Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Adheziya
Adheziya (lat. adhaesio — yapışma) fizikada müxtəlif cinsli bərk və ya maye hissəciklərin ilişməsini ifadə edir. Adheziya üst səthdə molekulalararası əlaqə (qütb, bəzən kimyəvi və ya qarşılıqı diffuziya) ilə şərtlənir və səthlərin ayrılmasına lazım olan xüsusi işlə xarakterizə olunur. Bəzi hallarda adheziya koheziyaya nisbətən güclü ola bilir (yəni bircinsi material daxilində ilişmə baş verərkən). Bu halda qüvvə tətbiq edildikdə koheziya parçalanması baş verir. Bu mexaniki hala təsir edən qüvvələr tam tədqiq olunmayıb. Ona görə də, müxtəlif adheziya nəzəriyyələri mövcuddur. == Adheziya möhkəmliyi == Nazik təbəqələrin və quruluş kütlələtinin qopardılması zamanı adheziya möhkəmliyi ölçülür. Bu proses özünə adheziyadan başqa deformasiya və qümunənin axmasına, ikiqat elerktrik təbəqəsinin boşaldılmasına və s. əlavə hadisələrə güc daxil edir.
Amneziya
Amneziya (yun. Αμνησία; hərfi tərcümədə "yaddaşsızlıq") — yaddaşın müəyyən müddətə itməsi və ya bəzi hadisələrin yaddan çıxması. Amneziya zamanı yaddasaxlama funksiyası və hadisələrin yada salınması zəifləyir. Amneziya dərin şüur pozuntusu ilə müşayiət edilir və zəhərlənmə, infeksiya, yaxud boğulma nəticəsində beyin hipoksiyası, başbeyin zədələnmələri, amensiya, özündəngetmə, insult zamanı müşahidə olunur.
Aleziya
Aleziya (lat. Alesia) — Fransada qədim şəhər-qala. E.ə. 52-ci ildə Yuli Sezar Aleziyada qalların üsyanını yatırmaqla Qalliyanın işğalını başa çatdırmışdır. 1860-cı ildən aparılan arxeoloji qazıntılar zamanı Sezarın tikdirdiyi bəndlər, qazdırdığı xəndəklər, Roma və qall silahları, müxtəlif sikkə, məbəd xarabalıqları və s. aşkar olunmuşdur. Orta əsrlərdə tənəzzul etmişdir. == İstinadlar == == Əlavə ədəbiyyat == Jean-Louis Voisin. Alésia: Un village, une bataille, un site. Librairie Académique Perrin.
Amneziya adlı külək
A Wind Named Amnesia (yap. 風の名はアムネジア; azərb. Amneziya adlı külək‎) – 1990-cı ildə çəkilmiş tam metrajlı animedir. Animenin rejissoru Kazuo Yamazakidir. == Xarici keçidlər == A Wind Named Amnesia — Internet Movie Database saytında.