Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Adenium
Adenium ( lat. Adenium) - kol bitkiləri fəsiləsi və ya odunlu sukkulentlər cinsinə aid olub tropik Afrikada ilk aşkarlanaraq Seneqaldan Sudana və Keniyaya,eləcə də Ərəbistan yarımadasına qədər rast gəlinir. Bir çox dillərdə bitki adının hərfi tərcüməsi "səhra qızılgülü" deməkdir. == Təsvir == Adeniumun gövdəsi güclü budaqlanandır. Uclu və ya küt kənarı olan kiçik yarpaqları var. Rəngarəng formaları var: sarı-ağ, qırmızı-qara yarpaqlar. Adeniumun parlaq qırmızı çiçəkləri böyük dekorativ effektə malikdir, bunun sayəsində bitki populyarlığını qazanmışdır. Ümumilikdə, çiçəklər çəhrayı, sarı, ağ, qırmızı-qaradır. Kəsmə zamanı adenium zəhərli şirə ifraz edir, buna görə bitkinin dibçəyini dəyişdikdən və ya budadıqdan sonra əlləri sabun ilə yaxşıca yumaq tövsiyə olunur. == Növlər == Plants of the World Onlineda 2023-cü il üçün bir sıra təsdiqlənmiş növləri qeyd edilib.