Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Aktivləşmə enerjisi
Aktivləşmə enerjisi — kimyəvi reaksiya zamanı toqquşan molekulların malik olduqları enerjiyə deyilir. Əksər kimyəvi reaksiyaların sürəti temperatur artdıqca artır. XIX əsrin 80-ci illlərin əvvəlində Hollandiya fiziki və kimyaçısı Yakob Vant-Hoff göstərdi ki, əksər kimyəvi reaksiyaların sürəti hər 10 C qaldırdıqda 2-4 dəfə artır. == Arreniusun təklifi == 1889-cu ildə İsveç alimi Svante Arrenius bir çox kimyaçıların o zaman aldığı nəticələri ümumiləşdirərək reaksiyanın sürət sabitinin temperaturdan asılılığını təklif etdi: k = A e − E a / R T {\displaystyle k=Ae^{{-E_{a}}/{RT}}} Burada K - sürət sabiti; A – hər bir reaksiya üçün xarakterik olan sabit əmsal; R - universial qaz sabiti; T – mütləq şkalada temperatur (mütləq temperatur); E4- Arrenius tərəfindən aktivləşmə enerjisi adlandırılan və hər bir reaksiya üçün xarakterik olan enerjidir.Arrenius fərz edirdi ki, toqquşma zamanı bütün molekullar reaksiyaya girmir, yalnız verilmiş temperaturda lazımi miqdarda enerjiyə malik molekullar reaksiyaya girir. Bu enerji aktivləşmə enerjisi adlanır və C/mol ilə ölçülür. Temperatur nə qədər yüksək olarsa, bir o qədər çox molekul bu enerjiyə malik olur və reaksiyaya girmək qabiliyyəti müvafiq olaraq yüksək olur. Ea-nın qiyməti nə qədər az olarsa, verilmiş temperaturda bir o qədər çox molekul reaksiyaya girir, Ea=0 olduqda hər bir toqquşma reaksiyaya səbəb olur; bu halda reaksiyanın sürəti vahid həcmdə vahid zamanda toqquşmaların sayına bərabərdir.
Aktivlərlə təmin edilmiş qiymətli kağızlar
Aktivlərlə təmin edilmiş qiymətli kağızlar — dəyəri və ödənişləri müvafiq əsas aktivlər hesabına formalaşan qiymətli kağızlar. Qiymətli kağızların bu formaları adətən avtomobil kreditləri və kredit kartı ödənişləri kimi kiçik və qeyri-likvid aktivlərin sekuritləşdirilməsi yolu ilə yaradılır. İnvestorlar üçün bu cür qiymətli kağızlar korporativ borc alətlərinə investisiya yatırmağa alternativ hesab olunur. == İstinadlar == == Əlavə ədəbiyyat == Ежегодник: Энциклопедия российской секьюритизации Финансовый глоссарий: ипотека и секьюритизация (Moody's Investors Service. 2007. Glossary of mortgage finance and secularization terms (Russian). World Bank Glossary) Федеральный закон "Об ипотечных ценных бумагах" от 11.11.2003 N 152-ФЗ Jason H. P. Kravitt, Securitization of Financial Assets, Second Edition, Aspen Publishers, New York, New York, 2005. Steven L. Schwarcz, Structured Finance A Guide to the Fundamentals of Asset Securitization, November 1990, Second Printing, Practicing Law Institute. McLean, Bethany (2007). «Asset Backed Securities: The Dangers of Investing in Subprime Debt», Fortune.