Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Allantois
Allantois (yun. allantoeides — kolbasaşəkilli) — sürünənlər, quşlar və məməlilərdə rüşeym qişalarından biri. Tənəffüs, qidalanma və ifrazat funksiyalarını icra edir. Sürünənlər və quşlarda yumurta sarısı kisəsi və amnionla birlikdə rüşeymi bürüyür. Məməlilərdə kiçik olur, plasenta və göbək ciyəsinin əmələ gəlməsində iştirak edir. Allantoisin divarındakı sıx qan damarları vasitəsilə rüşeymlə ana orqanizm arasında qaz mübadiləsi gedir, rüşeymlə ana orqanizm əlaqələnir.
Atlantis (film, 2019)
Atlantis (ukr. Атлантида) 2019-cu ildə rejissor Valentin Vasyanoviçin çəkdiyi Ukrayna filmidir. Film 2019 Toronto Beynəlxalq Film Festivalında Modern Dünya Filmi bölümündə göstərildi. 76-cı Venesiya Beynəlxalq Film Festivalında Ən Yaxşı Film üzrə "Horizon" mükafatını qazandı. == Məzmun == Filmdəki rolların hamısı da qazilər, könüllülər və əsgərlər tərəfindən oynanılıb. Heç bir professional aktyora yer verilməyib. Baş rollardan birini Donbass müharibəsində iştirak edən keçmiş bir əsgər olan Andrey Rimarik oynayıb.Ukrayna-Rusiya arasındakı müharibədən sonrakı vəziyyəti əks etdirən filmdə müharibə sonrası travma yaşayan Sergey ilə könüllü olaraq xidmət edən Katya arasındakı münasibətlər üzərindən hadisələr göstərilir.
Atlantis Is Calling (S.O.S. for Love)
Atlantis Is Calling (S.O.S. for Love) (azərb. Atlantis zəng vurur (S.O.S. məhəbbət üçün‎) – Modern Talking qrupu tərəfindən ifa edilən sinqldır.
Atlantis Is Calling (S.O.S. for Love)(Modern Talking)
Atlantis Is Calling (S.O.S. for Love) (azərb. Atlantis zəng vurur (S.O.S. məhəbbət üçün‎) – Modern Talking qrupu tərəfindən ifa edilən sinqldır.