Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Ağızdan alov çıxarma
Ağızdan alov çıxarma - alov üzərində tez alışan maddə tökməklə yaranan şou xarakterli hərəkət. Alov adətən düz istiqamətdə və ya qol boyu çıxarılır. Ağızdan alov çıxarma sənətinin Hindistanda yarandığı ehtimal olunur.
Ağıldan bəla
Ağıldan bəla (rus. Го́ре от ума́) — Aleksandr Qriboyedovun 1824-cü ildə yazdığı komediya. == Məzmunu == Əsər XIX əsrin 20-ci illərində Rusiya imperiyasında azadlıq ideyalarının geniş yayılmasınnda mühüm rol oynamışdır. Əsərdə dvoryan cəmiyyətinin içəridən çürüməsi prosesi və bu cəmiyyətin sütunları sayılan dvoryan-saray zadəganlığının mühafizəkarlığı, böyük rütbə sahiblərinin cəhaləti, mədəniyyətsizliyi, kübar aləminin vətənpərvərlik hissindən tamamilə məhrum olması, ümumi əxlaqi irinləmə, tipik məişət səhnələri və tipik surətlərlə inandırıcı bir formada əks etdirilmişdi. Əsər 4 pərdədən ibarətdir.
Kağızman
Kağızman (türk. Kağızman) — Qars ilinin ilçəsi.
Ağıcvan (Bükan)
Kani ŞəqaqanAğıcvan' (fars. ‎‎اغجيوان‎‎) - İranın Qərbi Azərbaycan ostanının Bükan şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 661 nəfər yaşayır (124 ailə).
Aşağı Ağdan
Aşağı Ağdan — Yelizavetpol (Gəncə) quberniyasının Qazax qəzasında, indi Karvansaray (İcevan) rayonunda kənd. == Tarixi == Rayon mərkəzindən 21 km məsafədə yerləşir. Toponim türk dilində «kiçik, alçaq, çox da hündür olmayan» mənasında işlənən ağ sözü ilə «çöl, səhra, açıq yer» mənasında işlənən dan sözünün birləşməsindən əmələ gəlmişdir. Relyeflə bağlı yaranan toponimdir. Quruluşca mürəkkəb toponimdir. Ermənistan SSR Ali Soveti Rəyasət Heyətinin 25.V.1967-cı il fərmanı kəndin adı ilə dəyişdirilib Morut, ll.XI.1970-ci il fərmanı ilə yenidən dəyişdirilərək Aknaxbyur qoyulmuşdur.
Yuxarı Ağdan
Yuxarı Ağdan - Yelizavetpol (Gəncə) quberniyasının Qazax qəzasında, indi Karvansaray (İcevan) rayonunda kənd. == Tarixi == Rayon mərkəzindən 7 km məsafədə yerləşir. Toponim fərqləndirici əlamət bildirən yuxarı sözündən və «kiçik, alçaq, çox da hündür olmayan» mənasında işlənən ağ və «çöl, səhra, açıq yer» mənasında işlənən dan sözlərinin birləşməsindən əmələ gəlmişdir. Relyef əsasında yaranan quruluşca mürəkkəb toponimdir. Erm.SR AS RH-nin 25.V.1967-cı il fərmanı ilə kəndin adı dəyişdirilib Ağdan qoyulmuşdur.
Yağışdan sonra Overdə mənzərə
"Yağışdan sonra Overdə mənzərə" (fr. Paysage d'Auvers après la pluie, nid. Landschap bij Auvers na de regen) və yaxud "Arabayla və qatarla mənzərə" (fr. Paysage avec chariot et train, nid. Landschap met rijtuigje en trein) — məşhur holland rəssamı Vinsent van Qoqun 1890-cı ildə çəkdiyi rəsmi. Moskvada yerləşən A.S.Puşkin adına Dövlət təsviri incəsənət muzeyinə məxsusdur. XIX–XX əsr Avropa və Amerika ölkələrinin incəsənət qalereyasında saxlanılır. Rəsmin ölçüləri 72 x 90 sm-dir. == Rəsmin tarixçəsi == "Overdə yağışdan sonra peyzaj" rəsmi 1890-ci ildə, rəssamın ölümündən əvvəl çəkilmişdir. Sonra o, qardaşı Teoyaya keçib.
"Beynəmiləlçi döyüşçüyə minnətdar əfqan xalqı adından" medalı
"Beynəmiləlçi-döyüşçüyə Əfqan xalqı adından minnətdarlıq" medalı — Əfqanıstan Demokratik Respublikası tərəfindən burada döyüşən beynəlmiləlçi şəxslərə verilir.[mənbə göstərin]
Qızdağ
Qızdağ — Gədəbəy rayonu ərazisində dağ. Əsl adı Qızqaladır. Qızdağ — Hacıqabul rayonu ərazisində dağ. Hündürlüyü 271 m.
"Beynəmiləlçi döyüşçüyə minnətdar əfqan xalqı adından" medalı (Əfqanıstan)