Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Avanturin
Avanturin — yaşıl, narıncı və mavi çalarlarda olan kvarsa deyilir. Yaşıl rəngli olanı daha geniş yayıldığından "aventurin" dedikdə, ilk ağla gələn məhz yaşıl rəngli daş olur. Aventurin, əsasən, Hindistan, Braziliya və Rusiyadan çıxarılır. Braziliyadakı yataqlardan əldə edilən daha dəyərli sayılır. Ümumilikdə, yarıqiymətli daş olsa da, qiymətli daşlara güclü rəqib sayılır. Zinət əşyalarının hazırlanmasında ondan geniş istifadə edilir. Hətta bəzən Hollivud ulduzları belə zümrüd, almaz kimi bahalı daşlar əvəzinə məhz aventurindən istifadə edirlər. Bəlkə də bunda, aventurinin qədim zamanlardan bəri şəfa qaynağı hesab edilməsinin rolu var. Belə ki, digər daşlarla müqayisədə aventurinin şəfalı xüsusiyyətləri daha çox olduğu düşünülür. Xüsusilə, mistik qüvvələrə inananlar bu daşı çox sevirlər.