Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Akrilat turşusu
Akril turşusu (СН2=СН–СООН, Propen turşusu və ya Etilkarbonal turşusu) — doymamış alifatik sırası turşuların ilk nümayəndəsidir. == Fiziki xassələri == Akril turşusu kəskin iyli, boğucu maye olub, qatı rəngə malikdir. Suda, dietil efirində, etil spirtində, benzolda və xloroformda yaxşı həll olur. Akril turşusu saxlanıldıqda asanlıqla polimerləşir, onun polimerləşməsinin qarşısını almaq üçün inhibitorlardan istifadə edilir. inhibitor olaraq hidroxinon əlavə etməklə akril turşusunu uzun müddət saxlamaq olur. == Kimyəvi xassələri == Akril turşusunun kimyəvi xassələri karbon turşusunun kimyəvi xassələrinin analoqudur, yəni, eynisidir. Akril turşusu polimerləşmə qabiliyyətinə malik olub irimolekullu birləşmələr əmələ gətirir. akril turşusu duzlar, xloranhidrid, anhidrid, mürəkkəb alkil və tsikloalkil efirləri və amidlər əmələ gətirir; Karbon turşularının daxilinə halogen daxil etməklə karbon turşularının qüvvetliliyini artırırlar; Aldehidlerin xarakterik reaksiyalarına daxil olmur. == Sintezi == Hal-hazırda akril turşusunu sintez etmək üçün parofazlı propilen ilə havanın oksigeninin oksidləşməsindən istifadə edilir: СН2=СН–СН3 + O2 → СН2=СН–СООН Əvvəllər reaksiyada asetilen, karbon 2-oksid və sudan istifadə edilirdi: СН≡СН + СО + Н2О → СН2=СН–СООН və ya keten ilə formaldehid: СН2=С=О + H2C=O → СН2=СН–СООН == Tətbiqi == Akril turşusu və onun mürəkkəb efirləri akril liflərinin, lak örtüklərinin, yapışqanların, boyaların, toxuculuq üçün köməkçi materialların istehsalında, kağız və dəri sənayesində tətbiq olunur . Akril turşusu hazırda sənayenin ən mühüm monomerlərindən biridir.
Krivan dağı
Krivan (slovak. Kriváň, pol. Krywań) — Slovakiya ərazisində yerləşən, Yüksək Tatra dağlarının ən yüksək zirvələrindən biri. Zirvə ümumən Karpat dağlarına aiddir. Krivan 200 ildir Slovakiyanın simvolu və milli qürur mənbəyidir. 2009-cu ildən dövrüyyədə olan ölkənin 1, 2 və 5 qəpiklərinin üzərində Krivan dağı təsvir olunmuş. == Adın mənası == İlk dəfə Krivan adına 1639-cu ildə rast gəlinir. Sözün kökü kriv olub əyri, çevrilmiş mənası verir. == Coğrafiyası == Dəniz səviyyəsindən hündürlüyü - 2494 metrdir. Üç Stydniçki qəsəbəsindən hündürlük - 1353 metrdir.
Kriva Palanka
Kriva Palanka — Şimali Makedoniyanın şərqində, Bolqarıstan sərhəddindən təxminən 5 km uzaqlıqda, Kriva Palanka bələdiyyəsinin mərkəzi olan şəhərdir. Əhalisi 14558 nəfərdir. Kriva Palanka şəhəri 21,000 əhalisi olan Kriva Palanka Bələdiyyəsinin ərazisində yerləşir.Şəhər respublikanın şimal-şərqində, Osogovo dağ silsiləsindən bir qədər uzaqda, Kriva çayının hər iki sahilində yerləşir. Şəhər Kumanovo şəhərindən 60 km, ölkənin paytaxtı Skopye şəhərindən isə 100 km məsafədə yerləşir. Çayın kənarında yerləşən şəhərin adı, Osmanlı İmperiyası dövründə "Eğri-Dərə" (əyri çay), sonralar isə "Eğri-Palanka" adlanıb. == Tarixi == Kriva Palanka ölkənin "ən gənc" şəhərlərindən biridir. Şəhər 1633-cü ildə Bayram Paşanın göstərişi ilə türklər tərəfindən qurulmuşdur. 20-ci əsrin əvvəllərində şəhərin çoxmillətli əhalisi var idi: 1900-cü ildə Vasil Kançevin "Makedoniya. Etnoqrafiya və statistika" kitabında şəhərdə 1,5 min xristian bolqar, 2,5 min türk, 20 Vlax və 320 qaraçı yaşadığı göstərilir. 1905-ci ildə şəhərin 1364 sakini Bolqar Ekzarxlığı kilsəsinin parishionları idi.