Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Termoelektrik materiallar
Termoelektrik materiallar — Termoelektrik materiallar termoelektrik xassələrə malik olan və müasir sənayedə bu və ya digər dərəcədə tətbiq olunan metal ərintiləri və ya kimyəvi birləşmələrdir. == Tətbiqi == Termoelektrik materialların üç əsas tətbiq sahəsi vardır istiliyin elektrik enerjisinə çevrilməsi ( termoelektrik genereator) termoelektrik soyutma temperaturun ölçülməsi ( mütləq sıfırdan min dərəcəyədək).Termoelektrik xassələrə metallar və onların birləşmələri – oksidlər , sulfidlər , selenidlər, telluridlər, fosfidlər, karbidlər və digərləri malikdirlər. Termoelektrik xassələr habelə metal ərintilərində , metal birləşmələrinin ərintilərində və inetermetal birləşmələrində aşkar edilmişdir. == Növləri == Termo - EHQ ( mkV/K ) –in böyüklüyündən, ərimə temperaturundan , istilik və elektrik keçiriciliyindən , mexaniki xarakteristikasından asılı olaraq , termoelektrik materiallar aşağıdakılara bölünürlər: Pirometriyada temperaturun ölçülməsi üçün materiallar. Termoelektrik generatorlar üçün materiallar. Termoelektrik soyuducular üçün materaiallar.