Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Bacgiran
Bacgiran— İranın Rəzəvi Xorasan ostanının Qoçan şəhristanının Bacgiran bəxşində şəhər və onun mərkəzi. 2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhərin əhalisi 753 nəfər və 217 ailədən ibarət idi. Bu şəhərin əhalisi kurmanclar və xorasan türklərindən ibarətdir, kurmanc, xorasan-türk və fars dillərində danışırlar və şiə müsəlmandırlar.
Qoçqıran (Qaraqoyunlu)
Qoçqıran — Türkiyənin İğdır ilinin Qaraqoyunlu ilçəsinə daxil olan kənd. == Tarixi == 1919-cu ildə erməni dəstələrinin kənddəki müsəlmanlara hücum etməsi nəticəsində türk milisləri toqquşma baş verir. Qadın və uşaqların bir hissəsi Kərimbəyli və Ramazankəndə köçürülür. Kənddə qalanlar və qaça bilməyənlər erməni dəstələri tərəfindən tutularaq kütləvi şəkildə öldürülür. Kəndin adı 1928-ci ildə kürd dilində "qala" mənasını verən Dize olaraq adlıandırılırdı. 1960-cı ildə kəndin adı Qoçqıran olaraq adlandırılır. Qoçqıran adı bölgənin qoç kultundan və əfsanəvi Koçkar Atadan gəlir. == Coğrafiyası == İğdır ilçə mərkəzinə 29 km, Qaraqoyunlu ilçə mərkəzinə 14 km uzaqlıqdadır. Ermənistanla sərhədi təşkil edən kəndin şimalından Araz çayı axır. Kənd Ermənistan sərhədində, paytaxt İrəvana ən yaxın türk məskənlərindən biridir.