Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Antroposfer
Noosfer (yun. noos) – ağıl və (yun. sphaira) (rus. ноосфера, ing. noosphere, yun. νόος — şüur və σφαῖρα — sfera, dairə, təbəqə) — planetin şüurlu insan fəaliyyəti ilə əhatə olunmuş sahəsidir. == Geomorfoloji termin == Noosfer məfhumu 1927-ci ildə fransız alimləri Elmə Teyyar de Şarden və E. Le-Rua tərəfindən gətirilmişdir. Vernadski isə bu anlayışı inkişaf etdirmişdir. Noosfer insanın kosmosa çıxması və planetdə dərin məsələlərin həlli sayəsində fasiləsiz olaraq genişlənmək meylinə malikdir. Noosfer çox zaman Antroposfer adlandırılır: Antroposfer — insan yaşayan və ya daxil olan yer sferi; Antroposfer — Yer sferi və yaxınlıqdakı Kosmosun insan tərəfindən bilavasitə və ya vasitəli keçmişdə dəyişdirilmiş və ya yaxın gələcəkdə dəyişdirilə biləcək hissəsi.
Troposfer
Troposfer — atmosferin alt qatı olub, orta qalınlığı 11 km, ekvatorda 17–18 km, mülayim enliklərdə 10–11 km, qütblərdə 7–8 km-dir. "Hava fabriki" adlandırılan troposferdə hündürlük artdıqca temperatur və təzyiq azalır. Yerin cazibə qüvvəsinin təsiri nəticəsində atmosfer kütləsinin 80%-i troposferdə cəmləşib. Troposferdə külək əsir, bulud yaranır, yağıntı düşür. Günəş şüalarının yer səthini qeyri-bərabər qızdırması, gecə və gündüzün növbələşməsi, Günəş istiliyi və işığının udulma və əks olunma dərəcəsi troposferdə havanın temperaturunun dəyişməsinə təsir edən əsas amillərdir. Troposferdən yuxarı qalxdıqca temperatur aşağı düşür. Yerə ən yaxın təbəqədir.