Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Alkoqollu içkilər
Alkoqollu içkilər (spirtli içkilər) — tərkibində etanol (etil spirti, sadə dildə — alkoqol) olan içki. == Alkoqollu içkilərin nümunələri == Araq Pivə Viski Rom Şərab Brendi Likör Vermut və s.
Sidr (alkoqollu içki)
Sidr və ya alma şərabı — ənənəvi olaraq, alma şirəsinin qıcqırdılmasından alınan spirtli içki.Sidr hər hansı alma növündən hazırlana bilər, fəqət sidr alması bu məqsəd üçün ən yaxşı sayılır. == Tarix == Əvvəl Böyük Karl (VIII—IX ə.) lalıq alma torbasına oturub, əzib, beləliklə ilk dəfə sidrı yaratdığını deyilirdi. Fəqət, almalardan xazırlanan spirtli içki hələ Böyük Plini (I ə.) tərəfindən qeyd olunur. == Ölkələrə görə == === Birləşmiş Krallıq === Britaniya adambaşı ən çox sidr içən ölkə və eyni zamanda dünyanın ən böyük sidr istehsalçısıdır. Ordaki qanuna görə, sidr adlı içkinin tərkibi ən azı 35% alma şirəsindən (və ya konsentratından) ibarət olmalı. Eyni zamanda CAMRA (Campaign for Real Ale; ing. Əsl Pivə üçün Hərəkət), fikrinə görə əsl sidrda ən azı 90% təzə çəkilmiş alma şirəsi olmalı. === Fransa === Fransada alma yetişdirmə haqqında biliyi qal tayfaları və onlardan sonra gələn, Fransa ərazisini təxminən 500 il ərzində idarə edən, Romalılardan irsən alıblar. Ölkədə ən ərkən bilinən sidr qeydi yunan coğrafı Straboya aiddir: o, Qalliyada alma ağacların bolluğu olduğunu yazıb, sidr kimi içkiyi izah edir.Hazırda, Fransada sidr ancaq almalardan hazırlana bilər. === İtaliya === Keçmişdə, sidr Şimali İtaliyada geniş şəkildə istehsal olunurdu.