Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Anqlosaksonlar
Anqlosakslar — şimali german tayfaları (anqllar, sakslar, habelə yutlar və frizlər). V əsrin ortalarından VI əsrin axırlarına qədər davam edən Britaniyanın anqlosaks istilası britlərin əksəriyyətinin qırılması, qalanlarının isə Uelsə, Şotlandiyaya və qitəyə (indiki Bretan) sıxışdırılması ilə nəticələndi. Normand istilasına kimi mövcud oldular.
Anqlosaks salnaməsi
"Anqlosaks salnaməsi" (ing. Anglo-Saxon Chronicle) — İngiltərənin ən qədim salnaməsi. Burada 495-ci ildən 1154-cü ilə qədər erkən saks köçləri dövrünü əhatə edilir. Əsərin tərtibi IX əsrin sonlarında kral Alfredin rəhbərliyi altında, Müqəddəs Bedanın "Tarix" əsərinə, eləcə də Mersiya və Uesseks salnamələrinin qalıqlarına, şifahi ənənələrin əsasında başlamışdır. Salnamənin anqlosaks və qismən də latın dilində yazılmış doqquz əlyazması qorunub-saxlanılmışdır. 731-ci ildən əvvəlki salnamənin ilk hissəsi əsasən Müqəddəs Bedanın yazılarına əsaslanır, lakin Cənubi İngiltərənin tarixi ilə bağlı bir çox əlavələri ehtiva edir. 891-ci ilə qədər olan hadisələrin təqdimatında bütün salnamələr bir-biri ilə birləşir. Bu, kral Alfredin dövründə köhnə ingilis dilində tərtib edilmiş vahid mənbədir. Hətta bir nəzəriyyə də var ki, Alfredin özü salnamənin bu hissəsinin müəllifi idi, lakin hal-hazırda bu, əksər alimlər tərəfindən inkar edilir. 891-ci ildən sonra salnamənin müxtəlif versiyaları bir-birindən fərqlənməyə başlayır.