Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Milva Ekonomi
Milva Ekonomi (alb. Milva Ekonomi; 1962, Tirana) — Albaniya siyasətçisi, Albaniya sosialist partiyasının üzvü. 2016-cı ildən Albaniya iqtisadiyyat naziri. == Bioqrafiyası == Milva Ekonomi 1962-ci ildə Tiranada anadan olub. "Statistika və iqtisadiyyat" ixtisası üzrə Tirananın Kənd Təsərrüfatı universitetini bitirib. Tirana universitetində işgüzar inzibatçılıq üzrə magistr dərəcəsini alıb. 1994-dən 2005-ci ilədək Albaniyanın statistika institutunun direktoru idi. O, milli nomenaklatura komissiyasına başçılıq edib, iki müddət ərzində AİB/BMT Avropa Statistikləri Konfrans Bürosunun üzvü idi. 2006-cı ilin iyununda o, Tiranada iqtisadi və sosial məsələlər üzrə tədqiqat mərkəzini təsis etdi. O, 2007 və 2008-ci illərdə Kosovoda statistika layihəsi çərçivəsində yenidənqurma üzrə Avropa agentliyində işləyib.
Konstantin fon Ekonomo
Konstantin fon Ekonomo (21 avqust 1876, Breila — 21 oktyabr 1931, Vyana) — Yunanıstan mənşəli Avstriya nevroloqu. == Bioqrafiyası == Konstantin fon Ekonomo Rumıniyanın Breila şəhərində zəngin və zadəgan ailəsində anadan olmuşdur. Tezliklə ailəsi ilə birlikdə Avstriyanın Triest şəhərinə köçmüşdür. Onun uşaqlığını bu şəhərdə keçmişdir. 1893-cü ildə Vyana Politexnik Universitetinə daxil olmuş və mühəndislik fakultəsində təhsil almışdır. İki il sonra həkimliyi oxumağa başlamışdır. 1901-ci ildə Vyana Universitetinin tibbi fakultəsini bitirmişdir. 1900-cu ildən 1903-cü ilə qədər fizioloq Ziqmund Eksnerin assistenti olmuşdur. Münhendə Emil Krepelinadan dərs almışdır. 1906-cı ildən Vyanada psixiatriya kafedrasında Yulius Vaqner-Yaureqqin yanında assistent kimi çalışmışdır.
Ekoton
Ekoton — iki qonşu biosenoz arasında olan keçid hissə. == Ədəbiyyat == R.Ə.Əliyeva, Q.T.Mustafayev, S.R.Hacıyeva. “Ekologiyanın əsasları” (Ali məktəblər üçün dərslik). Bakı, “Bakı Universiteti” nəşriyyatı, 2006, s. 478 – 528.
Eponim
Eponim (q.yun. ἐπώνῠμος sözbəsöz "ad vermiş", lat. heros eponimus) — adından ümumi və ya xüsusi isimlər yaradılmış şəxs. == Terminin tarixi == === İlkin mənası === Eponim ilk öncə şərəfinə hansısa coğrafi obyekt (şəhər, çay, dağ və s.) adlandırılan tanrı, əfsanəvi qəhrəman və ya real şəxsə deyilirdi. Məsələn, rəvayətə görə, Bizantion şəhəri qədim yunan qəhrəmanı Bizas tərəfindən qurulmuşdur, hansı ki miflərdə Poseydon adlı tanrının oğlu idi. Beləliklə, Bizas Bizantionun eponimidir və həmçinin onun vasitəsi ilə Bizans İmperiyasının eponimidir. Kiyev şəhərinin eponimi əfsanəvi knyaz Kiydir. Kiyin qardaşlarından biri Şek Podol tərəfdə ucalan Şekavitsa dağının eponimidir, onların bacısı Lıbed isə Dneprin sağ qolu olan və indiki Kiyevin ərazisində axan Lıbed çayının eponimidir. Xalqlar və ya tayfaların adlarının kökləri da tez-tez əfsanəvi əcdadlara-eponimlərə qədər uzanır. Məsələn, latınlar tayfasının eponimi kimi mifik hökmdar Latin hesab olunur, hansının ki müxtəlif miflərə görə müxtəlif qədim tanrılar və qəhrəmanlarla qohumluq əlaqəsi olduğu qeyd olunur.
Monom
Birhədli - ədəd, dəyişənlər və ya onların müəyyən natural üstlü qüvvətlərinin hasilindən ibarət olan ifadəyə deyilir. Məsələn, 7 {\displaystyle 7} , a {\displaystyle a} , 3 x {\displaystyle 3x} , − 2 a 2 {\displaystyle -2a^{2}} , 1 3 x ∗ ( − 2 x y ) {\displaystyle {\frac {1}{3}}x*(-2xy)} , − 7 a 2 ∗ 0 , 4 b 3 c {\displaystyle -7a^{2}*0,4b^{3}c} ifadələri birhədlilərdir. Tərifə görə ədəd də, dəyişən də ayrılıqda birhədlidir. Məsələn, − 2 {\displaystyle -2} , 0 {\displaystyle 0} , a {\displaystyle a} , x {\displaystyle x} , y {\displaystyle y} , m {\displaystyle m} və s. də birhədlidir. Birinci vuruğu ədəd olmaqla, müxtəlif dəyişənlərin müəyyən qüvvətlərinin hasili şəklində yazılmış birhədliyə onun standart şəkli deyilir. 7 x 3 {\displaystyle 7x^{3}} , 0 , 3 a 4 b {\displaystyle 0,3a^{4}b} , 7 a b 4 c 2 {\displaystyle 7ab^{4}c^{2}} , 3 m 6 n 4 {\displaystyle 3m^{6}n^{4}} ifadələri standart şəkildə yazılmış birhədlilərdir. Vurmanın və qüvvətin xassələrindən istifadə etməklə istənilən birhədlini standart şəkildə yazmaq olar. Məsələn, ( 3 a 2 b ) 2 ∗ 5 a b 7 = 9 a 4 b 2 ∗ 5 a b 7 = ( 9 ∗ 5 ) ∗ ( a 4 ∗ a ) ∗ ( b 2 ∗ b 7 ) = 45 a 5 b 9 {\displaystyle (3a^{2}b)^{2}*5ab^{7}=9a^{4}b^{2}*5ab^{7}=(9*5)*(a^{4}*a)*(b^{2}*b^{7})=45a^{5}b^{9}} , ( a 3 b 4 ) 7 ∗ ( 2 c 9 b 3 ) 2 = a 21 b 28 ∗ 4 c 18 b 6 = 4 a 21 b 34 c 18 {\displaystyle (a^{3}b^{4})^{7}*(2c^{9}b^{3})^{2}=a^{21}b^{28}*4c^{18}b^{6}=4a^{21}b^{34}c^{18}} , ( 3 a 4 b 2 ) 3 ∗ 1 3 a b 4 c 3 = 27 a 12 b 6 ∗ 1 3 a b 4 c 3 = 9 a 13 b 10 c 3 {\displaystyle (3a^{4}b^{2})^{3}*{\frac {1}{3}}ab^{4}c^{3}=27a^{12}b^{6}*{\frac {1}{3}}ab^{4}c^{3}=9a^{13}b^{10}c^{3}} və s. Standart şəkildə yazılmış birhədlinin ədədi vuruğu birhədlinin əmsalı, birhədlinin dəyişənlərinin qüvvət üstlərinin cəminə birhədlinin qüvvəti(dərəcəsi) deyilir: 45 a 5 b 9 {\displaystyle 45a^{5}b^{9}} birhədlisinin əmsalı 45, dərəcəsi 5+9=14; 4 a 21 b 34 c 18 {\displaystyle 4a^{21}b^{34}c^{18}} birhədlisinin əmsalı 4, dərəcəsi 21+34+18=73; 9 a 13 b 10 c 3 {\displaystyle 9a^{13}b^{10}c^{3}} birhədlisinin əmsalı 9, dərəcəsi 13+10+3=26; − 0 , 7 a 8 b {\displaystyle -0,7a^{8}b} birhədlisinin əmsalı -0,7, dərəcəsi 8+1=9-dur.Dəyişən iştirak etməyən, məsələn, − 7 {\displaystyle -7} , 1 7 {\displaystyle {\frac {1}{7}}} , 5 {\displaystyle 5} kimi birhədlilərin dərəcəsi 0 {\displaystyle 0} -ra bərabərdir.
Azərbaycan (ekzonim)
Azərbaycan — müxtəlif dövrlərdə müxtəlif ərazilər üçün və hal-hazırda müasir Azərbaycan Respublikası üçün istifadə edilən toponim. == Etimologiya == "Azərbaycan" toponimi parf və ya orta dövr fars dilində, Atropatena adlı qədim dövlətin adı olan Aturpatakandan (Āturpātakān) əmələ gəlmişdir. Makedoniyalı İsgəndərin işğalından sonra Əhəmənilər imperiyasının Midiya satrapı Atropatın öz çarlığının əsasını qoyduğu Midiyanın şimalı Atropat Midiyası və ya sadəcə Atropatena adlandırılır. Qədim müəlliflər həmçinin Atropatena üçün Kiçik Midiya adını istifadə edirlər. "Aturpatkan" toponimindən orta dövr fars dili toponimi "Adərbadqan" (fars. Âzarâbâdagân‎) vasitəsilə "Azərbaycan" toponimi ortaya çıxır. Bu ərazinin sakinləri irandilli midiyalılar idi. Midiya Atropatenası coğrafi olaraq böyük hissəsi Cənubi Azərbaycanı və həmçinin Araz sərhəd olmaqla Azərbaycan Respublikasının cənub-şərqini əhatə edirdi. Ancaq eramızdan əvvəl II əsrin əvvəllərində Atropatenanın siyasi gücü Azərbaycan Respublikasında yerləşən Naxçıvana qədər yayılmışdı.Orta əsr ərəb coğrafişünasları ekzonimi fərqli şəkildə, şəxs adı Adarbadordan xalq etimologiyasının nəticəsi kimi əmələ gəlmiş olaraq şərh ediblər. Adarbador atəş məbədi və ya atəş mühafizəçisi (adar — atəş, baykan — mühafizəçi) deməkdir.
Kondom (rayon)
Kondom (fr. Condom) — Fransanın Cənub-Pireney regionun rayonlarından (fr. Arrondissement) biri. Departamenti — Jer. Suprefektura — Kondom. Rayon əhalisi 2006-cı ildə 63 872 nəfər təşkil edirdi. Əhalinin sıxlığı — 26 nəf / km². Rayon sahəsi — 2437 km².
Konor Makqreqor
Konor Entoni Makqreqor (irl. Conchúr Antóin Mac Gréagóir; d. 14 iyul, 1988) — İrlandiyalı Qarışıq döyüş növləri döyüşçüsü və boksçu. Keçmiş Qəfəs döyüşləri yarım-yüngül və yüngül çəki çempionu. 2013-cü ildə qəfəs döyüşlərinin təşkilatçılığı altında yarım-yüngül və yüngül çəkidə çempionu olarkən UFC ilə razılaşır. 2015-ci ilin dekabr ayında yarım-yüngül çəki çempionu Xose Aldonu 53saniyədə nokaut edərək UFC yarım-yüngül çəki çempionu olur. Bu qalibiyyətlə o, UFC döyüş tarixində ən sürətli nokaut olaraq tarixə keçir. 2016-cı ilin noyabr ayında yüngül çəki çempionu olan Eddi Alvarezi məğlub edir və UFC tarixində eyni anda 2 fərqli çəkidə çempion olan ilk döyüşçü olaraq bir ilkə imza atır. 2017-ci ildə professional boks karyerasının ilk döyüşündə Floyd Meyvezer ilə qarşı-qarşıya gəlir və döyüşü məğlub olaraq bitirir. Bu döyüşdən Makqreqor, yayım hüquqlarından 4,3 milyon əldə edərək Şimali Amerikada ikinci ən yüksək satış rəqəminə çatır.
Bernard Martin (ekoloq)
Martin Bernard (ing. Bernard Martin) — Kanadalı balıqçı və ekoloq. 1999-cu ildə Ətraf Mühitin Mühafizəsi üzrə Qoldman mükafatına layiq görülüb. == Bioqrafiya == Martin Nyufaundlend ştatının Petti Harbor Maddox Kouv şəhərində balıqçı ailəsində anadan olub. Ailəsi artıq dörd nəsildir ki, treska ovu ilə məşğul olmağa davam edir. == Treska ovuna qoyulan moratorium == Treska ovu uzun əsrlər boyu Nyufaundlenddə həyat tərzi olmuşdur, lakin İkinci Dünya müharibəsindən sonra sənaye həddən artıq balıq ovu və ətraf mühitin deqradasiyası balıqçılıq sahəsinə ciddi ziyan vurur. Nəticədə treska balıqlarının sayı kəskin şəkildə azalır. Martin və digər balıqçılar ovların azaldığını görür və vəziyyətlə bağlı hökuməti xəbərdar edirlər. Onlar ümid edirlər ki, treska ovu kvotalarının azaldılması ovların azalmasının qarşısını almağa kömək edəcək. Onlar Petti Harbor Maddox Kouv şəhəri ətrafında qorunan balıqçılıq ərazisi qururlar və 1983-cü ildə treska balıqlarının kommersiya ovlanmasına nəzarət etmək üçün Balıqçılar Kooperativini təşkil edirlər.
Jiar nad Hronom
Jiar nad Hronom (slovak. Žiar nad Hronom, 1955-ci ilə kimi Svätý Kríž [nad Hronom], alm. Heiligenkreuz [an der Gran]‎, mac. Garamszentkereszt) — Slovakiyada şəhər. Qron çayının sahilində, Vtaçnik və Ştyavnitske Vrhi dağ massivlərinin yamaclarında yerləşir. Əhalisi 20 min nəfərə yaxındır. == Əhali == 2001-ci ilə əsasən, şəhərdə 19.945 nəfər yaşayırdı. Etnik mənsubiyyətinə görə: 94,27 % Slovaklar 1,97 % Qaraçılar 0,95 % Çexlər 0,69 % MacarlarDini mənsubiyyətinə görə: 62,07 % roma-katolikləri 25,54 % ateistlər 3,19 % yevangelistlər === Jiar nad Hronomun bələdiyyə başçıları === Marián Futák - iqtisadçı Jaroslav Cíger - baytar həkim Márius Hrmo - vəkil Ivan Černaj - fərdi sahibkar Peter Antal == Təhsil == Jiarda 4 ibtidai və bir neçə əsas məktəb fəaliyyət göstərir. === İbtidai məktəblərin siyahısı === I ibtidai məktəb II ibtidai məktəb IV ibtidai məktəb Štefan Moyses kilsə məktəbi === Orta məktəblərin siytahısı === Milan Rúfus adına gimnaziya, Ul.
Kondom-d’Obrak
Kondom-d’Obrak (fr. Condom-d'Aubrac, oks. Condom d'Aubrac) — Fransada kommuna, Cənub-Pireneylər regionunda yerləşir. Departament — Averon. Sen-Şeli-d’Obrak kantonuna daxildir. Kommunanın dairəsi — Rodez. INSEE kodu — 12074. Kommuna təxminən Parisdən 480 km cənubda, Tuluza şəhərindən 160 km şimal-şərqdə, Rodezdən isə 37 km şimal-şərqdə yerləşir. == Əhalisi == 2008-ci ildə əhalinin sayı 319 nəfər təşkil edirdi. == İqtisadiyyatı == 2007-ci ildə əmək qabiliyyətli 176 nəfər arasında (15–64 yaş) 130 nəfər iqtisadi cəhətdən fəal, 46 nəfər hərəkətsiz (fəaliyyət göstərici 73,9%, 1999-cu ildə 72,1%) idi.
Kazuhisa Kono
Kazuhisa Kono (d. 30 dekabr 1950) — keçmiş Yaponiya futbolçusu. == Milli komanda karyerası == Yaponiya milli komandasının heyətində 1 oyun keçirib.
Kono Bayrey
Kono Bayrey (yap. 幸野 楳嶺; 20 aprel 1844, Kioto – 2 fevral 1895) — yapon rəssam, kitab illüstratoru və incəsənət müəllimi. O Yasuda Bairei kimi anadan olub və Kyotoda yaşayıb. O, Ukiyo-e məktəbinin üzvü idi və Yaponiyanın Meiji dövründə kacho-e rəssamlığının ustası idi.
Kono Yasui
Kono Yasui (保井 コノ, Yasui Kono, 16 fevral 1880, Kaqava – 24 mart 1971, Bunkyo) – Yaponiya bioloqu və sitoloqu. O, Yaponiyada elm üzrə doktorat dərəcəsi əldə etmiş ilk qadındır. == Həyatı == Kono Yasui 16 fevral 1880-ci ildə Yaponiyanın Kaqava prefekturasında doğulmuşdur. Kaqava Normal Məktəbinin qadınlar bölməsində təhsil almış, 1898-ci ildə Tokio Qadınlar Ali Normal Məktəbinə daxil olmuşdur. 1902-ci ildə məzun olduqdan sonra Gifu Qızlar Liseyində, 1904-cü ildə Kanda Qızlar Məktəbində müəllim kimi işləməyə başlamışdır. 1905-ci ildə Tokio Qadınlar Ali Normal Məktəbinin yeganə elmi tədqiqat üzrə tələbəsi olmuş, zoologiya və botanika sahələrində ixtisaslaşmışdır. Onun tərəfindən 1905-ci ildə yazılmış "Karp balığında Veber orqanı" məqaləsi "Zoological Science" jurnalında qadın müəllifə aid ilk məqalə olmuşdur.Yasui 1906-cı ildə botanika və sitologiya sahələrində araşdırmalar aparmağa başlamışdır. Salvinia natans adlı qıjı növünün ziqotunu araşdırmış və nəticələri "Journal of Plant Science" jurnalında nəşr olunmuşdur. Digər tədqiqatları Böyük Britaniyanın "Annals of Botany" jurnalında yayımlanmış və işi xarici jurnalda yayımlanmış ilk yapon qadın olmuşdur. 1914-cü ildə təhsil almaq məqsədilə əvvəlcə Almaniyaya, daha sonra ABŞ-yə getmiş və Çikaqo Universitetində sitologiya araşdırmaları aparmışdır.
Kono Subarashii Sekai ni Shukufuku wo!
KonoSuba: God's Blessing on this Wonderful World! (azərb. KonoSuba: Tanrının bu möhtəşəm dünyaya lütfü!‎), Yaponiyada tanınan adı ilə Kono Subarashii Sekai ni Shukufuku wo! (この素晴らしい世界に祝福を!, Kono Subarashii Sekai ni Shukufuku wo!, azərb. Bu möhtəşəm dünyaya xeyir-dua ver!‎) və ya qısaca KonoSuba — Natsume Akatsuki tərəfindən yaradılmış və yazılmış komediya roman seriyası. Roman seriyası Kazuma Sato adlı oğlanın öldükdən sonra fentezi dünyasına düşməsindən, bu dünyada bir ilahə, bir sehrbaz və bir səlibçi ilə ittifaq yaradıb bədheybətlərə qarşı döyüşməsindən bəhs edir. Əsər ilk öncə veb-roman şəklində 2012-ci ilin dekabrından 2013-cü ilin oktyabrına qədər Shōsetsuka ni Narō veb-roman saytında yayımlanmışdır. Veb-roman daha sonra Kurone Mişimanın rəssamlığı ilə ranobe şəklinə salınmış və 2013-cü ilin oktyabrında Kadokawa Shoten nəşriyyatının Kadokawa Sneaker Bunko imprinti altında nəşr olunmağa başlamışdır. Masahito Vatanarinin rəssamlığı ilə hazırlanan manqa adaptasiyası Fujimi Shobo nəşriyyatının "Monthly Dragon Age" jurnalında 2014-cü ilin oktyabrından nəşr olunur. 2015-ci ilin martında HobiRecords tərəfindən Drama CD buraxılmışdır.
Kono Subarashii Sekai ni Shukufuku o! Kurenai Densetsu
KonoSuba: God's Blessing on this Wonderful World! (azərb. KonoSuba: Tanrının bu möhtəşəm dünyaya lütfü!‎), Yaponiyada tanınan adı ilə Kono Subarashii Sekai ni Shukufuku wo! (この素晴らしい世界に祝福を!, Kono Subarashii Sekai ni Shukufuku wo!, azərb. Bu möhtəşəm dünyaya xeyir-dua ver!‎) və ya qısaca KonoSuba — Natsume Akatsuki tərəfindən yaradılmış və yazılmış komediya roman seriyası. Roman seriyası Kazuma Sato adlı oğlanın öldükdən sonra fentezi dünyasına düşməsindən, bu dünyada bir ilahə, bir sehrbaz və bir səlibçi ilə ittifaq yaradıb bədheybətlərə qarşı döyüşməsindən bəhs edir. Əsər ilk öncə veb-roman şəklində 2012-ci ilin dekabrından 2013-cü ilin oktyabrına qədər Shōsetsuka ni Narō veb-roman saytında yayımlanmışdır. Veb-roman daha sonra Kurone Mişimanın rəssamlığı ilə ranobe şəklinə salınmış və 2013-cü ilin oktyabrında Kadokawa Shoten nəşriyyatının Kadokawa Sneaker Bunko imprinti altında nəşr olunmağa başlamışdır. Masahito Vatanarinin rəssamlığı ilə hazırlanan manqa adaptasiyası Fujimi Shobo nəşriyyatının "Monthly Dragon Age" jurnalında 2014-cü ilin oktyabrından nəşr olunur. 2015-ci ilin martında HobiRecords tərəfindən Drama CD buraxılmışdır.