. 409) Toba Qui ilə evlənmişdi. Oğlu Liu Laoçen Toba Quiyə təslim olmuşdu.
Turban (şəhər)
Turbat — Pakistanın Bəlucistan əyalətində şəhər.Keç çayı üzərində yerləşir.Bəlucistan əyalətinin 2-ci (Kvettadan sonra), Pakistanın isə 38-ci böyük şəhəridir.Bəlucistan əyalətinin cənubundakı ən böyük şəhərdir.Əhalisi təxm. 213 min nəfərdir.
Tumua Anae
Tumua Anae (d. 16 sentyabr 1988) — Birləşmiş Ştatları təmsil edən su poloçusu. == Karyerası == Tumua Anae, ABŞ yığmasının heyətində 2012-ci ildə Birləşmiş Krallığın London şəhərinin ev sahibliyində baş tutan XXX Yay Olimpiya Oyunlarında mübarizə apardı. Final görüşündə İspaniya yığmasını 8:5 hesabı ilə məğlub edən ABŞ yığması, London Olimpiadasının qızıl medalına sahib oldu.
Çit tuman
Çit tuman — Azərbaycanın milli rəqsi. Çit tuman qrup halında ifa olunan mahnı və rəqsdir. Onu qadınlardan, çox vaxt cavan qadınlardan ibarət olan bir qrup oynajır. Rəqsin qəti müəyyənləşdirilmiş quruluş və ya şəkili olmayıb, hərə öz bacarığına görə oynamağa çalışıb, lakin hərəkətlərin xarakteri hamıda təqribən eyni olub. Rəqs XX əsrin ikinci yarısında Naxçıvanda yaranıb və yaxın vaxtlara qədər burada ifa edilib. İndi bu rəqs barəsində yalnız arabir eşitmək olur.
Tuman (dəqiqləşdirmə)
Tuman — alt geyimi. Həmçinin bu mənalara gələ bilər: Tuman (Özbəkistan) — Özbəkistanda inzibati ərazi vahidi.
Bima-Sumban xalqları
Bima-Sumban xalqları - Şərqi İndoneziyada, Kiçik Zond adalarında (Qərbu Nusa-Tenqqara və Şərqi Nusa-Tenqqara əyalətləri) yaşayan Avstroneziya xalqları qrupu: bimalar Sumbava adasının şərqində (586 min nəfər, 2000), manqqarailər (586 min nəfər), endelər (120 min nəfər), nqadalar (70 min nəfər), nagelər və keolar (114 min nəfər) liolar (179 min nəfər) və b. Flores adasının qərbində:sumbalar (kamberalar, lauralar, mamborular, kodilər və başqaları da daxil olmaqla 235 min nəfər, Sumba adasında; havular (savular: 115 min nəfər) Savu adasında yaşayırlar. Ümumi sayları 2 milyon nəfərdən çoxdur. == Dilləri və dinləri == Bima-Sumban xalqlarının təqribən 20 dili Avstroneziya dillərinin Mərkəzi Malayya-Polineziya qolunun Bima-Sumban qrupunu təşkil edir. Onların antropoloji tipində protoavstraliya substratının və Cənubi Asiya komponentlərinin izləri müşahidə olunur. Manddarailər və xüsusilə bimalar arasında müsəlmanlar; simbalar, nqadalar, liolar, naqelər, keolar və endelər arasında xristianlar; havular arasında isə ənənəvi etiqadlarını saxlayanlar üstünlük təşkil edirlər. == Əsas məşğuliyyətləri == Əsas ənənəvi məşğuliyyətləri toxa əkinçiliyidir. Əsasən çəltik və digər dənli bitkilər becərirlər. (onların Qərbi İndoneziyadan gətirildiyi ehtimal olunur). Ənənəvi yerli bitkilər köküyumrulardır (yams, taro, maniok).