Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Amorphis
Amorphis — 1990-cı ildə Cen Reçberqeri, Tomi Koyvusaari və ESA Holopaynin tərəfindən Finlandiyanın Helsinki şəhərində qurulan bir metal qrupudur. İlk əvvəl death metal ilə başlayan qrup, daha sonra melodik və proqressiv metala yönəldi. 1989-cu ildə Violent Solution adlı speed metal qrupunda fəaliyyət göstərən Jan və ESA, musiqiçilərin fərqli janrlara yönəlmələri səbəbilə qısa müddətdə qrupu tərk etdilər. Bundan sonra death metal qrupu qurmağa qərar verən ikili, yanlarına vokalist Tomi'ni və bas gitarist Oppu Laynini də alaraq Amorphis'i yaratdı. Eyni zamanda Abhorrence adlı bir qrupda da çalan Tomi, Amorphis'də bir tərəfdən gitara çaldığı vaxt, digər tərəfdən də qrupun vokalistliyini edirdi. Amorphis ilk demosunu yayımladıqdan qısa bir müddət sonra Abhorrence dağılmışdı, lakin dağılmadan əvvəl Tomi'nin Relapse Recordsa göndərdiyi demolar bəyənilmişdi. Çox təəssüf ki səsyazma şirkətindən müqavilə tələbi qrup dağıldıqdan sonra gəldi. Bu təklifi Amorphis'in xeyrinə istifadə etməyə qərar verən Tomi və digər Amorphis üzvləri, qısa bir müddət sonra 1992-ci ilin noyabr ayında "The Karelian Isthmus" adlı ilk albomlarını satışa çıxardılar. Ardından da "Privilege of Evil" adlı bir EP yayımlandı. 1994-cü ildə "Tales from the Thosand Lakes" adlı albomunu yayımlayan qrup, bu albomda Finlandiyanın yerli dastanı olan Kalevala'nı konsepsiya olaraq istifadə etmişdi.