Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Artefakt
Artefakt (lat. artefactum arte - süni + faktus - düzəldilmiş) — arxeologiyada keçmişdə mexaniki təsirə məruz qalmış, məqsədyönlü arxeoloji qazıntılar və ya hər hansı tək, bəzən təsadüfi hadisə nəticəsində aşkar edilmiş obyekt. Artefaktlara misal olaraq daş alətlər, zərgərlik məmulatları, silahlar, keramika məmulatları, tikililər və onların detalları, qədim yanğının kömürləri, insan təsirinin izləri olan sümüklər və s. göstərmək olar. Artefaktlar arxeoloji ərazilərdə qazıntılar aparan, tapıntıları və qazıntıların nəticələrini araşdırıb dərc edən və bu məlumatlar əsasında bəşəriyyətin tarixi keçmişini bərpa edən arxeoloqlar tərəfindən öyrənilir. Onlarda elm və ya sənət baxımından dəyərli olanları muzeylərdə və sərgilərdə nümayiş etdirilir. == Terminologiya == Azərbaycandilli ədəbiyyatda artefakt sözü nisbətən yaxınlarda istifadə olunur və ingilis dilindən götürülmüşdür (ingiliscə artefakt, artefakt), o da öz növbəsində latın sözündəndir ars (süni) + faktum (edilmiş). Termin ibtidai arxeologiyaya, daha sonra biologiya və tibbdən arxeologiyanın digər sahələrinə daxil oldu. Azərbaycandilli ədəbiyyatda da artefaktları adlandırmaq üçün aşağıdakı ekvivalent terminlər istifadə edilmişdir və ya istifadə olunur: maddi mənbələr. Bu termindən istifadə edərkən adətən elə başa düşülür ki, söhbət heç bir yazısı olmayan artefaktlardan gedir.
Mosul muzeyi artefaktlarının dağıdılması
Mosul muzeyi artefaktlarının dağıdılması 26 fevral 2015-ci ildə İŞİD tərəfindən dağıntıları əks etdirən videonun yayımlanması zamanı məlum olmuşdur. 1952-ci ildə açılmış Mosul muzeyi İraq Milli Muzeyindən sonra ölkənin ikinci böyük muzeyidir. Muzey əsasən dörd istiqamətdə toplanmış kolleksiya və onlara həsr edilmiş zallarla məşhurdur: Assuriya zalı, Hatra zalı, İslam zalı və Qədim dövr zalı. Müasir İraq dövlətinin sərhədləri tarixi Mesopotamiyanın demək olar bütün ərazisini əhatə edir. Ən qədim şəhərsalma mədəniyyəti mərkəzlərindən biri olan Mesopotamiyada insan yaşayış məntəqələrinin tarixi e.ə. IV minilliyə kimi gedib çatır. “Şəhər” yeni sosial sistemin mərkəzinə çevrilməklə mərkəzləşdirmə həyata keçirən güclərin mərkəzi kimi formalaşırdı. Bədii baxımdan İraq torpağı stilləşdirilmiş təsvirlərdən insan fiqurunun daha realistik təsvirlərinə keçid dövrünə şahidlik etmişdir. Həmin dövrlərdə bu ərazidə ilk dəfə yazının yaranması ilahi fiqurları təsvir etməyə və dini nəzəriyyələşdirməyə imkan vermişdir. Arxeoloji qazıntılar nəticəsində Mesopotamiyada Bibliya hekayələrində təsvir edilən hadisələr qədər qədim artefaktlar aşkarlnmış, əldə edilmiş mixi yazılı kitabələrdən isə Bibliya hekayələrinin daha qədim variantları öyrənilmişdir.