Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Arxeopteriks
Arxeopteriks (lat. Archaeopteryx) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin arxeopterikskimilər dəstəsinin arxeopterikslər fəsiləsinə aid heyvan cinsi. Paleontoloqlar Peruda pelagornithidae fəsiləsinə aid quşun qalıqlarını aşkar ediblər. Mütəxəssislər onun yaşinin 10 milyon il olduğunu müəyyənləşdiriblər. Qeyd edək ki, alimlərin arxeopteriks adlandırdığı ilk quş 150 mln il əvvələ aid edilir. Peru Təbiət Tarixi Muzeyinin əməkdaşı Mario Urbinin dediyinə görə, bu quşun qanadlarının açıq vəziyyətdə ölçüsü 6 metrə çatırmış. Əsasən okean balıqlarıyla qıdalanan bu canlı növü Yerdə 50 mln il əvvəl peyda olub və təqribən, 2,5 mln il əvvəl nəsli kəsilib. Onların məhvinə iqlim dəyişiklikləri səbəb olub: rütubətli və isti iqlimdə yaşamağa vərdiş etdikləri üçün quru və soyuq iqlimin gəlişi onların axırına çıxıb. Alimlər quşun anatomik quruluşunda bir neçə xüsusi əlamətin olduğunu deyirlər. Onun dimdiyinin uc hissəsində ovu yaxşı tutmağa kömək edən iti dişləri olub.
Arxeopterikskimilər
Arxeopterikskimilər (lat. Archaeopterygiformes) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinə aid heyvan dəstəsi.
Arxeopterikslər
Arxeopterikslər (lat. Archaeopterygidae) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin arxeopterikskimilər dəstəsinə aid heyvan fəsiləsi.