Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Antimonit
Antimonit (son lat. antimonium – sürmə) — stibnit – sulfidlər sinfindən mineral. == Xüsusiyyətləri == Kimyəvi tərkibi – Sb2S3. Sinqoniyası rombikdir. Kristalları iynəvarı, prizmatik, aqreqatları radial şüalı və iynəvarıdır. Rəngi qurğuşunu-boz. Metal parıltılıdır. Sərtliyi – 2, sıxlığı – 4630 kq/m³-dir. Hidrotermal damarlarda qalenit, sfalerit, sinnabarit, xalkopirit və s. minerallarla birlikdə tapılır.
Antiqorit
Antiqorit — mineral. == Haqqında == Antiqorit - lövhəvari, bəzən lifli serpentin. Xrizotilin, həmçinin hiperbazit süxurların hidrotermal dəyişməsi prosesində enstatitin və bəzən olivinin əvəz olunması nəticəsində əmələ gəlir. Struktur növ müxtəlifliyi: ortoantiqorit-heksaqonal, klinoantiqorit-monoklinik, yu-yen-stoun, pikrolit. Kimyəvi növ müxtəlifliyi: ferro-, ftor-, alümo-, manqan-xromantiqorit; nikelantiqorit (qarnierit). == Mənbə == Geologiya terminlərinin izahlı lüğəti. Bakı: Nafta-Press, 2006, 679 səh.
Artibonit (departament)
Artibonit (fr. Artibonite Department) — Haiti Respublikasının 10 departamentindən biri. İnzibati mərkəz Qonaiv şəhəridir. Sahəsi 4984 km²-dir və Qərb departamentindən sonra ölkənin ən böyük departamentidir. 2009-cu ildə əhalinin sayı 1,571,020 nəfər təşkil edirdi.
Antiqoni Rumpezi
Antiqoni Rumpezi (19 iyul 1983, Afina) — Yunanıstanı təmsil edən su poloçusu. == Karyerası == Antiqoni Rumpezi, Yunanıstan yığmasının heyətində 2004-cü ildə Yunanıstanın Afina şəhərinin ev sahibliyində baş tutan XXVIII Yay Olimpiya Oyunlarında mübarizə apardı. Final görüşündə İtaliya yığmasına 10:11 hesabı ilə məğlub olan Yunanıstan yığması, Afina Olimpiadasını gümüş medalına sahib oldu. Daha sonra Antiqoni Rumpezi, Yunanıstan yığmasının heyətində 2008-ci ildə Çinin ev sahibliyində baş tutan XXIX Yay Olimpiya Oyunlarında mübarizə apardı. Qrup mərhələsində üç görüşün üçündə də məğlub olan Yunanıstan yığması, XXIX Yay Olimpiya Oyunlarını 8-ci pillədə başa vurdu.