Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Aldatmaq
Aldatma və ya sədaqətsizlik — evli ya da romantik və cinsi bir əlaqə içərisindəki tərəflərdən birinin yoldaşının xəbəri və ya razılığı olmadan bir başqa adam ilə əlaqəyə girməsi. Aldatma yalnız romantik səviyyədə, yalnız cinsi əlaqə səviyyəsində və ya həm romantik həm cinsi əlaqə şəklində ola bilər. Aldatmanın tərifi mədəniyyətdən mədəniyyətə və ya cütlər arasındakı razılaşmalara görə fərqlilik göstərə bilər. Romantik aldatma; adamın romantizm, zaman və maraqları kimi romantik qaynaqlarını əlaqə xaricindəki bir kimsəyə yönəltməsidir. Yeni əlaqənin ölçüsü üz-üzə görüşmə ilə internet, məktub və ya telefon vasitəsilə uzaqdan görüşmə arasında dəyişə bilər. İslam mədəniyyətində evli olmayan iki adamın cinsi əlaqəyə girməsi zina olaraq adlandırılar. Ancaq zinanın reallaşması üçün tərəflərdən birinin yoldaşını aldadır olması lazım deyil. İslamda zina haramdır.
Alçalma (film, 1986)
== Film haqqında == === Aktyorlar === Hema Malini — Raano Kulbahişon Karbanda — Tirlok / Tirloka Rişi Kapur — Manqal Punam Cillon — Raci Cina Pathak — Zində A. K. Hanqal — Hazur Sinqx (Raanonun qayınatası) Qita Siddharth — Canno === Məzmun === Raano (Hema Malini), cəsarətli qadındır. Onun sərxoş əri, Triloka (Kulbahişon Karbanda) və iki uşağı kənddə yaşayırlar. Onun qayınanası, Zində (Cina Pathak), daim onun evliliyindən sonra ona böhtan atır‚ onun kifayət qədər cehizini satırdı. Yalnız onun qayınatası, Hazur Sinqx (A. K. Hanqal), kor qoca, ona qarşı rəhmlidir. Çox qoca olduğu üçün az iş görürdü. Trilokanın qəzəbindən onu (Raanonu) xilas edə biləcək ailənin yeganə üzvü onun qaynı, Manqaldır (Rişi Kapur). Bir gecə Triloka yaxınlıqdakı mehmanxanada dostları ilə yeyib içir və sərxoş vəziyyətdə evə gəlir. Evdə həyat yoldaşı ilə dalaşır. Səhərisi gün işə gedir. İşdə Tirlokanı öldürürlər.
Alçalıdağ
Alçalıdağ — Naxçıvan Muxtar Respublikasının Culfa rayonu ərazisində dağ (hünd. 2603,0 m). Zəngəzur silsiləsindən cənub-qərbə ayrılan, onun Dəmirlisuçay-Kolanısuçay suayırıcısını təşkil edən eyniadlı qolunda zirvə. Ləkətağ kəndindən 4 km şimal-şərqdədir. Orta Eosenin Lütet mərtəbəsinə aid Dərəlik lay dəstəsinin vulkanogen-çökmə süxurlarından təşkil olunmuş günbəzvari yüksəklikdir. Tektonik cəhətdən Ordubad qarılma zonasının Şahbuz seqmentinin cənub-şərq qurtaracağında müşahidə edilən eyniadlı sinklinalın şimal qanadında və ondan şimalda izlənilən Kolanısu antiklinalının cənub qanadında) yerləşir. Cənub-şərq və cənub-qərb yamaclarında müvafiq olaraq şimal-şərq və şimal-qərb istiqamətli qırılmalar izlənilir. Cənub-qərb yamacında eyniyaşlı andezit-porfirit tərkibli kiçik subvulkanik kütlələrin çıxışları müşahidə olunur.