Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Köynək
Köynək — bədənin yuxarı hissəsinə geyinilən qollu və ya yarım qollu, yaxalı paltar. Köynək yaxasının altından qalstukla geyilə bilər. == Tarixi == Köynək XX əsrə qədər yalnız kişilərin alt paltarında geyə biləcəyi geyim idi. Qadın geyimi kişilərlə yaxından əlaqəli olsa da, müasir köynəyə çevrilən kişi geyimi idi. Orta əsrlərdə adi geyimlərin altında geyinilən düz, boyanmamış paltar idi. Orta əsr sənət əsərlərində köynəklər yalnız çobanlar, məhkumlar və tövbə edənlər kimi təvazökar obrazlarda görünür. XVII əsrdə bu gün də geyilən köynəklərinin nümayişinə icazə verildi. XVIII əsrdə kişilər paltar əvəzinə uzun köynək geyinirdilər. XVIII əsr kostyum tarixçisi Cozef Strut yataq üçün köynək geyinməyən kişilərin ədəbsiz olduğuna inanırdı. Hələ 1879-cu ildə üstündə heç bir şey olmayan köynək qeyri- etik sayılırdı.
Haynea edulis
Pacourina (lat. Pacourina) — astraçiçəklilər sırasının mürəkkəbçiçəklilər fəsiləsinə aid biki cinsi. == Növləri == Pacourina edulis Aubl.Sinonim Acilepis cirsiifolia Spreng. Calea sessiliflora Stokes [Illegitimate] Haynea edulis (Aubl.) Willd. [Illegitimate] Pacourina cirsiifolia Kunth Pacourina edulis var. edulis Pacourina edulis var. spinosissima Britton Pacourinopsis dentata Cass. [Illegitimate] Pacourinopsis integrifolia Cass. Vernonia cirsiifolia Steud. Vernonia edulis (Aubl.) Steud.
Raynek burqqraflığı
Raynek burqqraflığı (alm. Burggrafschaft Rheineck‎) — Müqəddəs Roma İmperiyasına daxil olan feodal qurumlardan biri idi. 1794-cü ildə burqqraflıq 165 hektar ərazini əhatə edirdi və 100-ə yaxın əhalisi var idi. == Tarixi == Raynek qalası 11-ci əsrdə Pfals hakimləri tərəfindən tikilmiş Reyn çayın sahilindəki bir təpənin üstündə yerləşən bir qala idi (indiki Bad Brayziq, Reynland-Pfalts). XII əsrdə Salm qrafı Otto fon Salm ilk dəfə özünü Raynek qrafı adlandırmışdı. 1150-ci ildə Otto döyüşdə öldürüləndən sonra qala 1151-ci ildə imperator Barbarossanın əmri ilə dağıdıldı. Strateji cəhətdən yaxşı yerləşən qala Köln arxiyepiskopu tərəfindən tezliklə yenidən quruldu. Qala, ehtimal ki, 1180-ci ildə Ulmen cəngavərlər ailəsinə verildi və tezliklə bu ailə fon Raynek adını aldı. 1539-cu ildə ailənin nəsli kəsildikdə, qala Varsberq baronlarına keçdi (1576-cı ildən burqqraflıq titulu aldılar), onlar da öz növbəsində qalanı 1654-cü ildə Avstriyanın Zinsendorf qraflarına satdılar. Reynek burqqrafları Reyxstaq knyazlarının imperiya şurasının Vestfaliya imperator qraflıqlar şurasında yer və səs hüququna malik idi və Kürreyn dairəsinə aid idi.
Çan Kayşek
Çan Kayşek (ing. Chiang Kai-shek, çin 蔣介石, pinyin 蒋介石; 31 oktyabr 1887 Çjetszyan əyaləti, Fınxua şəhəri — 5 aprel 1975, Taybey) — Çin hərbi və siyasi xadimi, 1925-ci ildən Çində xalq inqilabı nəticəsində devrilmiş (1949) Qomindan rejiminin başçısı, marşal, generalissimus. == Bioqrafiya == Çan Kayşi 31 oktyabr 1887-ci ildə Çjetszyan əyalətinin Fınxua şəhərində tacir ailəsində anadan olmuşdur. O, 1903-1906-cı illərdə Fınxuada yerləşən qəza məktəbində Avropa təhsili almışdır. 1906-cı ildə o, ilk dəfə Yaponiyaya getmiş və burada o, Sun Yatsenlə və onun əhatəsində olan inqilabçılarla tanış olmuşdur. 1907-1909-cu illərdə Baodin və Sinbu hərbi məktəblərini bitirdikdən sonra kadet rütbəsində hərbi xidmətə başlamışdır. 1915-1916-cı illərdə Çan Kayşi Şanxayda Yuan Şikay hakimiyyətinə qarşı silahlı çıxışlarda fəal iştirak edərək Sun Yatsenin yaxın silahdaşına çevrilmişdir. 1918-ci ildə o, inqilabi qüvvələrin mərkəzi olan Quançjouda əməliyyat ordusunun rəisi, daha sonra Qomindan ikinci birləşməsinin komandanı, 1923-cü ildə baş qərargah rəisi, 1924-cü ildə Quançjouda açılmış Vampu hərbi məktəbinin rəisi təyin olunmuşdur. Sun Yatsenin vəfatından (1925) sonra Çan Kayşi birinci milli inqilabi ordunun komandanı seçilərək Homindan partiyasının əsas fiquruna çevrilmiş, 1926-cı ildə Homindan partiyasının Mərkəzi İcra Komitəsinin üzvü seçılmışdı. 1926-1927-ci illərdə Şimal yürüşü zamanı Milli İnqilab Ordusunun baş komandanı idi.
Haynrih Hayne
Kristian İohan Henrix Heyne (alm. Christian Johann Heinrich Heine‎, transkripsiya: Kristian Yohan Haynrih Hayne; 13 dekabr 1797[…], Düsseldorf, Müqəddəs Roma imperiyası[…] – 17 fevral 1856[…], Paris, İkinci Fransa İmperiyası[…]) — XIX əsr alman şairi və jurnalisti. Heyne öz əsərləri ilə gündəlik alman dilini inkişaf etdirərək, onu lirik bir səviyyəyə çatdırmış, felyeton və səyahət xəbərlərini ədəbi şəkildə təsvir etməklə alman dilinin aydın və sadə şəkildə formalaşmasına töhfə vermişdir. Heyne dövründə tənqidçi, siyasi jurnalist, esseist, satirik və polemikaçı kimi də tanınırdı. Bu gün o, ən çox tərcümə olunan alman şairlərindən hesab edilir. == Uşaqlığı və təhsili == Heyne Düsseldorf şəhərində yəhudi tacir Samson Heynenin (1764 – 1828) və Betti Heynenin ilk övladı kimi dünyaya gəlmişdir. İlk təhsilini yerli katolik liseydə almış və burada da balaca Henricdə xristian dininəə rəğbət yaranmış və bu rəğbət onu bütün həyatı boyu izləmişdir. Fransızlarla müharibə zamanı böyük vətənpərvərlik ruhunda olan gənc Henrix Napoleonun məğlubiyyətindən sonra məyusluğa uğrayır, çünki müharibədən sonra onun vətənində qalib prussiyalıların feodal qayda-qanunlarını bərpa etməklə yanaşı, Napoleonun yəhudilərə verdiyi dini və digər azadlıqlar ləğv etmişdilər. Heynenin valideynləri oğullarını Napoleon ordusunun generalı kimi görmək istəsələr də, məğlubiyyətdən sonra onlar onun üçün tacir peşəsini seçirlər. 1816-cı ildə o milyonçu əmisi Solomon Heynenin yanına ticarət işini öyrənməyə yollanır.
Salma Hayek
Salma Hayek (isp. Salma Valgarma Hayek Jiménez-Pinault, ərəb. سلمى حايك‎; 2 sentyabr 1966[…]) — Meksika və Amerika kino aktrisası, rejissor və prodüserdir. == Həyatı == Salma Hayek 2 sentyabr 1966-cı ildə Meksikanın Verakruz ştatının Koatsakoalkos şəhərində doğulmuşdur. Onun anası ispan əsilli, atası isə livan əsillidir. Uşaqlıqda disleksiya xəstəliyinə tutulmuş və bu səbəbdən bir çox problemlər yaşayıb. Salma Hayek kino karyerasına Meksikada yayımlanan "Tereza" adlı telenovella ilə addım atmışdır. Daha sonra "Düşülən sevgi" filminə görə "Ariel Award" nominasiyasına layiq görülmüşdür. 1991-ci ildən başlayaraq Hollivud filmlərində iştirak edir və böyük şöhrətlər əldə edir. 9 mart 2007-ci ildə Hayek, fransız milyarder və Kering şirkətinin direktoru François-Henri Pinault ilə əlaqəli olduğunu və hamiləliyini təsdiqlədi.
Fridrix fon Hayek
Fridrix fon Hayek (ing. Friedrich August von Hayek; d. 8 may 1899, Vyana – ö. 23 mart 1992, Frayburq) — Avstriya iqtisad məktəbinin yetirməsi olan iqtisadçı və siyasətçi. Bazar iqtisadiyyatını XX əsrin ortalarından etibarən yüksələn sosialist hərəkatına qarşı müdafiə etməklə məşhurlaşmışdır. Eyni zamanda hüquq və epistemologiyaya da önəmli xidmətləri olmuşdur. 1974-cü ildə İqtisadiyyat üzrə Nobel mükafatını zidd düşüncəyə sahib olduğu Qunnar Myurdalla bölüşdü. == Həyatı == Təbiət üzrə elm xadimlərinin çoxluq təşkil etdiyi bir ailədə böyüməsinə baxmayaraq topçu zabiti olaraq iştirak etdiyi Birinci Dünya Müharibəsindən sonra sosial elmlərə istiqamətlənmişdir. Vyana Universitetində 1921-ci ildə hüquq, 1923-cü ildə isə siyasi elm üzrə doktorluq dərəcəsinə yüksəlmişdir. 1924-cü ildə ABŞ-dən geri döndükdən sonra sosializmə meyllənərkən Ludviq fon Misesin kitabından təsirlənmiş və düşüncəsini dəyişdirmişdir.