Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Acıçeşmə dağı
Acıçeşmə dağı — Ordubad rayonu ərazisində dağ (hünd. 2094,2 m). Zəngəzur silsiləsindən cənub-qərbə ayrılan Dəmirlidağ-Göydağ qolunun cənub istiqamətli Gəvək şaxəsində, Gilançayın sağ sahilində zirvə. Ələhi kəndindən 2,2 km şimaldadır. Orta Eosenin Lütet mərtəbəsinə aid Biləv lay dəstəsinin vulkanogen-çökmə süxurlarından təşkil olunmuş, şərq yamacı sıldırımlı günbəzvari yüksəklikdir. Adı cənub yamacındakı acıtəhər dadı olan mineral bulaqla əlaqədardır. Tektonik cəhətdən Ordubad qarılma zonasının Paradaş seqmentinin şimal-şərq cinahında müşahidə edilən Ələngəzdağ sinklinalının nüvə hissəsində yerləşir. Şimal-qərb və cənub-şərq yamaclarında şimal-şərq istiqamətli fay-yerdəyişmələri müşahidə edilir.