Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

  • antidepressant

    antidepressant

    Tam oxu »
    Azərbaycan Dilinin Orfoqrafiya Lüğəti
  • антидепрессанты

    -ов; мн. (ед. - антидепрессант, -а; м.); мед. Лекарственные препараты, снимающие угнетённое, подавленное психическое состояние (ср.: депрессанты)

    Tam oxu »
    Rus dilinin izahlı lüğəti
OBASTAN VİKİ
Antidepressantlar
Antidepressantlar (anti… + depressiya) – xəstəlik nəticəsində enmiş əhval-ruhiyyəni yaxşılaşdıran, həyəcan və gərginliyi təsir edə bilən psixotrop maddələr. == Ümumi məlumat == Antidepressantlar ilk dəfə (iproniazid və imipramin) 1950-ci illərin sonu – 1960-cı illərin əvvəllərində tətbiq edilmişdir. Kimyəvi quruluşuna görə antidepressantlar tsiklik (mono-, bi-, tri və tetratsiklik) və atsiklik birləşmələrə bölünür. Litium duzları da antidepressiv təsir göstərir. Antidepressantların dəqiq təsir mexanizmi məlum deyil. Belə hesab edilir ki, o mərkəzi sinir sisteminin neyromediatorlarının (adrenalin, serotonin, dofamin) inaktivasiya proseslərinin tormozlanmasından ibarətdir. Antidepressantların timoleptik (əhval-ruhiyyəni yaxşılaşdırma) təsiri tədricən (14–15 gündən sonra) baş verir. Antidepressantlar müxtəlif tip depressiyalar (endogen, psixogen, somatogen və s.) zamanı təyin olunur. Quruluş və təsir mexanizmindən asılı olaraq müxtəlif dözümlülük və əlavə təsir spektri (kardiotoksik, hematotoksik) vardır. Qlaukoma, sidiyə çıxmama, bağırsaq atoniyası zamanı trisiklik antidepressantlar (imipramin və s.) ehtiyatla təyin edilir.