Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Skande
Skande (gürc. სკანდე) və ya digər adı ilə Skanda (gürc. სკა asა) — Gürcüstanın İmereti bölgəsindəki Terjola bələdiyyəsində yerləşən kənd. Skande ölkənin qərb bölgəsində, Kvirila çay sisteminin bir hissəsi olan Çxari adlı kiçik çay vadisində yerləşir. Kənd Terjola şəhərindən təxminən 15 km şimal-qərbdə yerləşir. Əhalisi 2014-cü ilin siyahıyaalınmasına görə 434 nəfərdir. == Tarixi == === Son antik dövr === Skandedan Bizans mənbələrində də bəhs edilmişdir. Bizans imperatoru I Yustinianın Novellae əsəri və Menander Protektorun əsərləri də bu qəbildəndir. Mənbələrdə Skandenın Lazika bölgəsinin daxili hissələrində olması və bölgədə Bizans və Sasani imperiyaları arasında qarşıdurmaların olduğu qeyd edilmişdir. Yaxşı müdafiə olunan və strateji cəhətdən yaxşı qorunan Skande qalası Sarapanis qalası ilə birlikdə ölkənin şərqində olan İberiya sərhədindən gələ biləcək hücumlara qarşı ölkəni qorumuşdur.
Akanye
Akanye — vurğusuz hecalarda /a/ və /o/ saitləri arasında fərq qoyulmaması. Cənubi rus dili, mərkəzi rus dilinin bir hissəsi və bütün Belarus dialektləri üçün xarakterikdir. Bu, rus və belarus ədəbi dillərində normadır (belarus dilində akanye yazıda da əks olunur). Ukrain dilinin bəzi dialektlərində qeyri-ədəbi formada istifadə edilir (əsasən rus və belarus dillərinin yayıldığı ərazilərlə ilə həmsərhəd yerlərdə). Akanye sloven dilinin bəzi dialektlərində də mövcuddur.
Culian Assanc
Culian Pol Assanj (ing. Julian Paul Assange; 3 iyul 1971[…], Taunsvil[d], Kvinslend) — Avstraliya internet jurnalisti, aktivist, Vikiliksin təsisçisi. Böyük dövlətlərin yüksək dövlət dairələrindəki korrupsiya halları, hərbi cinayətlər, diplomatik sirlər və cəsus qalmaqalları barədə irihəcmli yüksək məxfilikdə məlumatları yayımlaması ilə məşhurlaşmışdır. == Həyatı == Culian Assanj 1971-ci ildə Avstraliyanın Kvinslend ştatında yerləşən Taunsvill şəhərində anadan olub. 2006-cı ildə VikiLeaks saytını yaratmışdır. Assanc doqquz nəfərdən ibarət idarə heyəti üzvlərindən olub ayrıca mətbuat sözcüsüdür. Qəzetlər onu VikiLeaksin "meneceri" və ya "qurucusu" olaraq tanısa da, Assanc özünü qurucu olaraq görmədiyini, yalnız redaktor olduğunu bildirmişdir. Sayta yüklənəcək sənədlərdə ən son söz və təsdiq Assanc tərəfindən verilir. Digər bütün sayt işçiləri kimi, Assanc da sayt üçün ödənişsiz və könüllü olaraq işləyir. 30 noyabr 2010-cu ildə İsveçdə 2 qadına qarşı təcavüz iddiası ilə Assancın həbsinə qərar verdi.
Akane Sayto
Akane Sayto (d. 12 yanvar 1993) — Yaponiya qadın futbolçusu. == Milli komanda karyerası == Yaponiya milli komandasının heyətində 1 oyun keçirib.
Skane (bölgə)
Skane — İsveçin ən cənubunda yerləşən inzibati ərazi vahidi.
Səyyət Askan Əşayir Milad (Puldəşt)
Səyyət Askan Əşayir Milad (fars. ‎) — İranın Qərbi Azərbaycan ostanının Puldəşt şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 617 nəfər yaşayır (148 ailə).
Astanə
Astana — İranın Mərkəzi ostanının Şazənd şəhristanının Mərkəzi bəxşində şəhər. 2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhərin əhalisi 6,969 nəfər və 1,941 ailədən ibarət idi.
Aşxanə
Aşxanə- İranın Şimali Xorasan ostanının şəhərlərindən və Manə və Səməlqan şəhristanının mərkəzidir.2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhərin əhalisi 18,234 nəfər və 4,642 ailədən ibarət idi.
Astanə Əşrəfiyə
Astaneyi-Əşrəfiyyə — İranın Gilan ostanında yerləşən şəhər. Astaneyi-Əşrəfiyyə əhalisinin əksəriyyətini giləklər təşkil edir.
Astanə Əşrəfiyə şəhristanı
Astaneyi-Əşrəfiyyə şəhristanı (Farsca: شهرستان آستانه اشرفیه‎) - İran İslam Respublikasının Gilan ostanının şəhristanlarından biridir. == Ərazi == == Əhali == 2006-cı il əhali siyahıya almasına əsasən şəhristanın ümumi əhalisi 107,801 nəfərdir . === Milli tərkib === Şəhristan əhalisi əsasən giləklərdən ibarətdir. == Bəxşlər == Mərkəzi (Astaneyi-Əşrəfiyyə) bəxşi əhali : 72,867 nəfər (2006 s.a.) şəhər əhalisi : 36,298 nəfər (2006 s.a.) kənd əhalisi : 36,569 nəfər (2006 s.a.) Kiyəşəhr bəxşi əhali : 34,934 nəfər (2006 s.a.) şəhər əhalisi : 13,762 nəfər (2006 s.a.) kənd əhalisi : 21,172 nəfər (2006 s.a.) == Şəhərlər == Mərkəzi (Astaneyi-Əşrəfiyyə) bəxşində : Astaneyi-Əşrəfiyyə şəhəri Əhalisi : 36,298 nəfər (2006 s.a.) Kiyəşəhr bəxşində : Kiyəşəhr şəhəri Əhalisi : 13,762 nəfər (2006 s.a.) == Dehistanlar == Şəhristanda 6 dehistan (kənd rayonu) vardır.
Aşağı Aşkan (Sərdəşt)
Aşağı Aşkan (fars. اشكان سفلي‎‎) - İranın Qərbi Azərbaycan ostanının Sərdəşt şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 19 nəfər yaşayır (5 ailə).
Yuxarı Aşkan (Sərdəşt)
Yuxarı Aşkan (fars. شكان علي‎) - İranın Qərbi Azərbaycan ostanının Sərdəşt şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 89 nəfər yaşayır (24 ailə).