Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Alıbəyli
Alıbəyli (Ağdam) Alıbəyli (Kəlbəcər) Birinci AlıbəyliBirinci Alıbəyli (Zəngilan) — Azərbaycan Respublikasının Zəngilan rayonunun inzibati ərazi vahidində kənd. Birinci Alıbəyli (Ağdam) — Azərbaycan Respublikasının Ağdam rayonunun inzibati ərazi vahidində qəsəbə.İkinci Alıbəyliİkinci Alıbəyli (Zəngilan) — Azərbaycan Respublikasının Zəngilan rayonunun inzibati ərazi vahidində kənd. İkinci Alıbəyli (Ağdam) — Azərbaycan Respublikasının Ağdam rayonunun inzibati ərazi vahidində qəsəbə.
Ağabəyli
Ağabəyli — Azərbaycanda daha çox işlədilən soyad və təxəllüs. Bu soyadı olan tanınmış insanlar Mirzə Ağabəyli — aktyor, rejissor assistenti, verilişlərdə və arxiv kadrlarda iştirak edən Ağaxan Ağabəyli — Kənd təssərrüfatı elmləri doktoru, professor, Şahin Ağabəyli — "Milli Yol" qəzetinin (2006) və "Poliqon" informasiya agentliyinin təsisçisiKəndlər Ağabəyli (Ağsu) — Azərbaycan Respublikasının Ağsu rayonunun inzibati ərazi vahidində kənd. Ağabəyli (Ağcabədi) — Azərbaycan Respublikasının Ağcabədi rayonunun inzibati ərazi vahidində kənd.
Ababəyli bələdiyyəsi
Ağcabədi bələdiyyələri — Ağcabədi rayonu ərazisində fəaliyyət göstərən bələdiyyələr. == Tarixi == Azərbaycanda bələdiyyə sistemi 1999-cu ildə təsis olunub. == Siyahı == == Mənbə == "Bələdiyyələrin statistik ərazi təsnifatı" (PDF). stat.gov.az. 2021-08-21 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2020-05-03.
Alıbəyli (Ağdam)
Alıbəyli — Azərbaycan Respublikasının Ağdam rayonunun Üçoğlan kənd inzibati ərazi dairəsində kənd. == Tarixi == Alıbəyli Ağdam rayonunun Üçoğlan inzibati ərazi vahidində kənd. Düzənlikdədir. Keçmiş adı Tərəkəmə Alıbəylidir. Kəndi tərəkəmə elatının alıbəyli tirəsi saldığı üçün belə adlandırılmışdır. Sonralar toponimin birinci komponenti düşmüşdür. Etnooykonimdir. 1933-cu ildə Cəlilabad rayonunun Qaralı inzibati ərazi vahidində də eyniadlı kənd qeydə alınmışdır. == Əhalisi == === Şəxsiyyətləri === Azər Rüstəmov — Xalq Artisti Qədir Rüstəmovun birinci xanımından olan oğlu.
Alıbəyli (Kəlbəcər)
Alıbəyli, Tirkeşəvənd (1937–2015), Bəylik (?-1937) — Azərbaycan Respublikasının Kəlbəcər rayonunun Əsrik kənd inzibati ərazi dairəsində kənd.1993-cü ildə Ermənistan Respublikası Silahlı Qüvvələri tərəfindən işğal edilib. 2020-ci il noyabr ayının 25-də Azərbaycan Silahlı Qüvvələrinin uğurlu əməliyyatları nəticəsində Azərbaycana qaytarılıb == Tarixi == 29 may 2015-ci ildə Əsrik kənd inzibati ərazi dairəsi tərkibindəki Tirkeşəvənd kəndi Alıbəyli kəndi adlandırılmışdır.Bu kənd 1937-ci ilə kimi Bəylik adlanıbdır. Kənddə çox sayda bəy yaşadığından Bəylik adı verilib. 1937-ci il represiyasından sonra kəndin adı Tirkeşəvənd adlandırılıbdır. Digər bir varianta görə kəndin yaxınlığında Tutxun çayı üzərindən türklər tir atıb körpü düzəltdiklərinə görə Tirkeşəvənd adlanır, yəni türk keçən bənd. Kəndin ərazisi qədim yaşayış məskəni olub. Başqa bir varianta görə bu ərazidə ilk məskunlaşan XVI–XVII əsrlərdə Laçın rayonundan gələn Qotur Məmməd olubdur. O, bu əraziyə gələndə uçulub-dağılmış kənddə divarının üstündə tirkeşəvənd və tiri qalan bir evə rast gəlib. Ona görə də kəndin adını Tirkeşəvənd qoyubdur. Keçmiş zamanlarda yaşayış damlarının divarının üstünə yoğun tir qoyurmuşlar.
Alıbəyli bələdiyyəsi
Ağdam bələdiyyələri — Ağdam rayonu ərazisində fəaliyyət göstərən bələdiyyələr. == Tarixi == Azərbaycanda bələdiyyə sistemi 1999-cu ildə təsis edilmişdir. == Siyahı == == Mənbə == "Bələdiyyələrin statistik ərazi təsnifatı" (PDF). stat.gov.az. 2021-08-21 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2020-05-03.
Ağabəyli (Ağcabədi)
Ağabəyli — Azərbaycan Respublikasının Ağcabədi rayonunun Ağabəyli kənd inzibati-ərazi vahidində kənd. Azərbaycan Respublikası Milli Məclisinin 5 oktyabr 1999-cu il tarixli, 708-IQ saylı Qərarı ilə Ağcabədi rayonunun Ağabəyli kəndi Hacıbədəlli kənd inzibati-ərazi vahidi tərkibindən ayrılaraq, bu kənd mərkəz olmaqla Ağabəyli kənd inzibati-ərazi vahidi yaradılmışdır. == Toponimikası == Kəndin adı Azərbaycanın qədim kəbirli tayfasına məxsus eyniadlı nəslin adı ilə əlaqədardır. Bu kəndin adı oykonim şəxs adı ilə bağlı olub, Ağabəyli nəslinin adını əks etdirir. Tarixi həqiqətə görə XIX əsrdə kənddə Ağabəy adlı bir bəy yaşamış və kəndə ağalıq etmişdir. Ağabəyli kəbirli tayfasının bir qoludur. == Coğrafiyası və iqlimi == Kənd Qarqarçayın sahilində yerləşir. Ağabəyli kəndinin ərazisi 5.3 km²-dir. == Əhalisi == Əhalisi 563 nəfərdir. == İqtisadiyyatı == Əhalinin əsas məşğuliyyəti əkinçilik və heyvandarlıqdır.
Ağabəyli (Ağsu)
Ağabəyli — Azərbaycan Respublikasının Ağsu rayonunun inzibati ərazi vahidində kənd. == Tarixi == Ağsu rayonunun Çaparlı inzibati ərazi vahidində kənd. Ağsu çayının sahilində, Şirvan düzündədir. Tam adı Hacı Ağabəylidir. Oykonim ağabəyli nəslinin adını əks etdirir. Bu etnonimlə bağlı Şamaxı rayonunda Ağabəyli (1933), Ağdam və Ağsu rayonlarında Ağalarbəyli (1917–1961), Ağsu rayonunun Bozavand kəndində Ağaboy qobusu, Qax rayonunun Zərnə kəndində Ağabəylilər obası və s. qeydə alınmışdır. Ağabəylilər kəbirlilərin ağabəyalı qoluna məxsus bir nəslin adıdır. == Din == Kənddə Ağabəyli kənd məscidi dini icması fəaliyyət göstərir.
Ağabəyli (Meşkinşəhr)
Ağabəyli (fars. اقابيگلو‎) — İranın Ərdəbil ostanının Meşkinşəhr şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == Kənddə 2006-cı il siyahıya alınmaya görə 66 nəfər yaşayır (12 ailə).
Ağabəyli (Sulduz)
Ağabəyli (fars. اقابيگلو‎) — İranın Qərbi Azərbaycan ostanının Sulduz şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 384 nəfər yaşayır (97 ailə).
Ağabəyli bələdiyyəsi
Ağabəyli bələdiyyəsi (Ağsu)
Ağaxan Ağabəyli
Ağaxan Ələsgər oğlu Ağabəyli (22 dekabr 1904, Salyan, Cavad qəzası – 20 avqust 1980, Bakı) — kənd təssərrüfatı elmləri doktoru, professor, Ümumittifaq Kənd Təsərrüfatı Elmləri Akademiyasının (hal-hazırda Rusiya Kənd Təsərrüfatı Elmləri Akademiyası) müxbir üzvü (1956). AMEA-nın müxbir üzvü, Azərbaycanın Əməkdar elm hadimi (1964). Camışçılıq elminin banisi. == Həyatı == Ağaxan Ağabəylinin atası Ələsgər Soltan oğlu Ağabəyli varlı, ziyalı, tacir və mülkədar olmuşdur. 1923-cü ildə Salyanda orta məktəbi bitirdikdən sonra Azərbaycan Politexnik İnstitutunun kənd təsərrüfat fakültəsinə daxil olur və oranı bitirdikdən sonra göndərişlə Xalq Torpaq Komitəsinin Kolxoz mərkəzi sistemindəki salyan peşə məktəbinin direktoru (1927-1929) təyin olunur, daha sonra bakı və Şəkidə aqronom – zootexnik (1929-1930) işləyir. Orta və ali məktəblərdə oxuduğu 1920-1927-ci illərdə təhsil almaqla paralel olaraq xalq məhkəməsinin istintaq şöbəsində kargüzar və Salyan şəhərinin sosial – təminat şöbəsində işaparıcı, Bakı və Salyan şəhərlərində müəllim vəzifələrində çalışmışdır. 1925-1926-cı illərdə o, tələbə elmi xətti ilə ətlik ingilis qoyun cinslərinin yetişdirilməsi tarixini öyrənmək məqsədilə Ukraniyadaki Ümumittifaq Hibridləşdirmə və İqlimləşdirmə İnstitutuna , onların yunluq və ətlik məhsuldarlığını öyrənmək məqsədi ilə Askaniya-Nova Hibridləşdirmə İnstitutuna, habelə professor N.D.Potyomkinin rəhbərliyi altında elmi tədqiqatlarla məşğul olmaq üçün Moskva və Leninqrad şəhərlərinə göndərilmişdir. A.Ə. Ağabəyli 1930-cu ildə "İri buynuzlu qaramalın genetika və seleksiyası" ixtisası üzrə Moskva ümumittifaq Elmi-Tədqiqat Heyvandarlıq İnistitutunun aspiranturasına daxil olmuş və "Ləzgi cinsli qoyunlar və onların meronoslarla çarpazlaşdırılmasının nəticələri" mövzusunda tədqiqatlar aparmışdır. A.Ə. Ağabəylinin bir alim kimi formalaşmasında N.D.Potyomkin, E.N.Liskin,A.S.Serebrovski, M.A.Dyakov, N.İ.Kalugin, İ.V.Fiqurovski, V.T.Smirnov-Loginov və b. Görkəmli alimlərin böyük rolu olmuşdur.
Balabəyli (Kəleybər)
Balabəyli (fars. بالي بيگ لو‎) - İranın Şərqi Azərbaycan ostanının Kəleybər şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == Kənddə 2006-cı il siyahıya alınmaya görə 82 nəfər yaşayır (14 ailə).
Birinci Alıbəyli
Birinci Alıbəyli (Zəngilan) — Azərbaycan Respublikasının Zəngilan rayonunun inzibati ərazi vahidində kənd. Birinci Alıbəyli (Ağdam) — Azərbaycan Respublikasının Ağdam rayonunun inzibati ərazi vahidində qəsəbə.
Faiq Balabəyli
Balabəyli Faiq Ağaş oğlu (23 fevral 1964, Sabirabad, Astraxanbazar rayonu) — azərbaycanlı şair, Azərbaycan Yazıçılar Birliyinin üzvü (1996). == Həyatı == Faiq Balabəyli 1964-cü il fevral ayının 23-də Cəlilabad rayonun Sabirabad kəndində anadan olub. 1971–1981-ci illərdə Sabirabad kənd orta məktəbində təhsil alıb. 1981–1984-cü illərdə 95 saylı Bakı Dənizçilik Məktəbində oxuyub. 1982–1984-cü illərdə Sovet Ordusu sıralarında hərbi xidmətdə olub. Hərbi xidməti başa vurduqdan sonra təhsilini qiyabi olaraq Qafur Məmmədov adına Bakı Dəniz Yolları Məktəbinə daxil olaraq davam etdirib. 1984-cü ildən Xəzər Dəniz Neft Donanmasında matorçu vəzifəsində işə düzəlib. Elektrik mexanniki, gəmi kapitanın baş köməkçisi və gəmi kapitanı vəzifələrində işləyib. 1992–1994-cü illərdə iki illik Jurnalist Sənətkarliğı kursunu bitirib. 1996–2006-cı illərdə "Ədəbiyyat qəzeti"ndə işləyib.
Mirzə Ağabəyli
Mirzə Qasım oğlu Ağabəyli (29 avqust 1950, Buzovna) — azərbaycanlı aktyor, Azərbaycan Respublikasının Əməkdar Artisti. == Həyatı == Mirzə Ağabəyli 1950-ci il avqust ayının 29-da Bakının Buzovna qəsəbəsində anadan olub. 1971-ci ildə M.A.Əliyev adına Azərbaycan Dövlət İncəsənət İnstituna daxil olub. 1975-ci ildə SSRİ xalq artisti, professor Mehdi Məmmədovun rəhbərlik etdiyi Dram və kino aktyorluğu fakültəsini bitirib. 1975-ci ildə S.Rəhman adına Şəki Dövlət Dram Teatrında təyinatla işləyib. 1976-cı ildə hərbi xidmətə çağırılıb. 1977-ci ildə M.A.Əliyev adına Azərbaycan Dövlət İncəsənət İnstitutunun nəzdindəki, "Tədris" teatrında aktyor vəzifəsində işləyib. 1982-ci ildə Azərbaycan Dövlət Milli Akademik Dram Teatrına dəvət olunub. 1994-cü ildən C.Cabbarlı adına Azərbaycanfilm Kinostudiyasının nəzdində olan "Bəri - Bax" kinostudiyasında bədii rəhbər vəzifəsində işləyib. 2008-ci ildə "Sınaq film" prodüsser mərkəzində koordinator vəzifəsində çalışıb.
Rəna Ağabəyli
Rəna Ağabəyli (3 yanvar 1942, Kirovabad) — Genetik, Biologiya elmləri doktoru, professor. == Haqqında == Rəna Ağaxan qızı Ağabəyli 1942-ci il yanvar ayının 3-də Gəncə şəhərində tanınmış ziyalı, Ümumittifaq Kənd Təsərrüfatı Elmlər Akademiyasının müxbir üzvü, professor Ağaxan Ağabəylinin ailəsində dünyaya gəlmişdir. 1965-ci ildə Azərbaycan Dövlət Universitetinin biologiya fakültəsini bitirmişdir. 1966-1969-cu illərdə Azərbaycan ЕА Botanika İnstitutunun aspiranturasında təhsil alarkən Moskva şəhərinə SSRİ Elmlər Akademiyasının Ümumi Genetika İnstitutuna ezam olunmuşdur. Müasir metodlara yiyələnərək böyük elmi təcrübə toplamış R.A.Ağabəyli 1972-cü ildə “Genetika” ixtisası üzrə “Yeni kompleksli kimyəvi mutagenlərin sitoloji və sitogenetik aktivliyinin tədqiqi” mövzusunda namizədlik dissertasiyasını uğurla müdafiə etmişdir. 1992-ci ildə “Antioksidantlar və antioksidant fermentlər mutasiya prosesinin tənzimlənməsində” mövzusunda doktorluq dissertasiya işini böyük müvəffəqiyyətlə müdafiə edərək biologiya elmləri doktoru alimlik dərəcəsini almışdır. R.A.Ağabəyli 1972-cı ildən Azərbaycan EA Fizika İnstitutunun Fiziki-kimyəvi biologiya sektorunda böyük elmi işçi, 1983-1987-ci illərdə həmin sektorun elmi katibi vəzifələrində çalışmışdır. 1980-ci ildə SSRİ EA AAK-nın qərarı ilə o, baş elmi işçi (indiki dosent) adına layiq görülmüşdür. 1987-ci ildən etibarən onun elmi taleyi Botanika İnstitutuna bağlanmış və artıq 35 ildir ki, fasiləsiz olaraq bu elm ocağında aparıcı elmi işçi, eksperimental mutagenez qrupunun rəhbəri kimi müxtəlif vəzifələrdə çalışmış və hazırda o, İnstitutun “Geobotanika” şöbəsinin baş elmi işçisidir. 2005-ci ildə o, professor elmi adına layiq görülmüşdür.
İkinci Alıbəyli
İkinci Alıbəyli (Zəngilan) — Azərbaycan Respublikasının Zəngilan rayonunun inzibati ərazi vahidində kənd. İkinci Alıbəyli (Ağdam) — Azərbaycan Respublikasının Ağdam rayonunun inzibati ərazi vahidində qəsəbə.
Şahin Ağabəyli
Şahin Ağabəyli - “Milli Yol” qəzetinin (2006) və “Poliqon” informasiya agentliyinin təsisçisi == Həyatı == Şahin Ağahüseyn oğlu Ağabəyli 1976-cı ildə Neftçala rayonunda anadan olub. 1997-ci ildə Türkiyədə Quru Qoşunları Hərbi Məktəbini bitirib. Jurnalist fəaliyyətinin ilk illərində “Bakı həftəliyi”, “Bizim yol” qəzetlərində çalışıb. 2003-cü ildə “Milli Yol” qəzetini, 2006-cı ildə “Poliqon” informasiya agentliyini təsis edib. Şahin Ağabəyli 2010-cu il oktyabrın 27-də Ələt-Astara magistralında, Qaradağ rayonu ərazisində yol qəzasına düşərək həlak olub.
Ağabəyli bələdiyyəsi (Ağcabədi)
Ağcabədi bələdiyyələri — Ağcabədi rayonu ərazisində fəaliyyət göstərən bələdiyyələr. == Tarixi == Azərbaycanda bələdiyyə sistemi 1999-cu ildə təsis olunub. == Siyahı == == Mənbə == "Bələdiyyələrin statistik ərazi təsnifatı" (PDF). stat.gov.az. 2021-08-21 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2020-05-03.
Ağabəyli bələdiyyəsi (Ağsu)
Ağsu bələdiyyələri — Ağsu rayonu ərazisində fəaliyyət göstərən bələdiyyələr. == Tarixi == Azərbaycanda bələdiyyə sistemi 1999-cu ildə təsis olunub. == Siyahı == == Mənbə == "Bələdiyyələrin statistik ərazi təsnifatı" (PDF). stat.gov.az. 2021-08-21 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2020-05-03.
Alabaşlı
Alabaşlı — Azərbaycan Respublikasının Samux rayonunun inzibati ərazi vahidində qəsəbə. Azərbaycan Respublikası Milli Məclisinin 15 mart 2002-ci il tarixli, 273-IIQ saylı Qərarı ilə Samux rayonunun Alabaşlı qəsəbəsi Qarayeri qəsəbə inzibati ərazi dairəsi tərkibindən ayrılaraq, bu qəsəbə mərkəz olmaqla Alabaşlı qəsəbə inzibati ərazi dairəsi yaradılmışdır. == Tarixi == Qəsəbə 1931-ci ilə kimi Şəmkir rayonun eyniadlı kəndinin bir parçası olub. == Coğrafiyası və iqlimi == Kənd Bakı-Tbilisi dəmir yolunun üzərində, rayon mərkəzindən 30 km şimal-qərbdə, Qoşqarçayın sağ sahilindən 5 km aralı, Gəncə-Qazax düzənliyi yerləşir. == Əhalisi == Əhalisi 1.3 min nəfərdir. == İqtisadiyyatı == Əhalisinin əsasən məşğuliyyəti üzümçülük və onun emalıdır. Sosial obyektlər mövcuddur.
Birinci Alıbəyli (Ağdam)
Birinci Alıbəyli — Azərbaycan Respublikasının Ağdam rayonunun Birinci Alıbəyli qəsəbə inzibati ərazi dairəsində qəsəbə.
Birinci Alıbəyli (Zəngilan)
Birinci Alıbəyli — Azərbaycan Respublikasının Zəngilan rayonunun Alıbəyli kənd inzibati ərazi dairəsində kənd.1993-ci ildə Ermənistan Respublikası Silahlı Qüvvələri tərəfindən işğal edilib.25 oktyabr 2020-ci ildə Azərbaycan Respublikası Silahlı Qüvvələri tərəfindən işğaldan azad edilmişdir. == Tarixi == Birinci Alıbəyli kəndi Həkəri çayının sahilində, Bərgüşad silsiləsinin ətəyindədir. Kəndin ərazisi əvvəllər Ağdam rayonunun Alıbəyli kəndinin yaylaq yeri olmuşdur. Sonralar həmin kənddən köçüb gəlmiş ailələr yaylaq yerində məskunlaşmış, yeni kəndə də öz əvvəlki adlarını vermışlər.
İkinci Alıbəyli (Ağdam)
İkinci Alıbəyli — Azərbaycan Respublikasının Ağdam rayonunun İkinci Alıbəyli qəsəbə inzibati ərazi dairəsində qəsəbə.
İkinci Alıbəyli (Zəngilan)
İkinci Alıbəyli — Azərbaycan Respublikasının Zəngilan rayonunun Alıbəyli kənd inzibati ərazi dairəsində kənd.Kənd Həkəri çayının sahilində, Bərgüşad silsiləsinin ətəyindədir. Keçmiş adı Balabəyli olmuşdur. Yaşayış məntəqəsini Ağdam r-nunda vaxtilə mövcud olmuş Alıbəyli kəndindən köçüb gəlmiş ailələr salmışlar. Kəndin ərazisi əvvəllər Alıbəyli kəndinə məxsus yaylaq yeri olmuşdur.1993-ci ildə Ermənistan Respublikası Silahlı Qüvvələri tərəfindən işğal edilib.25 oktyabr 2020-ci ildə Azərbaycan Respublikası Silahlı Qüvvələri tərəfindən işğaldan azad edilmişdir.
Alaevli
Alkaevli boyu — Oğuz xaqan dastanına görə 24 Oğuz boyundan biridir. "Alkaevli" kəliməsi ağ çadırlı mənasında İstifadə edilmişdir. XIII əsrdən sonra Anadoluya köç etmişdilər.
Alaevli boyu
Qaraevli boyu — Oğuz Xan Dastanına görə Oğuzların 24 boyundan biri və Divanü Lüğat-it-Türkdə iyirmi iki Oğuz boyundan onikincisi; "Qarabölük"lərdir. Bu boyların Boz oxlar qolundan (sağ qolundan) Oğuz Xanın oğlu Gün Xanın soyundan gəldikləri qəbul edilir. "Qarabölük" kəliməsi qara çadırlı mənasında istifadə olunmuşdur.
Alabaşlı hematit yatağı
Alabaşlı hematit yatağı — Azərbaycanın Gəncə şəhərindən 16 kilometr şimal-qərbdə, Şəmkirdən 20 kilometr şərqdə, Kiçik Qafqazın şimal-şərq yamaclarında hematit yatağı. Yatağın geoloji quruluşunda qalınlığı 200–250 metr olan vulkan mənşəli Orta Yura süxurları (tufqumdaşlı, tuf-brekçiya, tuf-konqlomerat) iştirak edir. Bu süxurlarda qalınlığı 1–3 metr olan 10-a qədər hematit layı var. Oxşarlığına və formasına görə yataqda üst və alt filiz təbəqələri ayrılır. Təbəqələrin yatım bucağı 15–20°-dir. Filizin tərkibində 18,3–48,4% dəmir olur. Filizdə hematitdən başqa pirit, xalkopirit, kvars, kaolinit və s. minerallar da var. Yataq hidrotermal mənşəlidir.